Microsoft kiber cinayətkarlıqla mübarizə mərkəzi açdı

Microsoft şirkəti beynəlxalq kiber cinayətkarlıqla mübarizə mərkəzini açıq elan etdi. Şirkətin yaydığı press-relizdə də bildirildiyi kimi bu mərkəzin açıq elan olunması İnternet üzərindən edilən cinayətlərə qarşı başlanılmış mübarizənin yeni erasıdır. Mərkəz online törədilən cinayətlərə, intellektual mülkiyyət hüququnun pozulması, zərərli proqram və botnet-şəbəkələrə qarşı mübarizə aparacaq. Mərkəzin internet üzərindən görəcək işlər siyahısına uşaqların hüquqlarının qorunması da daxildir.

Microsoft_Cybercrime_Center_02

Mərkəz şirkətin ABŞ, Vaşinqton ştatı, Redmondda yerləşən qərargahında fəaliyyət göstərəcək. Mərkəzin digər qolları dünyanın müxtəlif ölkələrində yerləşən daha 12 ofisi və yerli laboratoriyalarında fəaliyyət göstərəcək. Bu şəhərlər sırasına : Pekin, Berlin, Boqota, Brüssel, Dublin, Edinburq (ABŞ), Qorqana (Hindistan), Honkonq, Münhen, Sinqapur, Sidney və Vaşinqton daxildir. Bu addım Microsoft-a maksimal dərəcədə kiber təhlükəni analiz etməyə, internet üzərində aparılan cinayətləri daha yaxşı öyrənməyə və qazanılmış təcrübəni öz müştəriləri ilə bölüşməyə imkan yaradır. Mərkəz əlindən gələni edəcək ki, dünyanın istənilən yerində yaşayan hər bir internet istifadəçisi özündən və istifadə etdiyi qurğu və şəbəkənin təhlükəsizliyindən arxayın ola bilsin.

Microsoft Digital Crimes Unit–in baş hüquq müdafiəçisinin köməkçisi Devid Finn müsahibəsində

“Kiber cinayətkarlığa qarşı Microsoft mərkəzi bütün ekspertlərin, kampaniyanın əməkdaşları və müştərilərinin diqqətini indi bir şeyə yönəldib – internet istifadəçilərini qorunması. Ən yeni texnologiya və informasiyanı istifadə edərək biz interneti hamı üçün təhlükəsiz edəcəyik”

Digital Crimes Unit
Mərkəzin bütün qolları Microsoft-un bütün texniki yeniliklərindən istifadə edəcəklər ki, bu da bütün komandaya real zaman çərçivəsində qlobal kiber cinayətkarlıqla mübarizəyə imkan yaradacaq. Misal üçün, SitePrint texnologiyası kiber cinayətlərin yerləşdiyi məkanı müəyyən etməyə kömək edəcək, PhotoDNA proqramı isə uşaqları şəbəkədə pornoqrafiyadan qoruyacaq.

Yeri gəlmişkən kiber cinayətkarlığa qarşı mübarizə Mərkəzində xarici tərəfdarlarla çalışmaq üçün ayrıca bir şöbə də yaradılıb ki, bu şöbə daxilində kiber cinayətkarlıq üzrə mütəxəssislərin burda Microsoft biliciləri ilə birgə çalışmalarına imkan yaradacaq. İşə bu cür yanaşma şirkətə ticarət, elmi təşkilatlar, hüquq orqanları və müştərilərlə daha yaxın əlaqə yaratmağa və əlaqə qurmağa imkan yaradır.

 Mərkəzdə yüzə yaxın vəkil, müstəntiq, texniki ekspertlər və məhkəmə analitikləri çalışır.

INTERPOL Global Complex for Innovation şirkətinin rəhbəri Naboru Nakatani:

“Dövlət səviyyəsində kiber cinayətkarlığa qarşı mübarizədə Microsoft kimi şirkətlərin təcrübəsinin böyük əhəmiyyəti var. Bu təcrübə insanları internet üzərindən törədilən cinayətlərdən qorumağa kömək edir. İşin öhdəsindən gəlmək üçün problemə qarşı birgə çalışmaq qaçınılmazdır. Microsoft Mərkəzi sayəsində bu sahədə aparılan işlər, atılan addımlar daha effektiv olacaq”

http://www.youtube.com/watch?v=YT488smKxVc

Şərhlər ( Microsoft kiber cinayətkarlıqla mübarizə mərkəzi açdı )

  1. Xatuna xanım,

    Maraqlı xəbərlərə üçün xüsusi təşəkkürlər. Əla.

Şərh yazın