Cisco Router-də DHCP sazlanması

Bütün oxucuları salamlayıram. Bu günkü məqalədə Cisco Router-də DHCP sazlaması haqqında məlumat verməyə çalışacağam. İlk öncə DHCP-nin nə olduğunu və nə üçün istifadə olunmasına nəzər salaq.

DHCP (Dynamic Host Configuration Protocol) – protokolu şəbəkə avadanlıqlarının İP address, Default Gateway, DNS server və s. kimi şəbəkə sazlamalarını dinamik əldə etmək üçün istifadə olunur.

Bildiyimiz kimi şəbəkədə hər bir avadanlıq bir-biri ilə əlaqə yaratmaq üçün OSİ şəbəkə modelinin 3cü səviyyəsində İP adresslərdən istifadə edir. İP address informasiyası müxtəlif yollarla sazlana bilər – statik və dinamik. Bir çox hallarda şəbəkədə mövcud olan avadanlıqlarda bu sazlanamların statik yolla sazlanması məqsədəuyğun deyildir. Bir qayda olaraq server, printer və s. kimi şəbəkə avadanlıqlarının sazlamaları statik, istifadəçi avadanlıqlarının sazlamaları isə dinamik aparılır. DHCP server rolunu şəbəkədə bir çox avadanlıqlar oynaya bilər. Bunların sırasında Cisco Router də vardır.

Sazlamalar üçün Cisco Router və kross kabel vasitəsilə ona qoşulu olan, əməliyyat sistemi Windows 7 olan istifadəçi kompüteri götürülmüşdür.

Cisco DHCP - Topology

İstifadəçi kompüterində default olaraq şəbəkə sazlaması aşağıdakı şəkildədir:

Cisco DHCP - Host Network Configuration

Router-in interface sazlaması isə aşağıdakı şəkildədir:

Cisco DHCP - Interface Configuration

İndi isə Cisco Routerdə DHCP sazlamalarını necə həyata keçirə biləcəyimizə nəzər salaq.

İlk öncə DHCP servisi start edirik (servis default olaraq start vəziyyətində olur).

Cisco DHCP - Starting DHCP Service

Sonra isə biz DHCP aralıqdan istədiyimiz adresləri gələcək istifadə üçün  reserv edib saxlayırıq. Bu zaman Router bu adresləri aralıqdan çıxarır və digər avadanlıqlara təyin etmir:

Cisco DHCP - Exclude addresses

Daha sonra isə avadanlıqlar üçün DHCP aralığını müəyyən edirik. Bu aralıqda ardıcıl olaraq  İP adres aralığını, default gateway, dns server adresləri və əgər arzu olunarsa domain adı təyin edirik:

Cisco DHCP - DHCP Pool Configuration

Bununla da bizim minimal DHCP sazlamalarımız istifadəyə hazırdır. Artıq sazlamaları yoxlaya bilərik. İlk öncə istifadəçi kompüterinin şəbəkə sazlamalarını dinamik əldə edib etmədyini yoxlayaq:

Cisco DHCP - User Verification

Şəkildən gördündüyü kimi DHCP Enabled bölməsində YES qeyd olunmuşdur və İPv4 DHCP Server bölməsində bizim sazladığımız Router-in İP adresi – 192.168.1.1 qeyd olunmuşdur. Router istifadəçiyə sazladığımız İP adres aralığından ilk adresi təyin etmişdir – 192.168.1.11. Və nəticədən digər sazlamaların da düzgün olduğunu görə bilərik.

Yoxlamanı DHCP rolunu oynayan Router tərəfdə də apara bilərik:

Cisco DHCP - Router Verification

Göstərilən komanda vasitəsilə Routerin DHCP aralığından təyin etdiyi adreslərə nəzər sala bilərik. Gördüyünüz kimi yalnız 192.168.1.11 İP adresi təyin edilmişdir.

Bununla da siz Cisco Router-də DHCP sazlaması ilə tanış oldunuz. Sual və təkliflərinizi http://forum.technet.az ünvanından bizə yönəldə bilərsiniz. Növbəti məqalələrdə görüşənədək.

Rizvan Bayramov

———————–

CCNA/CCNASEC/CCNP

Səs: +50. Bəyənilsin Zəifdir

Müəllif: Rizvan Bayramov

Şərhlər ( 2 )

  1. Qardaş, әllәrinә sağlıq!
    Davamlı olsun, İnşAllah.

    • Ali / . Dərc edilib:A 05/01/2014 at 2:50 AM
      Səs: +2. Bəyənilsin Zəifdir

    Təşəkkürlər!

Şərh yazın