Lync Server 2013 (Enable users & Lync Client)

Salam, Əziz Dostlar. Ötən məqalələrimizdə “Lync Server 2013” qurmuşduq. Bu məqalədə isə ilkin konfiqurasiyalara nəzər salaq. Yəni “Lync” üzərinə “Active Directory” istifadəçilərimizi əlavə edərək ünsiyyətlərini təmin edək.

Ötən məqalədən də xatırladığımız kimi “Lync” server üzərində konfiqurasiyaları həyata keçirmək üçün “Control Panel” (İdarəetmə panel) -nə daxil olmalıyıq. Bunun üçün “Lync Server Control Panel” işlətməyimiz və ya web browserimizə https://admin.domainadı yazmağımız kifayətdir. “Lync Server” üzərində dəyişiklik etmə hüququ olan istifadəçi adı və şifrəsini daxil edərək idarəetmə panelinə müraciət edirik.

Lync86

Bundan sonra bütün tənzimləmələrimizi həyata keçirə bilərik.

client8

İstifadəçilərimizi əlavə etmək üçün sol menyudan “Users” bölməsinə keçməliyik. Buradan “Enable users” əmrini seçərək istifadəçilərimizi əlavə edirik.

client9

Add” düyməsini sıxırıq.

client10.1

Əlavə etmək istədiyimiz istifadəçi adını “Search” bölməsinə yazaraq axtarırıq. Axtardığımız istifadəçi “Active Directory” üzərində daxil edilmiş məlumatları ilə birgə görülməkdədir. İstifadəçimizi seçərək “Ok” düyməsini sıxırıq. Əgər bir neçə istifadəçimizi eyni anda əlavə etmək istəyiriksə, onda “Search” bölməsini boş buraxaraq “Find” düyməsini sıxırıq.

client10.2

Buradan istədiyimiz istifadəçiləri seçib “Ok” deyirik.

Həmçinin “Add Filter” seçimi ilə filtrasiya olunmuş axtarış da tətbiq edə bilərik.

client11

Assign users to a pool” altında “Lync” qurulu serverimizi seçirik. Buradan istifadəçilərimizin “Lync” serverə necə qoşulacağını da təyin etməliyik. Bizim seçimimiz “Use user`s email address” olduğu üçün istifadəçilərimiz “Lync client” üzərindən mail ünvanlarını yazaraq daxil olacaqlar. Siz bunu digər seçimlər vasitəsilə istəyə uyğun olaraq təyin edə bilərsiniz. Hələlik sistemimizdə bizim yaratdığımız heç bir “Policy” olmadığı üçün (“default policy“-lər mövcuddur) digər bölmələrdə dəyişiklik etmirik.

client12

Enable” düyməsini sıxaraq “Active Directory” üzərində olan istifadəçilərimizi “Lync” server üzərinə əlavə etmiş oluruq.

İstifadəçilərimizin “Lync” server istifadə edərək mesaj göndərmələri, video və səsli görüşləri üçün “Lync Client” proqramına ehtiyacları vardır.

Windows üçün client proqramını http://www.microsoft.com/en-us/download/details.aspx?id=35450 linkinə daxil olaraq yükləyə bilərsiniz.

Yükləmə üçün http://www.lynconline.com/download.aspx linkinə də müraciət etmək olar.

Ötən məqalələrimizdə “Lync“-in Windows, MAC sistemli kompüterlər üçün, həmçinin İOSAndroid əməliyyat sistemli mobil cihazlar üçün də client proqramlarının mövcudluğunu qeyd etmişdik.

