Microsoft İnnovasiya Günü 2014 Bakı

Salam dostlar. Bu gün Microsoft şirkətinin ənənəvi illik hesabatı Microsoft İnnovasiya Günü (Microsoft İnnovation Day Baku) təşkil edilmişdir. JW Marriott Absheron Baku otelinin Şərq zalında keçirilən tədbirdə “Cihazlar və Xidmətlər” haqqında danışılır. Məruzəçilər Emin Axundov (Microsoft Azərbaycan) və Araz Əyyubov (TechNet.Az) Cihazların nümayişini həyata keçiriblər. Windows 8.1, Office 365 və yenilikcə adını dəyişmiş One Drive haqqında məlumat vermiş, bu məhsulların biznes və gündəlik həyatda istifadəsinin asanlığı və üstünlüklərindən danışmışlar.

IMG_3821Tədbirin ikinci hissəsində Qaçay Mirzəyev (Microsoft Azərbaycan) və Fərhad Kərimov (TechNet.Az) Windows Azure platformalarının üstünlüklərindən, istifadə sahələrindən danışmış və nümayiş etdirmişlər.

WP_20140313_011

İnnovation_day

Bu tədbirin xüsusiliklərindən biridə bu il tam Azərbaycan məruzəçiləri tərəfindən təşkil edilməsi oldu. Fasilə zamanı müxtəlif təşkilatların nümayəndələri, İT direktor və menecerləri arasındatexnoloji inkişaf və planlar mövzusunda söhbətlər aparılmış, dostluq, yoldaşlıq münasibətləri qurulmuşdur.

Futured

Müəllif: Elvin Əmirov

Şərhlər ( 6 )

    • Rauf Əliyev / . Dərc edilib:A 13/03/2014 at 3:28 PM
      Səs: 0. Bəyənilsin Zəifdir

    Bəh-bəh bu tədbirlər təki həmişə belə axarlı olsun, çox təəssüf ki, mən orda ola bilməmişəm.

  1. MaşALLAH bu tədbirdə əməyi keçən hər kəsə minnətdarlığımı bildirirəm.ALLAH daima sizləri qorusun.Həqiqətəndə adam fəxr edir.Amma təssüf iştirak edə bilməmişəm.

    • Developer / . Dərc edilib:A 13/03/2014 at 5:09 PM
      Səs: 0. Bəyənilsin Zəifdir

    Hemişə Azərbaycan dilində keçirilsə məncə daha effektli olar.Ona görə məhz bugünki günə görə təşəkkür edirəm

  2. Dostlar, gözəl sözlər üçün təşəkkürlər. Qrupumuzun amalı, məqsədi doğma dilimizdə resurs artırmaqdır, fərq etmə məqalə, video dərslik, seminar məruzəçisi kimi, əsas odur Azərbaycanda öz resursumuz olsun. Kiminsə gəlib bizə seminar keçməyini, dərs verməyini gözləməyək. Şükürlər olsun ki, hədəflərimizə çatmağa bacarırıq. Uğurlarımızın bəxşişi bu xoş sözlərdir. Siz bunu əsirgəməyin ki, bizlər də tam gücümüz və həvəslə uğura doğru addımlaya bilək..

    • Elgün Yusifbəyli / . Dərc edilib:A 13/03/2014 at 7:06 PM
      Səs: 0. Bəyənilsin Zəifdir

    Hər birinizə uğurlar!

  3. Təşəkkür edirik, Elgün bəy.

Şərh yazın