Windows 8 ƏS’də Mount funksiyası

Salam Əziz dostlar.Bildiyimiz kimi Windows 8 ƏS-nə qədər ISO fayllarını fiziki açmaq üçün 3 party proqramlarından istifadə edirdik.

ISO fayllarını fiziki açmaq nə deməkdir?

Hər hansı ISO faylını istifadə etmək üçün onu əvvəlcə CD və yaxud DVD diskə yazımaq və daha sonra həmin diskə yazılmış faylı istifadə etmək olurdu.Bu prosesi asanlaşdırmaq üçün biz kompüter istifadçiləri əlavə proqramlardan istifadə etməklə prosesi asanlaşdırırdıq.Ən çox istifadə edilən proqram kimi Daemon Tools-u gösdərmək olar.

Windows 8 ƏS sisteminin buraxılışından sonra artıq ISO fayllarını açmaq üçün heç bir əlavə proqrama ehtiyac yoxdur.İndi isə bu prosesi yerinə yetirmək üçün məqaləmizə keçid alaq.İlk öncə hər hansı ISO faylın üzərində siçanın sağ düyməsini sıxmaqla açılan kontekst menyudan Mount bölməsini və yaxud sol tərəfdə yerləşən Mount-u seçirik.

1

Gördüyünüz kimi artıq Virual Disk yaradılıb.

2

ISO faylı ilə işi bitirdikdən sonra Siçanın sağ düyməsini yaranan Virtual Disk üzərində sıxmaqla açılan kontekst menyudan Eject seçərək əməliyyatı sonlandırırıq.

3

Gələn məqalələrdə görüşmək ümüdi ilə..

Səs: +20. Bəyənilsin Zəifdir

Müəllif: Elçin Əzizov

Şərhlər ( Windows 8 ƏS’də Mount funksiyası )

  1. Meqaleye gore tewekkur. Lazimli bir melumatdi ))

Şərh yazın