Client yükləmə əməliyyatı çətin olmadığı üçün geniş şərhə ehtiyac yoxdur. Sadəcə verilmiş linklərdən “Client” proqramını yükləyib “Install” etməyimiz kifayətdir.

client4

Qurulma işi tamamlandıqdan sonra proqramı başladırıq.

client5

İlk açılışda qarşımıza belə bir pəncərə çıxmaqdadır.  “Use recommended settings” (Tövsiyə olunan parametrlərin istifadəsi) , “Install updates only”  (yalnız yenilənmələrin qurulması), “Ask me later” (daha sonra xatırlat) kimi üç seçimdən birini edə bilərik.

client7

Artıq “Client” proqramımız istifadəyə hazırdır. “Sign-in address” bölümünə istifadəçinin “Lync” istifadə edəcəyi (bizim konfiqurasiyalara görə mail ünvanı)ünvanı daxil edirik. Əgər istifadəçimiz sistemə eyni adla daxil olmayıbsa (yəni “Windows” logon pəncərəsində öz istifadəçi adı ilə, “Lync client“-də isə başqa istifadəçi adı ilə daxil olmaq istəyirsə)bu zaman istifadəçi şifrəsi tələb olunacaqdır. Əks halda isə (yəni “Windows” logon pəncərəsində də, “Lync client“-də də eyni adla daxil olursa) heç bir şifrə istənilmədən “Lync“-ə daxil ola bilər.

client16

Buradan istədiyimiz istifadəçini axtara, əlavə edə, səsli və videolu zənglər, həmçinin konfranslar təşkil edə bilərik.

Bu günlük də bu qədər, Əziz Dostlar. Gələcək məqalələrdə görüşmə ümidi ilə.

Səs: +10. Bəyənilsin Zəifdir

Müəllif: Röyal Əmrahov

Şərhlər ( 7 )

    • Nicat / . Dərc edilib:A 08/10/2013 at 12:15 PM
      Səs: +2. Bəyənilsin Zəifdir

    Salam. Bes eyni active directorinin userleri deyilsek yeni birimiz bu sirketin iscisi digerimiz basqasinin iscisiyikse ve her ikisinde bu proqram varsa onlar bir-birleri ile nece elaqe saxlaya biler?
    Tesekkur edirem.

    • Salam. Əvvəla sualınıza görə təşəkkür edirəm. Əgər mən Sizi düzgün başa düşdümsə cavab aşağıdakı kimi olmalıdır:
      Sizin Active Directory-yə daxil olmayan istifadəçilərlə əlaqə qurmağınız mümkündür. Belə ki, Lync serverinizin internetə çıxışı olmalıdır. Nəinki digər Lync istifadəçiləriylə, həmçinin skype və s. şəbəkələrin istifadəçilərini də əlavə edərək ünsiyyətinizi təmin edə bilərsiniz. İstifadəçi Lync client-ə daxil olur və Add düyməsini sıxaraq “Add a contact Not in My Organization” seçimi qarşısında “Lync” seçərək digər uzaq domain-də olan istifadəçiləri əlavə edə bilər. (Əlbəttə ki, Vüsal Müəllimin dediyi kimi server üzərində icazələr verilməlidir) Bu şərtlə ki, qarşı tərəfdə də Lync server qurulmuş və internet çıxışı təmin olunmuş olsun.
      Suallarınızı http://forum.technet.az/ ünvanına daxil olaraq verə bilərsiniz.

  1. Salam Nicat bey. Internet vasitesi ile elaqe saxlamaq mumkundur. Buu nucunde mueyyen icazelerin verilmesi gerekir. Forumumuzdan istifade ederseniz daha etrafli ve deqiq cavab almis olarsiniz. Tesekkurler vaxt ayirib oxudugunuz ucun :)…

  2. mən userleri əlavə edəndə email adresi daxil et deye xeta verir bu necə həll edə bilərəm? ya bunun ucun şəbəkədə Exchange server qaldırmalıyam ?

    • Salam. Ola bilsin ki, Siz user-ləri əlavə edəndə “Generate users SIP” başlığı altında “Use users email address” seçimini işarələyirsiniz. Bu seçim əvvəlcədən istifadəçiyə aid edilmiş mail ünvanını istifadə etməyə çalışacaq. Ola bilsin ki, xəta da məhz buna görə ortaya çıxsın. Bu seçimi dəyişərək yoxlaya bilərsiniz.

      Uğurlar.

      • bele yoxlamishdim amma cilent lync de certificat sefi verir tapa bilmiremki harda sef elemishem

      • bele yoxlamışdım amma client lync de  sertificat xetasi verir bilmirəm harda səf eləmişəm

Şərh yazın