Switch-ümumi baxış və funksiyaları

Bu məqalə "Switch funksiyaları" silsiləsinə daxildir

  switch

Switch telekomunikasiya sahəsində əhəmiyyətli yeri olan bir  avadanlıqdı. Çox böyük imkanlara malik olan Switch ilk dəfə 1990-cı ildə istifadəyə verilmişdir. Sonralar Switch-in müxtəlif formaları ixtira olundu. Forma deyəndə onların iş prinsiplərinin daha geniş imkanlara malik olması və yeni texnoloji əlavələrin özündə yer tapmasıdır. Switch-lər müxtəlif təbəqələrdə yerləşirlər(OSİ layers). Ümumiyyətlə Switch 2 təbəqədən tutmuş 7 təbəqəyə kimi müxtəlif iş prinsiplərini yerinə yetirirlər.

Məsələn

Layer-2: MAC addresslər sayəsində

Layer-3: İP və rouiting protocollar

Layer-4: Port və port range   (tcp,udp)

Layer-7: veb keş, kontent  sviçinq və s.

80/20.

Əvvəllər 10mb populyar vaxtında bu qaydaya xüsusi yer verilirdi

80% trafik daxili şəbəkədə digər 20% isə kənar resurslara ayrılırdı. Lakin tələblər bu qaydanı dəyişilməyə vardar etdi yəni 20/80  olaraq günümüzə gəlib çıxdı burada 20% daxili şəbəkədə  qalan 80% isə kənar resurslara tərəf yönəldilmişdir. Bu o deməkdir ki, o  zamanlar 80% trafikin daxildə qalması daha əlverişli hesab olunmuşdur yəni bu avadanlığın daha məqsədyönlü işləməsinə imkan yaradıb. Lakin, zaman keçdikcə istifadəçilərin daha çox kənara resusrlara ehtiyacı yaranır və buda həmin bu qaydanın əksinə  işləməsinə gətirib çıxarmışdır. Kənar resurlar deyəndə bura daxili şəbəkədən kənar resurslar nəzərdə tutulur. Məsələn internet və digər şəbəkə resursları.  Ümumiyyətlə Svitç  yaranmamışdan əvvəl hamının istifadə etdiyi hub-dan istifadə olunurdu. Hub ilə Svitç demək olar kı, eyni fiziki  görünüşə malikdirlər. Maraqlısı onların biri birindən fərqi və biri digərini bazardan çıxarmasıdır.  artıq  əminliklə deyə bilərəm ki, Hub deyilən  məhsul  müzeylərdə yerini tapmışdır onun yerini isə Svitç qürurla tutmuşdur. Hub iş prinsipi sadəcə ona gələn paketi digər portlara yönəltmək olmuşdur. Yəni  komp A-dan gələn paket B-yə getməlidisə  Hub həmin paketi həm B-yə həmdə ona qoşulu olan bütün  komplara yönəldir. Məhz buna görə şəbəkədə toqquşma halları tez -tez baş vermişdir. Svitç daha ağıllı və mütəşəkkildi. Deyək ki, komp A-dan komp B-yə paket göndərilir bu halda svitç gələn paketin fiziki adresini (MAC-Media Access Control) adresini öz (CAM-Content adressable memory) yaddaşına yazır, bütün  portlara paket  göndırir ki, host A-nın göndərdiyi paketin yiyəsini tapsın . Hər hansısa bir portda yerləşən avadanlıq buna cavab verərsə o zaman həmin portdan gələn   adresidə yaddaşına  yazır. Bunun əsasında svitç təyin edir ki,  göndərilən paket kimə və ya hansı portdan  göndərilməlidir və bunun əsasında növbəti dəfə A-dan B-yə paket göndərilərsə yuxarıda göstərilən prosedur təkrarlanmayacaq. Əgər heç bir portdan cavab gəlməzsə onda həmin paketlər rədd edilir. Burdan sual çıxa bilər bəs toqquşmanın qarşısını  necə alınır sviçlərdə. Bunun üçün ayrıca protokol yaradılmışdır ki, həmin toqquşmanı təyin etsin və aradan qaldırsın. CSMA\CD-Carrier sense multiple access with collision detection. Ezernet  texnologiyasında toqquşma  böyük rezonansa səbəb olmuşdur. Əgər bu tip  metodlar yaradılmasaydı bu günə gəlib çıxan  ezernet bəlkədə indiki populyarlığını qoruya bilməzdi. Bir neçə il əvvəl bu məsələ böyük bir problemə çevrilmişdir. O vaxtlar yarım dupleks səviyyəsində işləyən ezernet toqquşmaya şərait yaradırdı. Onun iş prinsipi yəni hər hansısa bir avadanlıq məlumat göndərmək istəyəndə mediaya qulaq asır əgər məlumat göndərən yoxdusa o zaman  paketini  göndərməyə başlayır. Eyni zamanda digər  bir  avadanlıq məlumat göndərərsə bu zaman toqquşma baş verir və şəbəkə kanalı yararsız hala düşür.  Adı çəkdiyimiz texnologiya bu problemi aradan qaldırır, yəni toqquşma qeydə alınarsa onu ilk  qeydə alan kompüter  qarışıq siqnal göndərir və mediada hansısa qisa zaman dairəsində data göndərilmir və bunun nəticəsində toqquşma aradan qaldırılır.

Bu hal yalnız yarım dupleks (half-duplex)olan texnologiyada baş verir çünki, yeni texnologiyada  tam dupleks (Full-duplex) olduğu üçün ümumiyyətlə aradan qaldırılmışdır. Yarım duplex  yalnız bir tərəfli işləyir yəni kompüter ya göndərər yada gəbul edə bilər eyni vaxt bu işin hər ikisni yerinə yetirə bilməz, tam dupleksdə isə  kompüter eyni vaxtda göndərə və qəbul etmə imkanına malikdi. Buna görədə Full-duplex olan şəbəkələrdə  toqquşma qeydə alınmır.

Ardı var….

Səs: +10. Bəyənilsin Zəifdir

Müəllif: Ağa Hüseynov

Şərhlər ( Switch-ümumi baxış və funksiyaları )

  1. TƏŞƏKKÜRLƏR!

Şərh yazın