Toshiba`dan dünyanın HD 4K ekranlı ilk noutbukları…

Toshiba dünyanın ilk Ultra HD 4K ekranına malik komputerlərini CES (Consumer Electronics Show) 2014`də elan etdi. İki laptop – Tecra W50 və Satellite® P50t sadəcə Ultra HD 4K görüntülü olmayacaq, eyni zamanda yeni Windows 8.1 əməliyyat sistemi ilə çalışacaq.
Tecra W50 mobil iş stansiyası mühəndisləri və 3D dizaynerlər üçün, Satellite® P50t isə ixtisaslaşmış fotoqraflar, qrafik dizaynerlər və 4K film həvəskarları üçün idealdır.
Ən ağır vizual və mühəndislik işləri üçün dizayn edilən Tecra W50 üstün dözümlülüyü və sinfinin ən incə modeli olmasından əlavə 15,6 inçlik diyaqonal Ultra 4K HD ekrana sahibdir. Tecra W50, 4-cü nəsil Intel® Core™ prosessor teknologiyası ilə müasir dövrün ən ağır işləri üçün – SolidWorks® və AutoCAD® da daxil- yüksək həssasiyyət göstərir.
Üstün xüsusiyyətləri ilə bərabər seçilən və qəşəng gorünüşə sahib Satellite P50t “touch screen” (toxunma) ekranı və 4-cü nəsil İntel Core prosessoru ilə mobil əyləncələr üçün dizayn edilib. 15,6 inç diaqonal Ultra 4K HD ekran küncdən-küncə şüşə xüsusiyyəti ilə bugünə qədər görülməmiş səviyyədə rəng, dəqiqlik və kontrast təmin edir.

Müəllif: Günel Yaqubova

Şərhlər ( Toshiba`dan dünyanın HD 4K ekranlı ilk noutbukları… )

  1. Maraqlı xəbər üçün təşəkkürlər.

Şərh yazın