Philips Xenium X1510

Bu ilin avqust ayında Philips şirkətinin yeni Xenium x1510 modeli satışa buraxıldı. Yeni modelin Philips E1500 ilə çox bənzərliyi olsa da, modellər arasında bir sıra önəmli fərqlər var.

Philips x1510Xenium seriyasının yeni telefonudur. Telefon klassik formada olub birbaşa telefondan digərlərinə dayanmadan zəng edib və zəng qəbul edən insanlar üçün nəzərdə tutulub. X1510 üzərinə qoyulmuş bu vəzifənin öhdəsindən çox yaxşı gəlir. Xüsusilə də çox həssas mikrafon və yüksək dinamiklər Xenium X1510 -ə vəzifəsinin öhdəsindən gəlməyə yaxından kömək edir. Telefonun bəlkə də ən spesifik xüsusiyyəti gözləmə müddətində 1 ay, işləmə rejimində isə 8,5 saat  enerjini saxlaya bilən 1050 mAç həcmindəki batareyasının olmasıdır. Bundan əlavə telefonun iki SİM kart qəbul etməsi (dual) onu həm şəxsi, həm də iş zəngləri üçün istifadə etməyə imkan yaradır.

i_34b3d7ca

 Xarici görünüş və rahatlıq (erqonomik)

Telefon çox kompaktdır və əldə rahatlıqla oturur. Korpus isə möhkəmdir və heç bir yeri tərpənmir. Telefonun ölçüləri  46x109x15.8 mm, çəkisi isə cəmi 78 qramdır. Naviqasiya düyməsi zəng qəbul etmə (Yes) və imtina etmə (No) düymələrinə yaxın yerləşməsinə baxmayaraq çox rahat və işləkdir. Telefonun ön tərəfində 3,5 mm ölçüsündə qulaqcıqlar üçün yuva, yan tərəflərdə isə microUSB üçün yuvacıqlar (dəlik) var. Amma telefonun səsini tənzimləyən adət etdiyimiz mancanaq (rocker) heyflər olsun ki, yoxdur.

i_1f7724cf

Philips x1510– da bu klass telefonlar üçün lüks hesab olunan  iki düym diaqanallı rəngli TFT displey, hər düymə 141 piksell düşən 176×220 ölçülü ekranı var. Ekranın parlaqlığını əllə tənzimləmək  mümkündür. Həmçinin telefon Bluetooth 2.1 dəstəkləyir. Ən əsas və diqqət yetiriləsi məqamlardan biri isə telefon 32 Gbayt-a qədər microsd yaddaş kartlarını da qəbul edir. Telefon alarkən aldığınız paketin daxilinə – telefon, akkumlyator, zaryatka aparatı, usb- kabel, qulaqlıq, istifadə qaydaları haqqında kitabça və zəmanət kartı olacaq.

i_34c25528

Multimedia 

Philips x1510  telefonu olan insanlar MP3 formatlı musiqilərə qulaq asa biləcəklər, amma bundan daha yüksək nəticə və ya yaxşı musiqi pleyerini bu telefondan gözləməyə dəyməz. Audio keyfiyyətinin zəif olduğundan sevdiyiniz musiqidən özünüzü rahat hiss etdiyiniz telefonda həzz almaq haqqında indidən unudun. Telefonda RDS – i dəstəkləyən və 9 radiostansiyanı “tuta” bilən radio sistemi var. Radionun fon rejimində də çalışa bilməsi telefonun rahat xüsusiyyətlərindən biridir.

Və sonda..

Philips x1510  öz sələfindən bir az baha olsa da, sərfəli telefondur. Ödəyəcəyiniz məbləğ əvəzində siz iki Sim kartdan istifadə imkanı, yaxşı rəngli ekran, yaddaş kartından istifadə imkanı, sadə və başa düşülən menyu, şəhər səs-küyündə yetərincə yaxşı eşidilən yüksək dinamik əldə etmiş olursunuz. Ən əsası isə odur ki, siz bu telefondan istifadə etdiyiniz bütün texniki vasitələrə alternativ kimi istifadə edə bilərsiniz. Çünki bir ay ərzində enerjisi bitməyən telefon sizi digərləri kimi ən lazım olanda darda qoymayacaq, siz həmişə lazım olduqda xəttə olacaqsınız.

Şərhlər ( Philips Xenium X1510 )

    • emin / . Dərc edilib:A 19/11/2013 at 3:12 PM
      Səs: 0. Bəyənilsin Zəifdir

    Dəyərli məlumat üçün təşəkkür edirəm

Şərh yazın