DHCP Failover Cluster

Salam Əziz dostlar. Bu günki məqalədə sizlərə Server 2012 ilə gələn yeniliklərdən biri olan DHCP Failover Cluster haqqında danışacam. DHCP – bizim şəbəkədə ən önəmli servislərdən biridir.Əgər DHCP öz funksionallıqını dayandırsa şəbəkəmiz iflic vəziyyətə düşəcək yəni hec bir avadanlıq ip ala bilməyəcək.Bütün avadanlıqlar APİPA alacaqdır.Server 2012 ilə Microsoft bu problemdən çıxış yolu kimi DHCP Failover Cluster özəlliyini bizə təqdim etdi.Qısaca bu özəlliyin nə olduğunu izah edim: Şəbəkəmizdə eyni vaxtda 2 DHCP  server olacaq və onlardan biri çökdükdə o biri DHCP server işə başlayacaq.Yəni 2-ci DHCP server gözləmə rejimində olacaqdır.Başlayacaq praktikaya-).Qeyd edimki bütün işlər Server 2012 r2 Standardüzərində aparılacaq.

Şəkildən göründüyü kimi technet.local adlı domain mühitimiz var.dhcp-failover

Əsas DHCP serverdə dhcp servisi artıq yüklüdür və scope yaradılıb. Mən sizə ehtiyyat DHCP serverin qurulmasını göstərəcəm.

Əsas DHCP servisinin yerləşdiyi serverin adı DC1-dir. Ehtiyyat DHCP servisi yüklü olan serverin adı DC2-dir. DC1 üzərində yüklü olan DHCP servisinə nəzər salaq.

image001

image002

Şəkildən göründüyü kimi artıq DHCP servisi yüklüdür və Scope yaradılıb.

1. İndi keçək əsas məsələyə – ehtiyyat DHCP serverin qurulmasına.Keçirik ikinci DC2 üzərinə.cDC2 üzərində hələki heç bir servis yüklü deyil.cEhtiyyat DHCP serverden istifadə etmək üçün Server Manager – Add roles and features – DHCP Server

image003

image004

image005

image006

image007

image008

DHCP servisi yükləndikdən sonra keçirik onun sazlanmasına

image009

Şəkildən göründüyü kimi DC2 üzərində olan dhcp servisində heç bur scope yoxdur.Məqsədimiz DC1 üzərində olan ip hovuzunu DC2-yə replikasiya etməkdir. Bunun üçün gəlirik DC1 üzərindəki dhcp servisinin üzərinə ip4-qurduqumuz scope-configure Failover

image010

Next düyməsini sıxırıq.

image011

Partner Server bölməsində dc2-ni yəni ehtiyyat dhcp serveri göstərməliyik. Add server sıxırıq

image012

DC2-ni seçirik.

image013

Ehtiyyat DHCP serverimizi əlavə etdik.Next sıxırıq

image014

Relationship Name – Qurduğumuz DHCP Failover əlaqəsinin adı

Maximum Client Lead Time – bu dəyər verilən ip-nin kirayə müddətidir.Əgər DHCP serverdə bu müddət 8 saat, MCLT 1 saatdırsa ip-nin kirayə müddəti 9 saat olacaq.

Mode – Burada 2 rejim var

Load balance – əgər biz bu seçimi etsək qurduğumuz əlavə DHCP server əsas serverə kömək edəcək. Məsələn şəbəkədə ip alan 100 avadanlıq varsa onu biz göstərdiyimiz faiz ilə DC1DC2 arasında bölüşəcəyək.

Hot stanby – bu isə indiki halda bizə lazım olan rejimdir. Yəni əsas DHCP server çökdükdə ehtiyyat DHCP server işə düşəcək. Biz bu seçimi edirik.Next sıxırıq.

image015

Finish və bütün əməliyyatların uğurla başa çatması haqda pəncərəni görürük.Bundan sonra əsas DHCP serverimizdə olan sazlamalar və kirayəyə verilən ip-lər ehtiyyat DHCP serverə replikasiya olunacaq.

image016

Səs: +60. Bəyənilsin Zəifdir

Müəllif: Cemil Heyderov

Şərhlər ( DHCP Failover Cluster )

  1. Çox sağ olun

Şərh yazın