Kataloqlarla iş əmrləri

Linux ƏS ilə iş zamanı vacib amillərdən biri də fayl sistemi üzrə naviqasiyadır. Fayl sistemi üzrə naviqasiyada istifadə olunan əmrlərdən pwd və cd əmrləri haqqında keçən iki dərsimizdə danışmışdıq. İndi isə digər əmrlər haqqında danışaq.
pushd, popd – bu əmrlər bir-biri ilə əlaqəli olaraq işləyirlər. pushd əmri kataloqu göstərilən kataloqa dəyişir. pushd .. əmri (.. parametri ilə pushd əmri) kataloqu, kataloq ağacında bir kataloq yuxarıya dəyişir.
pushd directory_name
Bu əmrin cd əmrindən fərqi ondadır ki, kataloqların dəyişdirilməsinin bütün arxivi stekdə saxlanılır və sonra bu, sürətli naviqasiya üçün popd əmri vasitəsilə istifadə olunur.
Bütün əmrləri mən aşağıdakı şəkildə pir pəncərədə yazmışam və yoxlamışam.
7
Digər ƏS-lərində olduğu kimi Linuxda da kataloqlarla iş istifadəçi üçün çox vacibdir. Kataloqlarla iş zamanı ən çox istifadə olunan kataloqlar haqqında danışaq.
mkdir – əmri kataloq yaradır. Bu əmri verərkən qarşısında yaratmaq istədiyiniz qovluğun adı yazılır.
mkdir directory_name
Bu misalda yazdığım directory_name qovluq adıdır. Siz istədiyiniz adı verə bilərsiniz.
8
  • Gördüyünüz kimi mən pwd əmri ilə hansı kataloqda olduğumu yoxladım.  /home kataloqunda idim;
  • ls əmri vasitəsilə onun içindəki faylların siyahısına baxdım, orada liveuser istifadəçisinin liveuser/ adlı ev kataloqu var;
  • cd əmri vasitəsilə həmin qovluğa daxil oldum;
  • ls əmri ilə bu qovluqda hansı fayllar (qovluqlar) olduğuna baxdım;
  • cd əmri vasitəsilə Documents/ qovluğuna daxil oldum;
  • ls əmrindən istifadə edərək baxıram ki, orda hansı fayllar var;
  • Və nəhayət, mkdir əmrindən istifadə edərək, leyla/ adlı qovluq yaratdım.
rmdir – əmri kataloqu silməyə imkan verir. Əmrin qarşısında kataloqun adını yazmaq lazımdır ki, həmin kataloqu silsin. Qeyd edim ki, siz silmək istədiyiniz kataloqda olsanız, onu silə bilməyəcəksiz. Mütləq həmin kataloqdan ya bir kataloq yuxarıda olmalısız, ya da başqa kataloqda. Başqa kataloqda olduğunuz zaman isə silmək istədiyiniz kataloqa gedən yolu göstərməlisiniz.

9

  • Documents/ qovluğunda idim. cd əmri ilə onun daxilindəki leyla/ qovluğuna keçdim;
  • Bu qovluğu silmək istəyirəm. rmdir vasitəsilə silməyə çalışdım, lakin, alınmadı. Çünki, mən silmək istədiyim qovluqda idim;
  • cd .. əmri ilə bir kataloq yuxarı keçdim;
  • rmdir əmri ilə leyla/ kataloqunu sildim;
  • Bu kataloqu silib silmədiyinizi dəqiqləşdirmək üçün ls əmrini verməklə faylların siyahısına baxa bilərsiniz. Görəcəksiniz ki, leyla/ kataloqu artıq yoxdur.
Qeyd edim ki, rmdir əmri heç bir parametri olmadan, yalnız və yalnız boş qovluqları silə bilər. İndi isə rmdir əmrinin parametrlərini yoxlayaq.
Səs: +10. Bəyənilsin Zəifdir

Müəllif: Leyla Əliyeva

Şərhlər ( Kataloqlarla iş əmrləri )

    • 0x52657370656374 / . Dərc edilib:A 16/04/2014 at 10:47 PM
      Səs: 0. Bəyənilsin Zəifdir

    Minnətdaram Leyla xanım.Ardı gəlsin İNŞALLAH.

Şərh yazın