Windows 8.1 PIN kodu nədir?

Windows 8.1 ƏS ‘də istifadəçinin kompüterə log on olması üçün 4 yol var.

1. Local account – Yerli hesabla

2. Switch to a Microsoft account – Online Microsoft istifadəçi hesabı ilə

3. Create a picture password – Şəkil üzərində təyine dilən şifrə ilə

4. Create a PIN – PIN kod vasitəsi ilə

Bu məqaləmdə sizlərə komputerin PIN kod vasitəsiylə açılmasını izah etməyə çalışacağam. PIN kod  Windows 8 əməliyyt sistemi ilə gələn yeni özəllikdir. PIN kod nə üçün lazımdır? PIN kodun yaradılmasının əsas avantajı kompüterə daha rahat və tez daxil olmaqdır. ENTER düyməsini sıxmadan sadəcə PIN kod yazılmaqla kompüterə daxil olunur.

PIN kodu yaratmamışdan əvvəl kompüterimizə mütləq parol verməliyik. Əks halda PIN kod yaratmaq mümkün olmayacaq.

QEYDPIN kod yalnız 4 rəqəmdən ibarət olmalıdır.  

PIN kodu yaratmadan öncə aşağıdakı addımları yerinə yetiririk.windows-8-pin

windows-8-pin2

 

İndi isə gəlin keçək PIN kodun yaradılmasına.İlk öncə PIN kodu yaratmaq üçün Create a PIN düyməsini sıxırıq.

windows-8-pin3

 

Açılan pəncərədə istifdadəçinin parolunu daxil edib və OK düyməsini sıxırıq.

 

windows-8-pin4

Parolu daxil etdikdən sonra aşağıdakı pəncərə çıxacaq.

 

windows-8-pin5

 

PIN kodumuzu iki dəfə daxil etdikdən sonra Finish düyməsini sıxıb təsdiqləyirik.

 

windows-8-pin6

 

Əgər PIN kodu silmək isdəyirsinzsə “Sign-in options” bölməsindən Remove düyməsini sıxırıq.Gələn məqalələrdə görüşmək ümüdi ilə…

Müəllif: Elçin Əzizov

Səs: +10. Bəyənilsin Zəifdir

Müəllif: TechNet Bot

Şərhlər ( Windows 8.1 PIN kodu nədir? )

  1. Təşəkkürlər Elçin.

Şərh yazın