Rootkit nədir?

f964de790c22741a4a30d78774b6418e-gif

Salam Əziz dostlar yenidən xoş gördük sizləri.Bu məqalədə sizlərə Rootkit nədir,işləmə prinsipləri və s.izzah etməyə çalışacağam.İndi isə keçək məqaləmizə.

Rootkitlər nədir və necə işləyirlər?

Rootkit xüsusi tipli malware virusudur.Rootkitlər ilk olaraq Unix əməliyyat sistemlərində ortaya çıxıb.Zaman ötdükcə bu zərərli proqrmalar Windows platformasına da nüfuz etmişdir. Rootkitlər xüsusi olurlar çünki onların nə etdiklərini bilmək olmur. Rootkitlərin məqsədi virus və yaxud wormlar kimi sistemə yoluxmaq deyil,əsas məqsədləri sistemə daxil olmaq və onu tam nəzarəti altına almaqdır.İlk olaraq bu proqramalar sistemə daxil olmaq üçün trojan, worm, soxulcan kimi virusları sistemə buraxırlar.Bu metodla kompüterinizə giriş qapısı açır,bu qapıya backdoor deyilir.Giriş qapısından və yaxud portdan içəri daxil olan bu proqramlar öz izlərini yəni loqlarını silirlər.Bu halda sistem içərisində virus olduğunu bilmir.Bu proqramların digər viruslardan fərqi odur ki,sistemə daxil olaraq özlərini sistem faylları arasında gizlədirlər.Rootkit proqramı ilə açıq qalan portdan xaker asanlıqla kompüterinizə daxil olaraq sizin hesabınızla saytlara hücumlar edə bilir.

Sistemdən rootkitlərin silinməsi?

İnternetdə bir çox anti-rootkit proqramları tapa bilərsiniz onlardan ən çox istifadə edilənləri aşağıdakılardır:

  1. Kaspersky TDSSKiller
  2. GMER
  3. Avast Anti-Rootkit
  4. Dr.Web CureIt!

Demək olar ki,rootkitlər silinə bilinməyən viruslardır.Əgər tam əmin olmaq isdeyirsinizsə sisteminizdə rootkit proqramı qalmayıb bunun yeganə yolu sisteminizi format etməkdir.

Rootkitlərdən qorunma yolları:

  • Ən asan yollardan biri Windows restore point( geri yükləmə nöqtələrini) müntəzəm yaratmaq.
  • Windows ƏS-i və digər Proqramların vaxtaşırı update (yeniləmək) olunması.
  • Windows parolunun ən azı 8 simvoldan ibarət olması(Böyük hərf,kiçik hərf,rəqəm və xüsusi simvollar).
  • Sistemdə Antivirusun Update olunması.

Hesab edirəm yararlı məqalə oldu.Gələn məqalələrdə görüşmək ümüdi ilə..

Səs: +20. Bəyənilsin Zəifdir

Müəllif: Elçin Əzizov

Şərhlər ( 7 )

    • Ali / . Dərc edilib:A 11/03/2014 at 2:18 AM
      Səs: 0. Bəyənilsin Zəifdir

    LOL elə bu dəqiqə Fedora -da rootkit axtarışında idim dedim technet-ə baxım bir elə bil ürəyimi oxudunuz)

    • AZER / . Dərc edilib:A 11/03/2014 at 9:30 AM
      Səs: 0. Bəyənilsin Zəifdir

    Windows üçün AntiRootkit Unhackme qəşəng softdur.
    Onu deyim ki,real hallarda dəfələrlə köməyimə gəlib.
    http://greatis.com/unhackme/

  1. Ali, işinizə yarayıbsa bu bizi çox sevindirir. Və geribildiriş etməniz çox əla haldır. Təşəkkür edirik.

    Qeyd: Məqaləni dostlarınızla da paylaşmağı unutmayın.

  2. Həqiqətəndə yararlı oldusa çox sevindim..

    • Rauf Əliyev / . Dərc edilib:A 12/03/2014 at 10:13 AM
      Səs: 0. Bəyənilsin Zəifdir

    Elçin dəyərli və ətraflı məlumatlar üçün çox sağ ol

  3. Buyur qardaşım Rauf dəyərli olduğu üçün həqiqətən sevindim. 🙂

  4. Bu tip mövzuların yazılmasına çox ehityac var. Əsasəndə son istifadəçilər üçün çox vacbili və yararlı məlumatdır. Təşəkkürlər Elçin bəy.

Şərh yazın