Bulud Texnologiyası Nədir və Hansı Modelləri var?

Son zamanlarda “Bulud Texnologiyası” tez-tez eşitdiyimiz bir şeydir. Bəs bu Bulud Texnologiyası nədir? Bu sualın cavabını bu cür verə bilərik:

Tətbiqetmələrin və xidmətlərin internetdəki server üzərində saxlanılması və internetlə əlaqəli olan proqramlarla bunların işə salınmasıdır. Gəlin indi buna bir nümunə ilə baxaq.Yəqin ki, bir çoxumuz elektron poçt xidmətindən istifadə edirik. Elə bil, eşidirəm ki, sual verirsiniz, elektron poçt xidmətinin Bulud Texnologiyasına nə aidiyyatı var?

Əslində çox aidiyyatı var. Gəlin, sadə nümunələrlə buna baxaq.Əgər, biz istəsək bu elektron poçt xidmətini özümüzdə qurarırıq, amma bu elə də asan iş deyil.Buna həm maddi, həm də bu sahədə biliklər lazımdır. Amma bir çoxumuz bunların heç biri olmadan elektron poçt xidmətlərindən istifadə edirik.

Bunlara nümunə olaraq:

hotmail

gmail-logo

mail-ru_1882101c

Nümunə üçün elektron poçt xidməti təklif edən 3 şirkəti qeyd etdim. Bu cür şirkətlər internet üzərində çoxdur. Deməli, biz daxil oluruq bunlardan birinə və burada özümüzə elektron poçt açırıq. Ancaq bizə maraqlı olmur ki, bizim məktublar harada saxlanacaq, nüsxələmə işi necə aparılacaq?Əslində bütün bunlar ilə biz məşğul olmadığımıza görə bunlar bizə maraqlı deyil. Məhz elə buna görə də istifadə etdiyimiz elektron poçt xidməti Bulud Texnologiyasına aiddir. Bütün məlumatlar internet üzərində olan serverlərdə saxlanaılır, onlar nüsxələmə işini aid olduqları şirkətlər görürlər, monitoringini, işıq pulunu və.s xərclərini həmin şirkətlər görürlər. Amma əgər biz şəxsi elektron poçt xidməti qurmalı olsa idik,  bütün bunları özümüz etməli idik.Yəni server, server ƏS, elektron poçt xidməti yerinə yetirəcək proqram alınmalı, bu işi görəcək mütəxəssis tapılmalı və.s. Amma Bulud Texnologiyasını istifadə edərək, bütün bu öhdəliklərdən azad oluruq.Buradan da belə çıxır ki, Bulud Texnologiyası bizim çoxdan istifadə etdiyimiz bir xidmətdir. Sadəcə olaraq adı son zamanlarda məşhurlaşmağa başlayıb.

Bundan başqa Bulud Texnologiyasında xidmət modelləri anlayışı var.Bəs bunlar nədir?

IaaS_PaaS_SaaS

Gördüyünüz kimi bu modellər: SaaS, PaaS və IaaS`dır

İndi isə bunları incəliyək.

Software as a Services:

İstifadəçilər tətbiqetmələri istifadə etmək üçün öz sistemlərinə heç bir şey qurmadan, internet olan hər hansı bir yerdən web browser kimi bəzi qrafik interfeyslər istifadə edərək, həmin tətbiqetmələri istifadə edir. Ancaq istifadəçi bu tətbiqetmələrin üzərində dayandığı serverləri, şəbəkəsini, storage`ləri idarə etmirlər, ancaq özlərinə aid olan tənzimləmələrdə dəyişiklik edə bilirlər.

Skydrive-Logo-640x440

dropbox

apps_ring_hi_res

Platform as a Service:

Bu modeldə isə istifadəçilərə yeni proqramlar yazmaq və yaxud daha öncə yazdığımız proqramları yükləmək üçün mühit təklif edilir. Biz burada server, şəbəkə və.s üzərində dəyişiklik etmirik.Amma proqramları yazdığımız mühit üzərində müəyyən qədər hüquqa sahib oluruq.

Windows-Azure

googleAppEngineLogo

openshift

Infrastructure as a Services:

Bu modeldə istifadəçiyə serverlər, şəbəkə cihazları, storage`lər və.s təqdim olunur. İstifadəçi Buludun kökü üzərində dəyişiklik edə bilməsə də amma onun üçün ayrılan avadanlıqlar üzərində dəyişiklik edib, özünə uyğun tənzimləmələr edə bilər. Eyni zamanda istifadəçi çox kiçik zaman ərzində burada serverlər qaldırıb, müəyyən əməliyyatlar həyata keçirdə bilər.

Windows-Azure

images

Aşağıdakı şəkildə isə hansı modeldə nə qədər idarəetmə bizim əlimizdədir rahatlıqla görə bilərik.

Göy rəng ilə işarə olunanların idarəsi bizim əlimizdədir.

Boz rənglə işarə olunanların idarəsi isə bizim əlimizdə deyil.

azureResponsibilities

Bu məqalədə çalışdım ki, sizə son zamanlarda ən çox eşitdiyimiz Bulud Texnologiyasının nə olduğunu izah edim. Ümid edirəm ki, müəyyən qədər də olsa, buna nail ola bildim.

Növbəti məqalələrdə görüşənə qədər…

Yazar: Fərhad KƏRİMOV | MCTS, MCITP, MCSA, CCNA,MCP, MCT

Səs: +20. Bəyənilsin Zəifdir

Müəllif: Farhad KARIMOV

Şərhlər ( 4 )

    • Babək / . Dərc edilib:A 21/12/2013 at 11:29 PM
      Səs: 0. Bəyənilsin Zəifdir

    Salam, cox maraqli texnoloqiyadir ve insanlarin isini cox asanlasdirir, mail.ru sirketi bulud da 100qb yer verir bu ne qeder dogrudur ve sizce tehlukesizliyi necedir? Cox sag olun.

    • /dev/null / . Dərc edilib:A 23/12/2013 at 8:27 PM
      Səs: 0. Bəyənilsin Zəifdir

    @Babək
    mail.ru – Bir servisin ki,creatoru “gabrielyan”-adlı ermənidir,bir servisdə ki,məktubların açıq-aşkar şəkildə filtrasiyasl/oxunması varsa sizsə təhlükəsizlikdən danışmaq olarmı?

    http://cert.gov.az/articles3/%E2%80%9CMail.ru%E2%80%9D-da+olan+e-mail+%C3%BCnvan%C4%B1n%C4%B1z%C4%B1n+m%C9%99xfi%C3%A7iliyin%C9%99+%C9%99minsinizmi%3F!.html

    • / . Dərc edilib:A 30/03/2015 at 1:42 AM
      Səs: 0. Bəyənilsin Zəifdir

    Anlaşılan dildə izah edilib, əslində hamımız bulud texnologiyalardan hər gün istifadə etmək məcburiyyətindəyik!

  1. Sagolun

Şərh yazın