Router vasitəsilə fərqli aralıqdan İP paylamaq

Salam əziz dostlar.

Bu məqaləmdə forum.technet.az –da verilən bir sualın həlli yolunu yazacam. Qarşımızda duran məsələ mövcud struktura qoşulmuş routerin öz DHCP-sindən fərqli aralığa (subnetə) aid olan İP-lər paylamasını təmin etməkdir. Aşağıdakı şəkildə strukturu aydın formada izah etməyə çalışmışam.

Router_Tenzimleme_00001

Şəkildən gördüyümüz kimi, Firewallun (TMG) daxili şəbəkə kartının İP-si 192.168.1.250-dir. Switchdən qırmızı xətt ilə birləşən komputerin   DHCP sorğularını DHCP serverimizdən almasını, TP-link routerə qoşulmuş kompüterlərin isə DHCP sorğularının Routerin DHCP-sindən almasını təmin etməliyik.

Strukturumuzda belə bir şərait olarsa bizə 1 ədəd əlavə router kifayət edir. Əsas məsələ Routeri düzgün tənzimləməyimizdir.  Məqalədə nümunə olaraq TpLink-wr941nd modelindən istifadə edəcəyik.

Routerin tənzimləmə pəncərəsin görmək üçün Default İP-sini (Adətən 192.168.1.1) browser-lərdən birinin ünvan yerinə yazaraq daxil oluruq, istifadəçi və şifrə soruşan pəncərə ilə qarşılaşırıq. Standart olaraq  İstifadəçi: admin Şifrə: admin yazaraq daxil oluruq.

[highlight]Qeyd: Router və ya modemi tənzimləyərkən birləşdirdiyimiz şəbəkə kartında static İPlərin olmasına diqqət yetirməliyik. Bu İP avadanlıqın Default İP-si ilə eyni aralıqdan olmalıdır ki, qoşula bilək. Default İP-nin hansı olmasını dəqiqləşdirmək üçün avadanlığın üzərində gələn təlimatı oxuyuruq və ya avadanlığın alt hissəsində yazılı olub-olmadığını yoxlayırıq.[/highlight]

Daxil olduqdan sonra qarşımıza çıxa pəncərədə Network –> LAN bölməsinə keçirik. Avadanlığın Local İP-sini istədiyimiz digər aralıqdan bir İP ilə əvəz edirik. Router-in DHCP-sini bu aralıqdan İP paylamağa tənzimləyəcik. Nümunədə 192.168.6.1 istifadə edirik.

Router-DHCP (3)

Yaddaşa verdikdən sonra avadanlığın yenidən başlamasını gözləyirik. Nəzərdən qaçırmırıq ki, artıq Routerin Default İP-si az öncə təyin etdiyimiz 192.168.6.1 ilə əvəz olunmuşdur.

Routerin arxasındakı WAN yuvasına şəbəkəmizdən gələn xətti qoşuruq. Və aşağıdakı şəkildə gördüyümüz kimi Detect deyərək bizim DHCP serverimizdən hər hansı bir İP almasını təmin edirik.

[highlight]Qeyd: DHCP serverimizdə avadanlığın aldığı İP-ni Rezervation-a atmağı unutmuruq və ya İP-ni static olaraq routerə daxil edirik. [/highlight]

Router-DHCP (2)

Sonra DHCP bölməsi altında DHCP Settings-ə gedirik və şəkildə gördüyümüz qaydada tənzimləmələri aparırıq. Göründüyü kimi, Routerin DHCP-sindən İP alan kompüterlər üçün İnternet çıxışı olaraq 192.168.6.1-i göstəririk. DNS ünvanlarına Google-in Public DNS serverlərini göstərə bilərik.

Router-DHCP (6)

Sonra Wireless –> Wireless Settings-də Simsiz şəbəkənin adını, regionu, hansı Mode-da işləyəcəyini tənzimləyirik.
Router-DHCP (4)

Wireless –> Wireless Security-də şifrələmə metodunu, şifrəni təyin edirik. Bunlardan başqa, MAC Filter, Yönləndirmə, “Valideyn” nəzarəti, Access Control kimi çox gözəl funksiyalardan da lazım olarsa istifadə edə bilərik. Dərslikdə bu bölmələrə toxunmadan keçirik. Router-DHCP (5)

Bunları tamamladıqdan sonra Router-in 4 LAN portu vasitəsilə və ya simsiz qoşulma ilə qoşduğumuz kompüter 192.168.6.1 aralığından İP alacaq. Və qoşulub test edirik.

CMD-də tracert -d www.google.az əmrini  icra edirik və sayta çıxış yolunun routerdən keçərək bizim Public İP ilə getdiyindən əmin oluruq.

Router-DHCP (8)

Daha sonra Routerin DHCP-sindən İP alan avadanlıqların adını, MAC-larını DHCP –>DHCP Client List altında görə bilərik.

Router-DHCP (7)

Dostlar, bu qədər. Güman edirəm ki, işinizə yarayacaq bir məqalədir.

QEYD: Məqalələrimizin daha çox insana yararlı ola bilməsi üçün öz sosial şəbəkə profillərinizdə paylaşmağı, irad və təkliflərinizi bildirməyi, Youtube kanalımızdan faydalanmağı unutmuruq.

BİLİK PAYLAŞDIQCA ARTAN SƏRVƏTDİR!!!

Səs: +60. Bəyənilsin Zəifdir

Müəllif: Elvin Əmirov

Şərhlər ( 7 )

  1. Son dərəcə aydın yazılmış və çox maraqlı mövzudur. Təşəkkürlər Elvin bəy.

    • RootShell / . Dərc edilib:A 30/10/2013 at 3:05 PM
      Səs: 0. Bəyənilsin Zəifdir

    Məqaləyə görə Minnətadaram qardaş.
    Məqalədə gözümə TpLink-wr941nd router-i dəydi.
    Hər ehtimal üçün bildirməyi özümə borc bilirəm ki,bu router-də də backdoor mövcuddur.

    http://websec.ca/advisories/view/root-shell-tplink-wdr740
    Firmware update varsa dərhal update etməyi məsləhət görərdim.

    • Cemil+Heyderov / . Dərc edilib:A 30/10/2013 at 4:28 PM
      Səs: 0. Bəyənilsin Zəifdir

    ALLAH köməyin olsun.Super

  2. Dostlar, təşəkkür edirəm hər birinizə. Firmware update olunub. Hər halda araşdırmağa dəyər. Məqalədə əsas məntiqi anlamaq yetərlidir, digər Router istifadə etmək zövq məsələsidir.. ))

    • Necmeddin / . Dərc edilib:A 04/03/2014 at 2:02 PM
      Səs: 0. Bəyənilsin Zəifdir

    Gözəl və aktual mövzudur.Çünki bəzi dostlar bununla bağlı vaxtaşırı suallar verir

    • ulvi / . Dərc edilib:A 05/12/2014 at 1:09 PM
      Səs: 0. Bəyənilsin Zəifdir

    cox təşəkur edirem,aktual bir movzudur

Şərh yazın