Office Web Apps–in yeni xüsusiyyətləri (və ya funksiyaları)

Yəqin ki razılaşarsınız  bir sənəd üzərində qrup şəklində çalışmaq sənədi hazırladıqdan sonra iş yoldaşlarınızın, dostlarınızın və ya ailə üzvlərindən kiminsə onun üzərində ardıcıl dəyişiklik etməsindən daha effektiv və sürətli olur. İndi siz real vaxtda sənəd üzərində Word Web App, PowerPoint Web App və ya Microsoft Excel Web App–da birlikdə işləyə bilərsiniz. Bunun üçün SkyDriveOffice 365-da Office Web Apps istifadə etməklə şəxsi məsələlərin həll edilməsində istifadə etsəniz bunun nə qədər asan olduğunu anlayacaqsınız.

Birgə iş zamanı siz hazırda öz tərəfdaşınızın sənədin hansı hissəsində dəyişiklik etdiyini görürsünüz və beləliklə bu redaktə zamanı arada yarana biləcək qarşıdurma və konfliktin qarşısını alır. Bundan əlavə hazırda istifadəçilər real vaxt çərçivəsində tekstdə və formatlamada edilən dəyişikliləri belə siz görə bilirsiniz.

SkyDrive-dakı Office Web Apps Office-in ən yaxşı pulsuz alternatividir. Brauzerdə işləyən applicationlar vasitəsi ilə siz istənilən yerdən Excel, Word, PowerPointOneNote – da olan faylarınıza daxil ola bilirsiniz.

Bundan əlavə yeniliyin istənilən yerdə və istənilən zaman internetlə əlaqənin olub-olmamasından aslılı olmayaraq faktiki olaraq hansı əməliyyat sistemi (yaxın aylarda bu sıraya Android planşetlər də daxil ediləcək) ilə çalışmasından asılı olmayaraq istənilən cihazla fayllarla çalışmağın mümkünlüyü az vacib olmayan xüsusiyyətlərindən biridir. Fayllara edilən dəyişikliklər siz şəbəkəyə qoşulan zaman sənədin buludda olan versiyası ilə sinxronizasiya olur.

Office Web App –da edilən faydalı yeniliklər sırasına formatlamanın təkmilləşdirilməsi, söz və söz birləşmələrinin axtarılması və başqası ilə əvəz edilməsi,  cədvəllərin formatlanması və altbilgilərin (başlıqların, kolontitulların) istifadəsidir.

702_Web

Excel Web App –da hazırda əvvəllər yalnız Office-də edilməsi mümkün olan xanaların bir yerdən digərinə sürüşdürülməsi, səhifələrin yerlərinin dəyişilməsi və verilənlərin analizi etmək üçün imkan yaradılıb. 

703_Web

 

PowerPoint Web App –da isə sizə öz prezentasiyalarınızda illustrasiya və fon şəkillərindən istifadədə geniş imkanlar yaradılıb.

704_Web

Qeyd: Normalda isə siz adi Office proqram təminatında sahib olduğunuz bütün digər funksiyalardan eyniylə Office Web Apps-da istifadə biləcəksiniz. 

Şərh yazın