Bulud Texnologiyası Tipləri

Salam Dostlar, bu məqaləmizdə çalışacam ki, Bulud Texnologiyasında mövcud olan tiplər haqqında danışaq və bacardığımız qədər bunların nə olduğunu izah edək. Bulud Texnologiyasının müxtəlif modelləri, tipləri və.s var. Müəyyən strukturlar quran zaman bunlardan istifadə edirik.Keçən məqalədə modellər haqqında danışmışdıq, bu məqalədə isə dediyimiz kimi tiplər haqqında danışacağıq, İnşAllah. Gördüyünüz kimi Bulud Texnologiyasının 4 tipi var, bunlar aşağıdakılardır:

Public Cloud:

Public Cloud`da öz strukturumuzu tamamilə buludda qururuq. Yəni bu o deməkdir ki, strukturumuzu üçüncü şirkət üzərində kirayə edəcəyimiz mənbələrdə üzərində qururuq. Buna nümunə olaraq istifadə etdiyimiz elektron poçtları göstərə bilərik. Bu elektron poçtlara heç bir pul ödəmədən bunların müxtəlif funksiyalarından istifadə edirik. Bu tipi kiçik və orta həcmli şirkətlərdə istifadə edə bilərik. Public Cloud`da əsasən nə qədər istifadə edirsənsə, o qədər də ödəyirsən.

 

Private Cloud:

Private Cloud daha böyük şirkətlər və məlumatları daha önəmli olan şirkətlərin üstünlük verdiyi bir tipdir. Buna nümunə olaraq Microsoft şirkətinin təqdim etdiyi Hyper-V və System Center məhsullarını göstərmək olar. Private Cloud bizim şəxsi qurduğumuz struktur olduğuna görə bütün məlumatlar bizim əlimizin altındadır.

Hybrid Cloud:

Hybrid Cloud Public və Private Cloud`un birləşməsindən ortaya çıxan strukturdur. Harada ki, təhlükəsizlik və gizlilik daha önəmlidir bu zaman Private Cloud istifadə olunur, ancaq yuxarıda sadaladıqlarım önəmli olmayan hallar üçün isə Public Cloud istifadə olunur.Bunların birləşməsi də şirkətlərin həcminə görə dəyişir.

Community Cloud:

Bu tipdən qısa olaraq bəhs edəcəm.İlk öncə onu demək istəyirəm ki, bi o qədər istifadə olunan tip deyil.Qısa olaraq bunu açıqlasaq, bu zaman belə izahat verə bilərik:

Bulud üzərində aldığımız hər hansı bir xidməti əgər bir neçə şirkət ilə ortaq istifadə ediriksə, buna Community Cloud deyilir.

Müəyyən qədər bu tiplər haqqında yazdıqdan sonra bunları bir şəkil üzərində cəmləşdirək və müəyyən qədər təsəvvür edə bilək.

Hybrid Cloud Edit

Növbəti məqalələrdə görüşənə qədər…

 

Yazar: Fərhad KƏRİMOV | MCTS, MCITP, MCSA, CCNA,MCP, MCT

Səs: +10. Bəyənilsin Zəifdir

Müəllif: Farhad KARIMOV

Şərhlər ( Bulud Texnologiyası Tipləri )

  1. Sagolun

Şərh yazın