Windows Server 2012 R2: AD DS -8

Additional Domain Controller – IFM vasitəsilə sazlanması:

Artıq ADC mövzsunda məlumatımız olduğu üçün alternativ olaraq ADC-nin İFM (İnstall From Media) vasitəsilə sazlanmasına nəzər yetirəcəyik. İFM vasitəsilə qurulum nə üçün gərəklidir sualına cavab tapmağa çalışaq. Təsəvvür edək ki, mərkəzdə olan DC-nin bazası həcminə görə çox böyükdür, ADC qurulacaq serverin hər hansı bir bölgədə yerləşməsinə gərək var və Mərkəz ilə Bölgə arasında aşağı sürətli şəbəkə əlaqəsi mövcuddur. Bu halda həmin funskionallıq vasitəsilə NTDS.DİT faylının, SYSVOL qovluğunun nüsxəsini çıxarıb bölgədə quracağımız serverə daşıyıb replikasiya zamanı əsas məlumatların lokaldan oxunmasını təmin edə bilərik. Qeyd etmək istərdim ki, əvvələr buna bənzər funksionallıq Server 2003 ƏS-ində başqa qayda ilə həyata keçirilirdi. Yəni tam olaraq bir yenlik sayılmaz. Sadəcə Server 2008 ƏS ilə birlikdə bu funksiya təkmiləşdirilərək İFM ilə əvəz olunub. Biz bu əməliyyatı aparmaq üçün NTDSUTİL köməkçi alətindən yararlanırıq.

ADC-İFM-01

Gəlin birlikdə bu addımların necə gerçəkləşdiyinə nəzər yetirək.

Xatırlatma: ADC qurulacaq server üzərində DNS adresləri daxil etməyi və Domain-ə üzv etməyi unutmayaq.

 1.       İlk öncə mərkəzdə qurulu olan DC üzərinə gələrək aşağıdakı əmrləri icra edirik.

  • CMD üzərindən : Ntdsutil
  • activate instance ntds
  • ifm

ADC-İFM-02

Seçimimiz Create Sysvol Full %s olacaq. Qısa olaraq aşağdakı məlumatlardan yararlanaq.

  • Create Sysvol Full %s – DC qurulumu üçün Sysvol qovluğu ilə birlikdə nüsxə hazırlayır.
  • Create Full %s – DC qurulumu üçün nüsxə hazırlayır (Sysvol xaric).
  • Create Sysvol RODC %s – RODC qurulumu üçün Sysvol qovluğu ilə birlikdə nüsxə hazırlayır.
  • Create RODC %s – RODC qurulumu üçün nüsxə hazırlayır (Sysvol xaric).

 2Create Sysvol Full seçərək  İFM vasitəsi ilə məlumatların c:\IFM adında yaratdığmız qovuluğa yazdırırıq.  Şəkilə diqqət yetirdiyimiz zaman geniş informasiya ilə qarşılaşmaq mümkündür. Belə ki, bu əmrin icrası zaman ehtiyac olan bir çox informasiyanın nüsxəsi çıxarılır. Adından da bəlli olduğu kimi əmrə NoDefrag kəliməsi əlavə olunsaydı defraqmentasiya  əməliyyatı icra olunmayacaqdı. Ən sonda quit deyərək əməliyyatı sonlandırmış oluruq.

  • Create Sysvol Full c:\IFM
  • Quit
  • Quit

ADC-İFM-03

Xatırlatma: Əgər RODC qurmağa çalışsaydıq  Create Sysvol RODC və yaxud Create  RODC əmrini icra etməli idik. Bütün qurulum addımları eynilik təşkil edir. Bu qayda ilə RODC-ni İFM vasitəsilə qura bilərsiniz.

3. Artıq ehtiyac olan nüsxəsələr hazırdır. Son olaraq İFM qovluğunu istənilən bir vasitə ilə ADC qurulacaq server üzərinə daşıyırıq.

ADC-İFM-04

Sıra gəldi ADC-nin İFM vasitəsilə sazlanmasına. İkinci mərəhələni qısa tutmağa çalışacağam.

4. Artıq öncəki mövzuları icra etdiyimiz üçün eyni addımların təkrarını yazmağa gərək duymuram. Burda qeyd etdiyim addımlar ADC qurulumu mərhələsindəki 17-ci bölməni əhatə edir. İnstall from media bölməsini seçdikdən sonra İFM qovluğunun yolunu göstərməyimiz kifayət edir. Nextlə digər addımları tamamlayırıq.

ADC-İFM-05

Əgər bu addımları PowerShell üzərindən icra etmək niyyətində olsaq -InstallationMediaPath “IFM Patch”  əmrindən yararlanmalıyıq. Misal:

  • Install-ADDSDomainController -DomainName “Yusifbeyli.com” -NoGlobalCatalog:$false -CreateDnsDelegation:$false -CriticalReplicationOnly:$false -DatabasePath “C:\Windows\NTDS” -InstallDns:$true -InstallationMediaPath “C:\IFM” -LogPath “C:\Windows\NTDS” -NoRebootOnCompletion:$false -SiteName “Default-First-Site-Name” -SysvolPath “C:\Windows\SYSVOL” -Force:$true

Hələlik ADC haqqında bu qədər.  Zənnimcə yetərli informasiya əldə etmiş olduq.

Qaynaq: Windows Server 2012 R2: Active Directory E-Kitab 1-ci hissə

Səs: +40. Bəyənilsin Zəifdir

Şərhlər ( Windows Server 2012 R2: AD DS -8 )

    • Ruslan / . Dərc edilib:A 01/02/2014 at 8:55 PM
      Səs: +2. Bəyənilsin Zəifdir

    Beyenilsin!

Şərh yazın