Azərbaycanda ilk Qunduz İnformatika və Kompüter bacarıqları müsabiqəsi

Aprel ayının 6-da İsmayıllı rayonunda “Qunduz” İnformatika və Kompüter bacarıqları müsabiqəsi (“Bebras” Informatics and Computer Fluency contest) keçiriləcək. Müsabiqə Azərbaycan Respublikası Təhsil Nazirliyi, İsmayıllı rayon icra hakimiyyəti, İsmayıllı Rayon Təhsil şöbəsinin dəstəyi, Xəzər Beynəlxalq İnvestisiya Şirkətinin sponsorluğu və həmçinin İSTECHNEATS şirkətlərinin təşkilati dəstəyi ilə keçirilir.

Müsabiqə İsmayıllı rayonunun məktəbliləri arasında keçiriləcəkdir və məsələlər 3 kateqoriya (5-6, 7-8, 9-11-ci siniflər) üzrə qruplaşdırılacaqdır. Qaliblər toplanılan ballara görə müəyyən ediləcəkdir və ən çox bal toplamış ilk 5 məktəbli notebook, daha az bal toplamış şagirdlər isə müxtəlif hədiyyələrlə təltif olunacaqlar. Hazırda müsabiqədə iştirak etmək üçün 224 şagird qeydiyyatdan keçmişdir.

“Qunduz” müsabiqəsinin maraqlı cəhəti ondadır ki, bu müsabiqədə şagirdlərin informasiya texnologiyaları üzrə təfəkkürləri və kompüter vərdişləri yoxlanılır və bunun əsasında qiymətləndirilir. Müsabiqə on-line şəkildə keçirilir. Müsabiqədə 15 sual və 45 dəqiqə vaxt verilir.

Suallar testlər və interaktiv şəkildədir və heç bir dərin informatika bilikləri, proqramlaşdırma bilikləri tələb etmir. Bu da bizim üçün bütün bölgələrdən məktəblərdən şagirdlərin məntiq və təfəkkürlərini qiymətləndirməklə istedadlı şagirdləri seçməkdə böyük köməklik göstərəcək. Daha sonra həmin şagirdlər Azərbaycanın İnformatika üzrə Olimpiada komandasının rəhbərləri tərəfindən bir neçə il müddətində hazırlaşdırılıb Beynəlxalq İnformatika Olimpiadalarında (İOİ) iştirakı üçün köməklik göstərilməsi nəzərdə tutulub.

Hazırda 21 ölkədə (Kanada, Yaponiya, Almaniya, İtaliya, Polşa və s.) rəsmi olaraq “Qunduz” müsabiqəsi mütəmadi keçirilir (ətraflı məlumat bebras.org saytında). Sevindirici haldır ki, Azərbaycan da “Qunduz” müsabiqəsinin keçirilməsi üzrə hazırlıqlar gedən 7 ölkə (ABŞ, Rusiya, Böyük Britaniya, Kipr, İspaniya, İsrail və Azərbaycan) siyahısındadır.

Yaxın gələcəkdə müsabiqənin digər rayonlarda da keçirilməsi ilə bağlı elan veriləcəkdir. Eyni zamanda, həm müəllimlərin, həm də şagirdlərin müstəqil şəkildə hazırlaşmaları, sinif üzrə kiçik müsabiqələrin təşkili üçün bebras.az saytında imkanların yaradılması üzrə işlər getməkdədir.

Müəllif: TechNet Bot

Şərhlər ( 2 )

    • ilqar / . Dərc edilib:A 06/04/2014 at 5:54 PM
      Səs: 0. Bəyənilsin Zəifdir

    bu saytda mentiq suallatrinin oldugunu bilirem. Ismayillida bele bir imtahan kecirildi. 06.04.2014 tarixinde. Men de getmishdim. Hamisini yazdim.

    • ayten / . Dərc edilib:A 30/05/2014 at 5:38 PM
      Səs: 0. Bəyənilsin Zəifdir

    men de bu imtahanda istirak etdim ve neticem ela oldu.Bu gun de meni terifname ile teltif etdiler.Bu mentiqi yarisin kecirilmesinde emeyi olan butun sexslere oz minnetdarligimi bildirirem. ALLAH razi olsun.

Şərh yazın