NAT Publish Port

Salam əziz dostlar. Bu günki məqaləmdə sizlərə NAT vasitəsilə xaricdən gələn sörğuları bizə lazım olan port üzərindən hər hansı bir ip ünvana yönləndirməyi göstərəcəm.Belə bir vəziyyəti təsəvvür edək.Şirkət daxilindəki web cameralara internet üzərindən nəzarət etmək istəyirik.Qəbul edək ki nəzarəti mobil telefon vasitəsilə edəcəyik.Bunun üçün biz xaricdən 15961 portu üzərindən gələn sorğuları bizim daxildə yerləşən DVİ-qurğusuna yöndəndirməliyik. DVİ-ın bizim daxili şəbəkədəki ip ünvanı 192.168.100.10-dur.NAT nə olduğu və necə qurulmağı haqda saytımızda kifayət qədər məlumat var.Mən ancaq portun yönləndirilməsini göstərəcəm

İlk olaraq Windows server 2008 R2 üzərindən  start – administrative tools- routing and Remote acces bölməsinə daxil oluruq.Oradan ip4-NAT üzərinə gəlirik.

image001

Gördüyümüz kimi bizim 2 şəbəkə kartımız var.Burada WAN – Xarici (External) və LAN –daxili (İnternal) şəbəkəyə baxan adapterlərdir.Biz xaricdən gələn sorğuları yönləndirmək üçün əlbətdəki əməliyyatları xarici şəbəkə adapterinin üzərindən etməliyik.WAN-Properties  daxil oluruq

image002

image003

Bu siyahıda biz yönləndirmək istədiyimiz port yoxdur.Ona görə də add düyməsini sıxaraq özümüz bizə lazım olan portu siyahıya əlavə etməliyik.

image004

Və ok düyməsinı sıxırıq

image005

Gördüyümüz kimi artıq bizə lazım olan port siyahıdadır.Artıq xaricdən 15961 portu üzərindən gələn sorğular daxildəki DVİ qurğusuna yönlənəcəcək.Gələcək məqalələrimdə görüşmək ümüdi ilə.

Müəllif: Cəmil Heydərov

Səs: +10. Bəyənilsin Zəifdir

Müəllif: Cemil Heyderov

Şərhlər ( 2 )

    • Celal Mensimzade / . Dərc edilib:A 08/12/2013 at 5:01 PM
      Səs: 0. Bəyənilsin Zəifdir

    Salam mutleq admin menimle elaqe saxlayn problemim var..

    • Technet.Az saytını və forumunu məhz problemlərin paylaşılması və sizə yardımçı ola bilməmiz üçün hazırlamışıq.

      Suallarınızı forumda verin ki, cavab ala biləsiniz. Şəxsi ismarıcla, e-maillə və ya hər hansı başqa üsulla yardım edə bilmirik təəssüf ki.

Şərh yazın