“Winamp`ı xilas et” kampaniyası

Son vaxtlarda Winamp`ın fəaliyyətini 20 dekabr 2013-cü ildə dayandıracağı barədə məlumatlar geniş yayılmışdır. Bu məlumatlardan dərhal sonra Microsoftun Winamp`ı satın almaq istədiyi və developer AOL ilə  danışıqlar apardığı iddia edilirdi. Məsələ ilə bağlı iddialar aktiv olsa da, Microsoft`un bu haqda heç bir şərhi yoxdur. Bütün bu iddialardan sonra gündəmə gələn digər mövzu isə proqramçıların Winamp`ın fəaliyyətini dayandırması ələyhinə “Save Winamp” – “Winamp`ı xilas et” adlı imza kampaniyası başlatmasıdır. Change.org adlı saytda birləşən  proqramçılar Winamp`ın açıq kodlu proqrama çevrilməsinin vacibliyini müdafiə edərkən 15 illik əfsanənin ölməməsi üçün mübarizə aparacaqlarını da qeyd edirlər. Qeyd edək ki, imza kampaniyası da məhz həmin saytda aparılır. Halhazırda 24000-dən çox imza toplanmışdır və kampaniya hələ də davam edir. Dünyanın müxtəlif yerlərindən proqramçılar bu kampaniyaya maraq göstərir və dəstək verirlər.  İndi isə maraq doğuran məsələ  AOL-un imza kampaniyasına nə reaksiya verəcəyi və açıq kodlu proqram təklifi ilə razılaşıb razılaşmayacağıdır.

Müəllif: Günel Yaqubova

Şərhlər ( “Winamp`ı xilas et” kampaniyası )

  1. Təşəkkürlər Günel xanım.

Şərh yazın