Niyə Linux?

why-linux

Linux – fərdi kompüterlər və serverlər üçün ƏS-dir. Linux bəzi fərqli xüsusiyyətləri – pulsuz, etibarlı, təhlükəsiz, universal və məhsuldar olması, onun biznesdə də ideal seçim olduğunu göstərir.

1. Pulsuz olması. Linux Açıq Lisenziya Razılaşmasına əsasən pulsuz şəkildə yayılır. Bu, IT-də bir çox hüquqi məsələlərin qarşısını almağa və xərclərin əhəmiyyətli dərəcədə azalmasına imkan verir.

2. Etibarlılıq. Digər Unix əsaslı ƏS-ləri kimi Linux da yüksək etibarlılıqla xarakterizə olunur. Məsələn, tutaq ki, siz Windows ƏS-də bəzi işlər görmüsüz, lakin, yaddaşda saxlamamısız. Sistemdə nə isə səhv olur, sistem yenidən işə düşməli olur və ya sistemin işi yarımçıq qalır. Bu zaman sizin yaddaşda saxlamadığınız fayllar itir. Bu cəhətdən Linux çox etibarlıdır. Yəni, Linuxda bu cür problemlər olmur.

3.  Təhlükəsizlik. Kompüter virusları – icra edilə bilən bir proqramdır, yəni kompüterinizin əməliyyat sistemində olan imkanlardan istifadə edən əmrlər ardıcıllığıdır. Bunu hamı belə bilir. Lakin, yaxşı olar ki, Windows virusları deyəsiz. Çünki, həmin viruslar Windows ƏS altında işləyən kompüterlərdə işləyir. Linuxu seçməklə siz kompüter viruslarını tamamilə unuda bilərsiz və həmçinin, heç bir antivirusa ehtiyacınız olmayacaq. Çünki, Linux təhlükəsizdir.

4. Universallıq. Bəzi əməliyyat sistemi istehsalçıları öz gəlirlərini maksimum dərəcədə artırmaq üçün Windows sistemini müxtəlif paketlərdə yayır: professional istifadəçilər üçün, ev kompüterləri üçün, serverlər üçün, korporativ klientlər üçün və s. Bu, istehlakçılar üçün əhəmiyyətli dərəcədə əlavə xərclər yaradır. Linuxdan istifadə etməklə siz bu xərclərdən azad olacaqsız. Linuxun hər hansı distributivini seçməklə yerinə yetirilən məsələlərdən asılı olaraq sistemi müxtəlif kompüterlərdə müxtəlif şəkildə tənzimləyə bilərsiniz.

5. Məhsuldarlıq. Linuxu istənilən məsələnin həlli üçün təmzinləmək və beləliklə, maksimum məhsuldarlığa nail olmaq mümkündür. Buna ən yaxşı sübut Linuxun böyük hesablama qrupları və internet-serverlər üçün geniş istifadə olunmasıdır.

Səs: 0. Bəyənilsin Zəifdir

Müəllif: Leyla Əliyeva

Şərhlər ( 2 )

    • Yusif / . Dərc edilib:A 06/04/2014 at 11:07 AM
      Səs: 0. Bəyənilsin Zəifdir

    1 yerde sizinle razi deyilem. Linux ucun viruslar var. Meselen JAVA viruslar.

    • esref / . Dərc edilib:A 09/06/2014 at 3:40 PM
      Səs: 0. Bəyənilsin Zəifdir

    salam bu linux əs-ni komputrime nece yukleye bilerem?

Şərh yazın