MDaemon-da yeni istifadəçinin yaradılması

   Salam Əziz izləyicilər.Yadınızdadırsa keçən məqalədə MDaemon mail serverinin qurulmasını öyrənmişdik.Bu məqalədə sizlərə yeni istifadəçinin necə yaradılmasını göstərəcəm.İlk olaraq MDaemonu açırıq.Bunun üçün All programs – MDaemon-Start MDaemon

1

MDaemon interfeysi qarşımızdadır.

2

İlk istifadəçimizi yaratmaq üçün daxil oluruq Accounts-New Account3

4

Bu məqalədə Account Options bölməsinə aid olan Account Details-alt bölməsini incələyəcəyik.İlk olaraq Account Status-şəkildən göründüyü kimi burada 3 variant var.4
1.Account is ENABLED (can check, send and receive email) – bunu seçdikdə yaratmiş olduğumuz istifadəçi öz email ünvanından tam olaraq istifadə edə biləcək.
2. Account is DİSABLED (can not check, send or receive email) – bunu seçdikdə istifadəçi üçün yeni email ünvan yaradılmış olacaq lakin emal ünvanı nə mail qəbul edə biləcək nə də mail göndərə biləcək
3. Account is FROZEN (can receive,but can not send or check email) – bunu seçdikdə yeni yaradılmış istifadəçi mail qəbul edə biləcək lakin mail göndərə və mail ünvanını yoxlama imkanı olmayacaq. Mən birinci variantı seçirəm.Davam edək.7

Bu bölmədə istifadəçimizə aid məlumatları daxil edirik.
Account must change mailbox password before it can connect – əgər biz bunu işarə etmiş olsaq istifadəçimiz ilk qoşulmada sistem tərəfindən parolunu dəyişməsi barədə ona xəbərdarlıq edəcək.
Password never expires for this account-əgər biz bunu işarə etsək istifadəçimiz üçün təyin etmiş olduğumuz parol heç vaxt bitməyəcəkdir.
Optinal sync password – bura yazılacaq parol ActiveSync (mobil cihzalardan qoşulmaq üçün) istifadə olunur.Əgər biz xananı boş saxlasaq onda ActiveSync üçün parol elə email üçün olan parolla eyni olacaq.
Description – bölməsinə yazdıqımız məlumat heç bir şeyə təsir etmir.Sadəcə olaraq sistem administratoru üçün kiçik bir xatırlamadır.

Növbəti məqalələrdə görüşmək ümüdi ilə.

Səs: 0. Bəyənilsin Zəifdir

Müəllif: Cemil Heyderov

Şərhlər ( MDaemon-da yeni istifadəçinin yaradılması )

  1. Maraqlı mövzudur. Azərbaycanda bu məhsulun isitfadəçsi çoxdur. Uğurlar.

Şərh yazın