Fayllarla iş əmrləri (2-ci hissə)

Bu dərsimizdə faylların silinməsi və köçürülməsi əmrləri haqqında danışacağıq. Əvvəlcədən qeyd edim ki, hər bir əmri praktiki şəkildə göstərdiyim zaman həm də ls əmrindən istifadə etmişəm. Bu, əslində nəticəni sizə göstərmək üçündür.

 

rm (remove deməkdir) – əmri faylın silinməsi üçün istifadə olunur. Sintaksisi aşağıdakı kimidir:

rm <faylın adı>

1

Bir çox parametrləri var. Onlardan ən çox istifadə olunanlarını qeyd edək:

  • rm -i  <faylın adı> – faylı soruşaraq silir. Sizdən faylı silib-silmıdiyinizi soruşmaq istəyərkən əgər silmək istəyirsinizsə y, istəmirsinizsə N cavabını verin ve ENTERi sıxın.

2

  • rm -r  <kataloqun adı>  – kataloqdakı faylları rekursiv silmə üçün istifadə olunur;

3

  • rm -f  <faylın adı>  – bütün faylların soruşulmadan silinməsi;

4

  • rm -v  <faylın adı>  – faylı silir və silinmə barəsində məlumat verir;

5

  • rm -rf  <faylın adı> – bu, -r və -f parametrlərinin birgə istifadəsidir. Bu, çoxlu faylların silinməsi üçün istifadə olunur. Əmri verdiyiniz diqqətli olmanız məsləhətdir. Çünki, bu əmr çox zaman sistemin çökməsinə səbəb olur.

mv (move deməkdir) – faylı köçürmək üçün istifadə olunur.

  •  mv<faylın adı> <qovluğun adı>  faylı qovluğa köçürmək üçün istifadə olunur;

6

  • mv <faylın əvvəlki adı> <faylın yeni adı> – faylın adını dəyişir;

7

Səs: +20. Bəyənilsin Zəifdir

Müəllif: Leyla Əliyeva

Şərhlər ( Fayllarla iş əmrləri (2-ci hissə) )

  1. Daha mövzular gözləyirəm ))

Şərh yazın