Windows Server 2012 Active Directory-də Recycle Bin

Salam Əziz dostlar. Bugünkü məqaləmizdə Windows server 2012 Active Directory-də Recycle Bin özəlliyindən danışacağıq. Bildiyimiz kimi Active Directory Recycle Bin özəlliyi Windows server 2008 R2 ilə gələn bir yenilikdir.Əsas olaraq Active directory bazasındakı silinmiş obyektləri bütün atributları ilə bərabər geri qaytarır.Bu özəllik həmçinin silinmiş Exchange Server mailboxes-larını da geri qaytarır.Bildiyimiz kimi əvvəlki əməliyyat sistemində bu əməliyyatı yerinə yetirmək üçün serverimizə restart verib F8 düyməsi ilə Directory Restore Mode-una daxil olub lazımlı əməliyyatları yerinə yetirirdik. Lakin Windows server 2012ƏS-də bu əməliyyatları yerinə yetirmək üçün Active Directory Administrative Center üzərindən yerinə yetirilir.

QEYD:Recycle Bin-i enable(aktiv) etdikdən sonra disable etmək mümkün deyildir.

1.Bunun üçün ilk öncə Server Manager-də Tools bölməsindən Active Directory Administrative Center-ə daxil oluruq.

Windows-Server-2012-recycle-bin-tools

2. Açılan pəncərənin sağ küncündə Enable Recycle Bin seçirik (və yaxud technet(local) üzərində mouse-nin sağ düyməsini sıxıb açılan kontekst menyudan Enable Recycle Bin  aktiv edirik.

Windows-Server-2012-enable-recycle-bin

3.Bu özəlliyi aktiv etdikdən sonra yeniden deaktiv etmək olmayacaq pəncərəsi qarşımıza çıxacaqdır bu halda OK deyərək davam edirik.

Windows-Server-2012-recycle-bin

4.OK deyərək davam edirik.

Windows-Server-2012-recycle-bin2

Test eləmək üçün Active Directory Users and Computers pəncərəsi altında daha əvvəl yaratdığımız Cemil Heyderov adlı istifadəçimizi silirik.

Windows-Server-2012-recycle-bin-delete-user

Windows-Server-2012-recycle-bin5

Gördüyünüz kimi istifadəçini sildik.

Windows-Server-2012-recycle-bin6

5.İndi isə sildiyimiz istifadəçini geri qaytarmağımız üçün AD Administrative Center açıb technet(local) seçilmiş vəziyyətdə sağ tərəfdə Deleted Objects sıxırıq.

Windows-Server-2012-recycle-bin4

6.Qarşımıza çıxan ekranda silinən obyektləri görə bilərik.Test üçün Cemil Heyderov istifadəçisini sildiyimiz üçün indi bu istifadəçini geri qaytaracağıq.Geri qaytaracağımız istifadəçinin üzərində  mouse-un sağ düyməsini sıxaraq göründüyü kimi qarşımıza 2 seçim gələcəkdir.Obyekti haradan silmişiksə, Restore düyməsini sıxırıq. Əgər fərqli bir OU altına restore etmək isdeyiriksə bu halda Restore to seçirik. Biz bu halda Restore düyməsini seçərək silinmiş obyekti geri qaytarırıq.

Windows-Server-2012-restore-user

 

7.Gördüyümüz kimi sildiyimiz Cemil Heyderov adlı istifadəçimiz geri qaytarıldı.

Windows-Server-2012-user-restored

 

Hesab edirəm ki, məqalədəki informasiyalardan istiofadə yararlı olacaq.  Növbəti  məqalələrdə görüşmək ümüdi ilə…

 

Müəllif: Elçin Əzizov

Səs: +10. Bəyənilsin Zəifdir

Müəllif: Elçin Əzizov

Şərhlər ( Windows Server 2012 Active Directory-də Recycle Bin )

  1. sagol

Şərh yazın