Windows Server 2008 R2-də RemoteApp sazlanması (1)

Əvvəlki məqalələrimizdə Sizə RD Web Access qurulması haqqında məlumat vermişdik. RD Web Access qurulduqdan sonra RemoteApp-dan istifadə edə bilərik. RemoteApp`i bir növ proqramların virtuallaşdırılması kimi başa düşmək olar. Server üzərində olan proqramı istifadəçi öz kompüterində olan adi proqramlar kimi istifadə edir. Lakin qeyd olunan proqramlar server üzərində işləyir və  serverin resurslarından istifadə edir. İstifadəçi proqramı işə saldıqda RDS Serverə qoşulma aparılır və proqram işə düşür. Bu məqaləmizdə RemoteApp-a proqramların əlavə olunması və brauzer üzərindən qeyd olunan proqramlardan istifadə haqqında məlumat verəcəyik.

RemoteApp Manager pəncərəsini açmaq üçün Start > Administrative Tools > Remote Desktop Services > RemoteApp Manager seçmək və ya Start > Run > remoteprograms.msc ardıcıllığını icra etmək lazımdır.

RemoteAppMan-001

Hər hansı bir proqramı RemoteApp kimi istifadə etmək üçün Action menyusundan Add RemoteApp Programs əmri seçilir.

RemoteAppMan-002

RemoteAppMan-003

Yuxarıda qeyd olunan əmri icra etdikdə sonra proseslər haqqında ümumi məlumat verən aşağıdakı pəncərə ekranda əks olunacaqdır.RemoteAppMan-004

Daha sonra serverdə olan proqramların siyahısı ekranda əks olunacaqdır. Browse düyməsi vasitəsilə siyahıda olmayan proqramları əlavə edə bilərik.

RemoteAppMan-005

Lazım olan proqramları seçərək davam edirik.

RemoteAppMan-006

Properties düyməsini tıkladıqda aşağıdakı görüntü ekranda əks olunacaq. RemoteApp Program Name proqramın adını təyin etmək üçündür. İstədikdə proqramın adını dəyişə bilərik. Location proqramın ünvanını seçmək üçündür.  Alias proqram üçün istifadə olunan unikal qısa ad (ləqəb), RemoteApp program is available through RD Web Access proqramın brauzer üzərindən istifadə edilə bilməsi üçün təsdiqlənmiş olmalıdır. Command-line arguments bölməsində ehtiyac olduqda parametr (əmrlər) daxil etmək mümkündür. Change Icon proqramın işarəsini dəyişmək üçündür.

User Assignment bölməsi yayımlanmış proqramların hansı istifadəçilər tərəfindən görünə biləcəyini təyin etmək üçündür. Susmaya görə All authenticated domain users seçilmişdir. Yəni domain istifadəçiləri həmin proqramları görmək imkanına malikdirlər.

Sazlanmaları yekunlaşdırdıqdan sonra növbəti mərhələyə keçirik.

RemoteAppMan-007

Review Settings pəncərəsində seçilmiş proqramlar və onlara uyğun sazlanmalar əks olunur. Əgər hər hansı birində dəyişiklik etmək istəyəriksə, Back düyməsi vasitəsilə geriyə qayıda bilərik. Əgər prosesi yekunlaşdırmaq istəyəriksə, Finish düyməsini tıklayırıq.

RemoteAppMan-008

Artıq əlavə etdiyimiz proqramlar RemoteApp Programs bölməsində əks olunur. İndi bir başqa kompüterdən brauzer üzərindən (Web access) proqramları işə salaraq yoxlayaq.

RemoteAppMan-009

İstifadəçi kompüterində brauzeri açıb Web Access qurulan zaman bizə göstərilmiş linki (https:\\TechnetRDS.technet.local\RDWeb) ünvan sahəsinə daxil edirik. İstifadəçi adı və şifrəni yazaraq daxil oluruq.

RemoteAppMan-010

Daxil olduqdan sonra RemoteApp`ə əlavə etdiyimiz proqramlar ekranda əks olunur.

RemoteAppMan-011

İstədiyimiz proqramın üzərində tıklamaqla onu işə sala bilərik. Bu nümunədə biz Calculator proqramını işə salırıq. Aşağıdakı görüntü ekranda əks olunacaq. (Daha ətraflı Remote Desktop Connection) Connect düyməsini tıklayaraq davam edirik. 

RemoteAppMan-012

Aşağıda açılan pəncərədə istifadəçi adı və şifrəni təkrarən daxil edərək proqramı işə salırıq. Hər dəfə istifadəçi adı və şifrənin təkararən daxil edilməməsi üçün lazımı sazlanmalar barədə növbəti məqələlərimizdə məlumat verəcəyik.

RemoteAppMan-013

Bununla da proqramımız işə düşür və artıq proqramdan istifadə edə bilərik.

RemoteAppMan-014

Səs: +70. Bəyənilsin Zəifdir

Müəllif: Kənan Əkpərov

Şərhlər ( Windows Server 2008 R2-də RemoteApp sazlanması (1) )

  1. yaxsi bir məqalədir təşəkkürlər

     

Şərh yazın