Sərt disk və Fayl sistemləri (2 yazı)

Salam.Öncəki yazıda sizə fayl sistemlərinin texnologiyası ve iş prinsipləri haqqında danışacağıma söz vermişdim.Ona görə də bir başa mövzuya keçmək istəyirəm.Birinci başlayaq FAT fayl sistemindən.Əslində bu sistem DOS sistemlər üçün nəzərdə tutulsa da,Bu günkü sistemlər də onu dəstəkləyir.Əsasən FAT16 və FAT32 növləri vardır.FAT sistemi xarab və salamat sektorları işarələyən və iki sütunlu hesab cədvəli kimi işləyir.

Buna misal olaraq,aşağıdakə şəkili nəzərdən keçirək.

fat fayl

Şəkildə gördüyümüz 1-ci sıra sektorları indeksləyir.2 ci sıra isə sektorun vəziyyətini təyin edər.Sektorun boş,dolu və ya xarab oldugunu nəzərdən keçirər.FFF7 olan sektorlar xarab sektorlardır.0000 isə sektorun boş və istifadəyə yararlı olduğunu göstərir.Sektor dolu olduğunda 2 fərqli vəziyyət baş verə bilər.Sektorda hər hansı bir faylın sonu yerləşirsə,onu FFFF ilə işarələyir.Yox əyər fayl o biri sektora keçirsə,bu sektor həmin sektorun adresini alır.(yani iynə faylın davamını oxmaq üçün,o biri sektora keçərək davam edir.)Əyər FFF7 ilə qarşılaşırsa,bu bad sector deməkdir,və sadəcə onun üzərindən keçir.Sabit disklərdə faylın baza saxlanma sahəsi bir sektordur.Hər sektor 512 byte ölçüsündə məlumat saxlaya bilər.Əyər bir sektorda 512 byte-dən daha kiçik fayl saxlanılırsa,sektorun qalan hissəsi boş saxlanılır.Amma 512 bytedən böyük fayldırsa,burada vəziyyət dəyişir.Bu vəziyyətdə fayl tam yerləşdirilənə qədər əməliyyat sistemi başqa sektorları tapır və onları doldurur.Həmin faylı tapmaq üçün isə bayaq dediyim kimi,onun harasının harada yerləşdiyini kodlayır və cədvəlini tutur.

FAT-ın məhdudiyyətləri

Fat16 da fayl adları 8 hərfdən ibarət olmalıdır(və ya rəqəm)  və boşluq buraxılmasına icazə verilmir.Maksimum fayl həcmi 32MB-dır.Çünki sektor ölçüləri 512 byte ilə limitli idi.Sərt disklərin böyüməsi ilə bir faylın 32mb ilə məhdudlaşması artıq qəbul edilə biləz vəziyyətə gəldikdən sonra,FAT16 içində “clustering” həllini gətirdi.Clustering məhz FAT16 üçün nəzərdə tutulub,günümüzdə demək olar ki istifadə edilmir.Clustering nədir? Clustring – yəni topalama bir fayla aid olan sektorları birləşdirib,tək, bütöv şəkildə əməliyyat aparır.Artıq sektorlar deyil,cluster-lər nömrələnib kodlanır.(bir clusterin içinde bir neçə sektor olur.Bir fayl neçə sektoru tutubsa,artıq onlar birləşib bir cluster olur.)Bu yöntəm ilə onun performansı 2GB qədər çıxa bildi.Yəni FAT16 sistemində maksimum fayl həcmi 2GB qədər artırıldı.clusterlərə da faylın yazılma şəkili sektorlarda olduğu kimidir.Tək fərq budur ki,bu dəfə sektorlar clusterə daxildir,və sektorların işini clusterlər görür.

FAT

KLASERLƏR

Fayl clusterə yığıldıqdan sonra klaserlərin yaddaşına yazılır.Windows faylın olduğu klaserə gedər və və klaser siyahısına faylın adını və başlanğıc cluster nömrəsini əlavə edər.Bu şəkildə: mom.txt 17642 02-01-2014 21:55p 3ABA

PARÇALANMA VƏ DEFRAQMENTASİYA

Fraqmentasiya ,fayl parçalarının ardıcıl olmayaraq clusterlərə yazılması,yəni diskə dağılması vəziyyətidir.Clusterlərin ardıcıl olmaması faylın təkrar əldə edilməsini çətinləşdirir və beləcə sərt disk yazma və oxuma əməliyyatı apardığında sistemin sürətini aşağı salır.Defragmentasiya – Yəni disk birləşdirmə proqramı faylların istifadə etdiyi clusterləri ardıcıl və səliqli şəkildə düzməyə çalışır.Müntəzəm defraqmentasiya komputerinizin performansını hər zaman optimal vəziyyətdə saxlayar.

FAT32

FAT32 FAT16 dan daha uzun fayl adlarına icazə verir.Burada clusterlərin həcmi 4GB qədər yüksəlmişdir.Hər clusteri tanıtmaq üçün 32 bit istifadə edər və bu cluster ölçülərinin uyğun vəziyyətə gətirilməsini təmin edər.Bu şəkildə isə FAT32 nin sərt diski daha məhsuldar istifadə etdiyi görünür.

fat_sector

NTFS

Adından da görüldüyü kimi bu fayl sistemi adını Windows əməliyyat sisteminin nüvə adından götürmüşdür(NT).FAT-dan daha üstündür.Daha sürətli yazıb oxumaq qabiliyyətinə malikdir,Xüsusi təhlükəsizlik mexanizmləri vardır,Daha böyük fayl həcmi qəbul edir,Sıxışdırılma(sjat) və kvota kimi üstün xüsusiyyətləri var.NTFS 32 bitlik fayl sistemidir,Fayl adlarında boşluqlarla birlikdə 255 hərf ya simvolu “tanıya”bilir.NTFS daha da inkişaf etdirilmiş fayl seçmə cədvəlindən istifadə edir.Qısa adı MFT olan bu tabel “Master File Table” adlanır.NTFS bir diskin orta bölməsində MFT nin çox vacib hissələrinin rezerv kompyasını saxlayır.

FAT-la NTFS-in müqayisəsi

Şəkildə özünüz müqayisə apara bilərsiniz.Məncə burada artıq əlavə şərhə ehtiyac yoxdur.

Comparison-Table

Bu dərsliyin də burada sonuna gəldik . Allah qoysa gələn mövzülarla yenə qarşınızda olacam.Əyər sizi maraqlandıran hansısa mövzu varsa yazın.Məqaləmi planlı şəkildə yazmağıma səbəb olduğuna görə Gülnaz Kocatepe-yə minnətdaram!

Səs: +50. Bəyənilsin Zəifdir

Müəllif: Elmir Etibaroğlu

Şərhlər ( Sərt disk və Fayl sistemləri (2 yazı) )

    • Emil / . Dərc edilib:A 30/01/2014 at 12:46 PM
      Səs: 0. Bəyənilsin Zəifdir

    Tesekkurler gozel matrealdi.

Şərh yazın