Work Folders qurulumu (3)

İstifadəçilərin komputerindəki Work Folders servislərini iki üsulla konfiqurasiya edə bilərik. Bunlardan birincisi domain olan mühitdə GPO ilə, digəri isə istifadəçilərin öz komputerlərində Work folders`i tənzimləmələri şəklində. Biz bu  məqalədə GPO ilə avtomatik tənzimləmələrdən danışacağıq.1Work Folders`lər tənzimləmələrini GPO vasitəsi ilə, İstifadəçi (User configuration) səviyyəsində və ya Komputer (Computer configuration) səviyyəsi ndə tətbiq edə bilərik.  Biz, istifadəçi səviyyəsində edəcəyik. Bunun üçün lazım olan policy User Configuration\ Policies\Administrative Templates\Windows Components\Workfolders altında “Specify Work Folders settings”  adlanır.2Bu policy`ni açdıqdan sonra, Policy`nin aktiv olması üçün, Enabled işarələyirik. Work Folders URL`də keçən məqalələrmizdə Work Folders üçün yaratdığımız URL ünvanını yazırıq. Bu pəncərədə olan “Force automatic setup” seçimi isə Logon olan hər istifadəçi üçün Work Folders`in avtomatik tənzimlənməsidir və bundan başqa bu istifadəçilərin Work Folders qovluğunun yerini dəyişməyə icazə verməməsidir. Default olaraq Work folders  qovluğu  “%USERPROFILE\Work Folders%” ünvanında yerləşir.3Bu GPO`nun tətbiq olunduğu istifadəçilər Windows 8.1 ƏS`i olan komputerlərdə Logon olduqdan sonra Control Panel`də yerləşən  Work Folders`ə girdiklərində istifadəçi adı və ya work folders ünvanını göstərməklərinə ehtiyac qalmayacaq. Çünki, bunlar  artıq GPO tərəfindən təyin olununmuşdur. 4Work Folders içərisində yer alan “Set up Work Folders”  linkinə sıxdıqda arxa planda lazım olan əməliyyatlar həyata keçiriləcək və isitfadəçi profili altında Work Folders adında bir qovluq yaradıacaq.5Bu pəncərədə biz, Work Folders qovluğumuzun yerləşdiyi ünvanı dəyişə bilərik. Əgər biz GPO`da  “Force automatic setup”  seçimini işarələsəydik, bu zaman bu folder`in yerini dəyiş əbilməyəcəkdik.6Bu pəncərə, security policy`lərin işlətdiyiniz cihaza tətbiq olacağını bildirir. Bu security policy`lər server`imizdə Work Folders`in konfiqurasiyası zamanı göstərdiyimiz policy`lərdir. Bu policy`ləri qəbul etmək məcburiyyətindəyik, elə ona görə də “I accept these policies on my PC” işarələyib, “Setup up Work Folders” deyirik.7Artıq Work Folders`imiz artıq qurulmuşdur və server tərəfdə olan boş həcm`i görürük.8C:\Users\royal ünvanına baxıqda Work Folders adlı qovluğumuzu görürük. Bu qovluğa atdığımız bütün fayllar, Work Folders`lə sinxronizasiya olacaq və fayllarımız serverə köçürüləcək.

Səs: +60. Bəyənilsin Zəifdir

Müəllif: Turqut Vəliyev

Şərhlər ( Work Folders qurulumu (3) )

  1. tesekkur edirem

Şərh yazın