Terminalla tanışlıq

Linux ƏS başlanğıcda ümumiyyətlə qrafik rejimsiz yaradıldığından, bu ƏS üçün yazılmış proqramların əksəriyyəti mətn rejimində işləyir. Elə  prorqmlar da var ki, qrafik interfeysə malikdir, lakin, o olmadan da işləyə bilir.
İndi gəlin terminalı işə salaq. Bunun üçün Applications (Tətbiqetmələr) bölməsindən Terminalı tapa bilərsiniz.
1
Əmr verməzdən öncə terminalda gördüyümüz yazını aydınlaşdıraq.
liveuser – əmrlər bu istifadəçinin adından işə salınacaq və yerinə yetiriləcək; @işarəsindən sonrakı localhost isə kompüterin adıdır. Bu adı siz sistemi quraşdırarkən təyin etmisiniz. işarəsi istifadəçinin ev kataloqunu göstərir və hal-hazırda sizhəmin qovluqdasınız. $ –simvolu yalnız o halda # kimi də göstərilir ki, siz root user (yəni superistifadəçi) kimi işləyirsiniz. Sizə tanış olmayan bütün bu anlayışlar barədə bir-bir məlumat verəcəm.
Misal üçün konsolda (terminalda) bir neçə əmr yerinə yetirək.
Terminalda aşağıdakı əmri verin və ENTER düyməsini sıxın.
pwd (print working directory – cari kataloqu çap et bu əmr cari qovluğu göstərir. Yəni, siz hal-hazırda hansı qovluqdasınız.
2
Bu əmri verdiyiniz zaman
/home/liveuser
yazısını görəcəksiniz. Bu da sizin cari kataloqu göstərir. Deməli, siz kök /homekataloqunda yerləşən /liveuser qovluğundasınız. /home kataloqu haqqında sizə keçən dəsrlərimizdə məlumat vermişdim. Bir daha qeyd edim ki, istifadəçilərin ev kataloqları bu qovluqda yerləşir.
Gəlin indi baxaq görək bizim cari kataloqda nələr var. Bunun üçün ls (list – siyahı)əmrindən istifadə edəcəyik.
3
Gördüyünüz kimi ekranda cari kataloqdakı qovluqlar göründü. Aydındır ki, əgər bu əmri başqa qovluqda versək başqa nəticə alacağıq.
Gəlin, indi də gördüyünüz qovluqlrdan birinə daxil olaq. Bunun üçün cd (change directory – qovluğu dəyişmək) əmrindən istifadə edəcəyik. Əmri aşağıdakı şəkildə vermək lazımdır:
cd Documents
(Documents – daxil olacağımız qovluğun adıdır. Siz istədiyiniz qovluğun adını yaza bilərsiniz). Bu zaman Documents qovluğuna daxil olacağıq.
4
Gördüyünüz kimi terminalda əmrlər göstərdiyim kimi verilir.
Əslində Windows ƏS-dən Linuxa keçmək istəyənlər əmrlərin çoxluğu və mürəkkəbliyindən çəkinirlər və ya bunu əsas səbəb kimi göstərirlər. Amma, əslində belə deyil. Başlanğıcda əmrlər yadda qalmasa da, zamanla, çox işlədikcə yaddaşınıza həkk olunacaq.
Səs: 0. Bəyənilsin Zəifdir

Müəllif: Leyla Əliyeva

Şərh yazın