WhatsAppda pulsuz zəng xidməti

Bir neçə gün əvvəl məşhur mesajlaşma proqramı WhatsApp 19 milyard dollara Facebook tərəfindən satın alınmışdı. Bundan sonra WhatsApp ilk yenilik ilə bağlı xəbər verdi. İstifadəçilərə pulsuz mesajlaşma xidməti verən proqram, buna əlavə olaraq, artıq pulsuz zəng xidmətini də işə salmağa hazırlaşır. Bu məlumatı WhatsAppın CEO və həmtəsisçisi Jan Koum MWC (Mobile World Congress) təqdimatı zamanı elan etdi. O, bildirdi ki, yeni xidmət bu ilin ikinci rübündə istifadəyə veriləcək. Bundan başqa, o, qeyd etdi ki, bu xidmət halhazırda mövcud olan Kakao və Viber proqramlarına bənzərdir.
WhatsAppın zəng xidmətinin əvvəlcə Android və İOS əməliyyat sistemlərində işə salınacağı gözlənilir. Onu da qeyd edək ki, WhatsAppın Facebooka satılma xəbəri yayılan gündən  istifadəçi sayı 465 milyona çatdı, bu sayın tezliklə 1 milyarda çatmağı gözlənilir.

Müəllif: Günel Yaqubova

Şərhlər ( WhatsAppda pulsuz zəng xidməti )

  1. Təşəkkürlər Günel xanım. Maraqlı xəbərdir. Əgər reallaşsa Viberin bazarı zəifləyəcək :).

Şərh yazın