DHCP Relay Agent nədir?

Salam dostlar. Bu məqalədə sizə DHCP Relay Agent haqqında bəhs edəcəm.

DHCP Relay Agent, fərqli subnet-dəki DHCP Serverdən bizim subnet-imizdəki istifadəçi kompüterlərinə, cihazlarına İP paylamağa imkan yaradan servisdir. DHCP Relay Agent öz subnetindəki istifadəçilərin broadcast-larını qəbul edib onları unicast-a çevirir və uyğun DHCP Serverə göndərir. DHCP Relay Agent olaraq bir kompüter və ya bir router də ola bilər. Şəbəkəniz bir neçə subnet-lərə bölünürsə hər subnet üzərində ayrı bir DHCP Server qurmaq əvəzinə, şəbəkədə bir DHCP Server qurub, digər subnet-lər üzərində DHCP Relay Agent servisini istifadə etməniz daha məqsədə uyğundur. Mən Windows Server 2012 üzərində bu servisi necə sazlayacağımızı nümunələrnən göstərəcəm. DHCP Server-in nə olduğu, necə sazlanması haqqında səhifəmiz üzərində mövcud olan məqalələrdən yararlana bilərsiniz.

http://www.technet.az/2012/08/18/dynamic-host-configuration-protocol/

http://www.technet.az/2012/09/01/video-dhcp-configuration/

http://www.technet.az/2012/08/29/windows-server-2008-r2-uz%C9%99rind%C9%99-dhcp-serverin-sazlanmasi/

Bizim nümunəmizdə şəbəkənin strukturu şəkildə göstərdiyim kimi olacaq.

01

İndi isə edəcəyimiz addımları növbəylə qeyd edək.

1. İlk olaraq qeyd edim ki, Windows Server 2008 R2 əməliyyat sistemi olan və DHCP Server kimi istifadə edəcəyimiz server üzərində bir şəbəkə kartı vardır və onun İP sazlanması aşağıdakı kimidir.

03

Bu server üzərində DHCP servizi yüklənmişdir. DHCP Serverimiz üzərində hər subnet üçün yeni bir DHCP scope yaradırıq. Bu scope-lar üzərində  Router  kimi(defaul gateway)  Subnet A-da 172.16.10.2,  Subnet B-də isə 192.168.1.1 IP adreslərin qeyd edirik. DHCP Serverdə bu scope-ları necə yaratdığımızı göstərmirəm, çünki məqaləmizin mövzusu bu deyil. Yuxarida qeyd etdiyim uyğun keçidlərdən bunu öyrənə bilərsiniz. DHCP Serverimizin sazlamadan sonrakı vəziyyətini aşağıdakı şəkildə göstərirəm.

02

2. Indi isə Windows Server 2012 əməliyyat sistemi yazılmış digər serverimizdə DHCP Relay Agent servisini necə sazlayacağımıza baxaq. Bu serverimizdə iki şəbəkə kartı vardır və bu şəbəkə kartlarındakı IP sazlanması aşağıdakı kimidir.

3

Qeyd:  Virtual server üzərində bunu test etdiyim üçün hal-hazırki IP sazlanması bu serverlərdə belədir. Siz öz şəbəkənizə uyğun İP sazlanmasın apara bilərsiz.

IP sazlanmasından sonra DHCP Relay Agent servisini sazlamaq üçün ilkin görəcəyimiz iş Routing and Remote access (RRAS) servisini yükləməkdir. Bunun üçün Server Manager-də Add roles and features deyirik. Növbəti addımları isə şəkillərnən qeyd edirəm.

4

5

6

7

8

9

10

11

12

13

14

16

Yüklənmənin bitməsi üçün serveri yenidən başlatmalıyıq (restart). Serverimizi yenidən başlatdıqdan sonra Server Manager-in Tools bölməsindən Routing and Remote Access servisin açırıq.

17

İlk olaraq Routing and Remote Access servisini aktiv etməliyik. Bunun üçün serverimizin adının üzərinə gələrək Configure and Enable Routing and Remote Access deyərək davam edirik.

18

19

20

21

22

23

İndi isə DHCP Relay Agent sazlanmasının əsas hissəsinə başlaya bilərik. Bunun üçün İPv4 bölməsinə gəlib General hissəsin seçib New Routing Protocol deyirik.

24

Buradan DHCP Relay Agent protokolun seçərək Ok deyirik.

25

Gördüyümüz kimi İPv4 bölməsi altında DHCP Relay Agent protokolu əlavə olundu. İndi isə DHCP Relay Agent protokolunun üzərinə gələrək New Interface deyib davam edirik.

26

Burada uyğun protokolu seçərək davam edirik. Bizim nümunəmizdə Network B üçün DHCP Relay Agent funksiyasın aktiv etmək istəyirik.

27

Burada DHCP Server-lə əlaqə saxlayarkən neçə cəhd ediləcəyini və aralarındakı vaxt qeyd edilib. Biz ilkin (Default) dəyərləri saxlayaraq OK davirik.

28

29

İndi isə DHCP Relay Agent-in Properties-nə gələrək DHCP Server-in İP adresini açılan pəncərədə daxil etməliyik.

30

Bir daha qeyd edirəm ki, burada DHCP Serverimizin İP adresini daxil etməliyik.

31

Və beləliklə də Subnet A-da olan kompüterlər birbaşa DHCP Serverə sorğu göndərərək 172.16.0.0 şəbəkəsindən IP alacaq, Subnet B-dən olan kompüterlər isə ilk olaraq DHCP Relay Agent olan serverimizə sorğu göndərəcək və Relay Agent olan serverimiz bu sorğunu qəbul edib DHCP Serverə yönləndirərək uyğun scope-dan, yəni bizim nümunədə 192.168.1.0 şəbəkəsindən IP alacaq. Aşağıdakı şəkildən DHCP Relay Agent funksiyasının sorğulara cavab verdiyin və işlək vəziyyətdə olduğun görə bilərik.32

DHCP Serverimizə nəzər yetirdikdə isə uyğun subnet-lərdəki kompüterlərimizə IP payladığını görə bilərik.

33

34

Ümüd edirəm ki, yararlı bir məqalə olacaqdır. Növbəti məqalələrdə görüşənədək.

Fərid Mirzəyev

___________

İ.T. Mütəxəssis

MCSA

Səs: +60. Bəyənilsin Zəifdir

Müəllif: Fərid Mirzəyev

Şərhlər ( 4 )

  1. Əla, zehninə qüvvət… 🙂

  2. Təşəkkürlər Fərid. Əla alınıb.

  3. Buyurun dostlar. Bəyəndiyinizə sevindim.

  4. teşekkurler

Şərh yazın