ls və cd əmrləri

Keçən dərsdə qeyd etdiyim kimi ls əmri cari qovluqdakı faylların siyahısını göstərir. Qeyd edim ki, Linuxda əmrlərin bir neçə parametri ola bilər. Bugün haqqında danışacağımız ls əmrinin bir neçə əsas (daha çox istifadə olunan) parametri ilə tanış olacağıq.
ls – сari kataloqdakı fayl və qovluqların siyahısını göstərən əmrdir;
  • ls -a – normalda görünməyən və adları nöqtə simvolu ilə başlayan fayl və qovluqların siyahısını göstərir;
  • ls -l – qovluqlar haqqında bütün informasiyanı göstərir. Bu məlumatlar qovluğun sahibi, nə vaxt yaradıldığı, aid olduğu qrup və istifadəçilər kimi məlumatları göstərir;
  • ls -s – bütün fayl və qovluqlar haqqında məlumatı nizamlayaraq ekrana çıxarır;
  • -a və -l parametrlərini birgə istifadə etdikdə, nöqtə simvolu ilə başlayan bütün fayl və qovluqlar haqqında ətraflı məlumat görünəcək (ls –la və ya ls -al);

1

Yuxarıda göstərdiyim şəkildə ilk sətirdə cari kataloqun adını öyrəndim. Daha sonra ls əmri verməklə cari kataloqdakı fayl və qovluqların siyahısı ekrana çıxardım. Sonrakı sətirdə ls -a  əmri verdiyim zaman gördüyünüz kimi bayaq ls əmrini verdikdə görünməyən və adları nöqtə simvolu ilə başlayan fayl və qovluqların siyahısı ekrana çıxdı.

  • ls a* – adı “a” simvolu ilə başlayan, faylların siyahısını göstərir;
  • ls *a – adı “a” simvolu ilə bitən faylların siyahısını göstərir;

Qeyd edim ki, mən aşağıda əlavə etdiyim şəkildə a* və *a deyil, D* və *s şəklində axtarış etmişəm. Burada məqsəd ondan ibarətdir ki, həm göstərilən parametrləri daha yaxşı başa düşəsiz, həm də əlavə fayllar yaratmayaq bu axtarışı etmək üçün.
2

Gördüyünüz kimi ilk sətirdə ls əmri verdim  ki, cari qovluqdakı faylların və qovluqların siyahısına baxım. Daha sonra ls D* əmri verməklə  adının ilk hərfi D, digər hərfləri ixtiyari olan faylların (qovluqların) siyahısını ekrana çıxardım. Daha sonrakı sətirdə isə ls *s əmrini verməklə – adında əvvəlki simvollar ixtiyari, sonuncu simvol isə “s” olan faylların (qovluqların) siyahısını ekrana çıxardım.

ls əmrini aşağıda qeyd etdiyim şəkildə yoxlamaq üçün mən touch əmrindən istifadə etmişəm. Daha doğrusu verəcəyimiz sorğulara uyğun cavab almaq üçün mən touch əmrindən istifadə etməklə yeni fayllar yaratmışam. touch əmri yeni fayl yaratmaq üçün istifadə olunur. Məsələn,ilk sətirdə touch əmrindən istifadə etməklə  a1 adlı fayl yaratdım. Daha sonra faylın yarandığına əmin olmaq üçün ls əmri verdim (daha doğrusu həmin faylın yarandığını sizə göstərməkçün 🙂 ).

  • ls a[1-3] – adı iki simvoldan ibarət olan, adının ilk simvolu “a”, digəri 1,2 və ya 3 olan faylların siyahısını göstərir;
  • ls a[1-3]* – adı ixtiyari sayda simvoldan ibarət olan, ilk simvolu “a”, ikinci simvolu 1,2 və ya 3, digərləri isə ixtiyari simvollar olan faylların siyahısını göstərir;
  • ls ?1* – adının ilk simvolu ixtiyari, sonrakı simvolu “1”, qalanları isə ixtiyari simvollar olan faylların siyahısını göstərir;
cd directory_name – cari kataloqu dəyişir.
  • cd – – əvvəlki qovluğa (geri) qayıdır;
  • cd .. – bir kataloq yuxarı aparır;
  • cd ~ –  istifadəçinin ev kataloquna keçir;
  • cd / –  kök kataloqa keçir;

4

Şəkildə mən cd əmri ilə bağlı izah etdiyim bütün parametrləri göstərmişəm.

Səs: 0. Bəyənilsin Zəifdir

Müəllif: Leyla Əliyeva

Şərhlər ( 2 )

    • Murad / . Dərc edilib:A 11/04/2014 at 11:44 PM
      Səs: 0. Bəyənilsin Zəifdir

    Təşəkkür edirəm Leyla xanım.

Şərh yazın