Elgüc Yusifbəyliyə MVP statusu verildi!

Böyük fəxr və qürur hissi ilə bildiririk ki, TechNet layihəsinin təsisçisi Elgüc Yusifbəyli Directory Services üzrə MVP (Most Valuable Professional) statusu aldı. Onu da qeyd edəkki, ölkəmizdə cəmi 2 MVP var hal-hazırda!

elguc-mvpMVP – http://mvp.microsoft.com/en-us/mvp/Elguc%20Yusifbeyli-5000611

 “Microsoft” korporasiyası azərbaycanlı İT mütəxəssisi Elgüc Yusifbəylini “Microsoft”un ən dəyərli mütəxəssisi (“Most Valuable Proffesional” – MVP) adına layiq görüb.

“Microsoft” ən dəyərli mütəxəssis (MVP) mükafatını təşəkkür əlaməti olaraq entuziazm, texniki təcrübə və “Microsoft” məhsulları haqqında real məlumatı digərləri ilə bölüşən, müstəsna və müstəqil  icma liderlərinə təqdim edir. Bu, “Microsoft” şirkətinin texniki icmaların dəstəyi və inkişafı çərçivəsində üzərinə götürdüyü məsuliyyətin bir hissəsidir.

“Microsoft” bu insanların texnologiya qavrama və inkişaf etdirməsində vacib rolunu qəbul edir və bu, öz növbəsində, müştərilər üçün daha keyfiyyətli məhsullar çatdırmağa bir köməkdir. 20 il öncə bu mükafat cəmi 37 icma liderlərinə təqdim olunmuşdu.

Bu gün sözügedən rəqəm artıq 4000-ə çatıb. Bu mütəxəssislər 40 dildə danışan 90 ölkəni təmsil edir.

Ən dəyərli mütəxəssislər “Microsoft” məhsullarını ətraflı bilmələri ilə yanaşı, həmçinin, bu məhsulların dünya boyu necə istehsal olunduqlarına da bələddirlər. “Microsoft” bu mütəxəssisləri öz texniki resursları ilə təmin etməklə, onları məhsul istehsalı üzrə komandasına dəvət edir və beləcə, onların təmsil etdiyi icmaların texnologiya inkişafında öz töhfələrini vermələri üçün şərait yaradır.

Bir çox hallarda ən dəyərli mütəxəssislərə məhsullar və gözlənilən texnologiyalar haqqında gizli məlumat verilməklə onların bu məhsullar haqqında rəyi öyrənilir.

Qeyd edək ki, E.Yusifbəyli 1983-cü ildə Naxçıvanda anadan olub. Hazırda o, “Əhməd Yasəvi” Universitetində informasiya sistemlərinin idarə olunması üzrə magistr təhsili alır. “Technet.az” layihəsinin təsisçisi olan E.Yusifbəyli həmçinin, “MCT (“Microsoft Certified Trainer”)”, “MCSE (“Microsoft Certified System Engineer”)” və “VCP (“VMware Certified Professional”)” sertifikatlarına layiq görülüb.

Müəllif: Araz Ayyubov

Şərhlər ( 13 )

    • Omar / . Dərc edilib:A 01/04/2014 at 7:01 PM
      Səs: 0. Bəyənilsin Zəifdir

    tebrikler.axarinci olsun.diger MVP sehv etmiremse Ferhad Karimov-dur.her iki mutexessisi tehcnet.az da gormek cox xosdur

    • Rauf Aliyev / . Dərc edilib:A 01/04/2014 at 8:20 PM
      Səs: 0. Bəyənilsin Zəifdir

    Təbrik edirik Elgüc müəllim, uğurlarınız daha da bol olsun.

    • Elçin / . Dərc edilib:A 09/04/2014 at 2:56 PM
      Səs: 0. Bəyənilsin Zəifdir

    Səmimi qəlbdən Təbrik edirəm!

    • Programmist+Proqramming / . Dərc edilib:A 09/04/2014 at 4:18 PM
      Səs: 0. Bəyənilsin Zəifdir

    Semimi Qelbden tebrik edirem ugurlariniz bol olsun

    • Etibar / . Dərc edilib:A 09/04/2014 at 4:19 PM
      Səs: 0. Bəyənilsin Zəifdir

    Tebrik edirem Davamli olsun insallah

    • Emil Valiyev / . Dərc edilib:A 09/04/2014 at 4:57 PM
      Səs: 0. Bəyənilsin Zəifdir

    Tebrikler Insallah sizin sayenizde Azerbaycanda da mutexessislerin sayi artar. Axarnici olsun.

    • Elgün Yusifbəyli / . Dərc edilib:A 09/04/2014 at 9:47 PM
      Səs: 0. Bəyənilsin Zəifdir

    Əla! Təbriklər!

    • Ruslan Ramazanov / . Dərc edilib:A 10/04/2014 at 12:04 PM
      Səs: 0. Bəyənilsin Zəifdir

    Təbriklər qardaş !!! Allah, davamı üçün yardımçınız olsun.

    • Vüqar Məmmədov / . Dərc edilib:A 10/04/2014 at 12:28 PM
      Səs: 0. Bəyənilsin Zəifdir

    Səmimi qəlbdən təbrik edirəm Elgüc. Həm dəyərli insan, həm mütəxəssis.

    • ceyhun / . Dərc edilib:A 12/04/2014 at 6:24 PM
      Səs: 0. Bəyənilsin Zəifdir

    Tebrikler ve ugurlar

  1. Elgüc müəllim təbriklər.İnşALLAH davamlı olsun..

    • Vahid Kazımov / . Dərc edilib:A 17/04/2014 at 10:09 AM
      Səs: 0. Bəyənilsin Zəifdir

    Təbrik edirəm. Allah yeni yeni uğurlar qismət eləsin. Çox sevindim

  2. Ela test

Şərh yazın