Server 2012`də Remote Access Server qurulumu (3)

Salam Dostlar. Remote Access Server qurulumu adlı məqalimizn üçüncü hissəsində biz, qurduğumuz VPN server`ə Windows 8 ƏS olan klient komputer vasitəsi ilə qoşulacağıq.
Məqaləni oxumamışdan əvvəl, “Remote Access Server qurulumu” adlı məqaləmizin birinciikinci hissələrini oxumağınızı məsləhət görürəm.
Windows 8 ƏS`li komputer`lə VPN serverə qoşulmaq üçün ilk addım olaraq, ekranın aşağı sağ küncündə yerləşən “şəbəkənin mövcud vəziyyəti”ni göstərən ikon üzərində sağ düymə vurub, “Open Network and Sharing Center” pəncərəsini açaq.
1

Daha sonra açılan pəncərədə “Set up a new connection or network “ linkini seçək.
2

VPN bağlantısı üçün, “Connect to a workplace” seçib, Next düyməsi ilə davam edək.
3

İndi isə VPN`ə necə bağlanacağımız soruşulur. Biz İnternet üzərindən qoşulacağımız üçün, “Use my Internet connection (VPN)” seçirik.
4

Bu pəncərədə isə, qoşulacağımız serverin External ayağında olan, yəni internetə çıxışı olan interfeysinin IP adresini yazırıq. Destination name`də isə istənilən ad verə bilərik. Create düyməsi ilə, VPN qoşulmanı yaratmış olduq.
5

“Control Panel\Network and Internet\Network Connections” pəncərəsinə baxdıqda yaratmış olduğumuz VPN bağlantı`sını görəcəyik. VPN istifadəçimiz VPN serverə qoşulmaq istədikdə, VPN tiplərindən ən güvənlisindən ən güvənsizinə bağlantı tiplərini yoxlamağa başlayacaqdır. Biz bu məqaləmizdə (Point to Point Tunneling Protocol) PPTP protokolundan istifadə etmişik. Yoxlama müddətinə çox vaxt getməsin deyə, biz manual olaraq, PPTP protokulunu üstə çəkəcəyik. Bunu üçün sağ düymə, Properties giririk.
6

Şəkildəki kimi PPTP seçirik, OK düyməsi ilə pəncərəni bağlıyırıq.
7

Artıq VPN Serverimizə qoşula bilərik. Bunun üçün yaratdığımız bağlantı üzərində sol düymə ilə 2 dəfə vururuq. Sağ tərəfdə açılan menuda MyHolding adlı qoşulma düyməsi altında Connect düyməsin vuraq. Aşağıdakı şəkildə gördüyünüz kimi, bizdən UsernamePassword istənilir.
9

Əgər VPN server qurduğumuz mühitdə Active Directory varsa, orada VPN qoşulmasını istədiyimiz User`in Propertis`nə girib, Dial-in tabına keçək. Buradan Network Access Permisssion hissəsində Allow access-i işarələyib OK düyməsi ilə bu pəncərəni bağlayaq.
Əgər Active Directory yoxdursa o zaman VPN server`in özündə bir user yaradıb, eyni əməliyyatı edirik.
8

Username və parolumuzu yazdıqdan sonra artıq VPN Server`imizə qoşula bilərik və həmən şəbəkədə digər serverlərlə işləyə bilərik.

Səs: +60. Bəyənilsin Zəifdir

Müəllif: Turqut Vəliyev

Şərhlər ( Server 2012`də Remote Access Server qurulumu (3) )

  1. sagolun

Şərh yazın