Android Hard Reset

Salam.Bu günkü mövzuda Hard reset haqqında söhbət açmaq istərdim.Hard Reset nədir?-Hard reset mobil telefonların və planşetlərin sıfırlanmasıdır.Yəni əyər sizin cihazınızın proqram təminatında hər hansı bir nasazlıq baş verərsə,və ya parolunuzu unudarsınızsa,Telefonunuzun ya da planşetinizin ekranı kilidə düşərsə və siz onu unudarsınızsa,Texniki servislərə müraciət etmədən öz cihazınızı özünüz sıfırlaya bilərsiniz.Mən bu məqalədə müxtəlif brendlərin müxtəlif modellərinin reset qaydasını izzah etməyə çalışacam.Amma bəri başdan sizi xəbərdarlıq etmək istəyirəm ki,əyər sizin cihazınızın proqram təminatına hər hansı bir xətər dəyərsə,( sizin etdiyiniz səhv ucbatından və ya cihazda əvvəldən olan problemin üzə çıxması nəticəsində ) Technet team heç bir məsuliyyət daşımır.Reset iki şəkildə verilir.Biri soft resetdir ki bunu siz telefonunuzun menyusunda olan zavod bərpası bölümündən edə bilərsiniz.Hard reset ise menyuya girmək mümkün olmadıqda(məsələn telefon parolda olarsa) edilir..Amma xəbərdarlıq edirəm ki,hard reset zamanı telefonun yaddaşındakı bütün fayllar silinir.(şəkil,musiqi,kontaktlar,sms və s..)Yalnız SD kartınızdakı fayllarınızdan arxayın ola bilərsiniz,əlbətdəki SD kartınıza parol qoymamısınızsa. Bunun üçün recovery menyuya girmək lazım gəlir.Bunu da deyim ki,Android sistemlərdə Brenddən asılı olaraq interfeys dəyişsə də,ardıcıllıq eynidir.İndi bəzi modellərin üzərində bunu sizə göstərim:

Samsung Galaxy S III üzərində:

hard-reset-samsung-galaxy-s3-iii

Telefonunuzu söndürün.Tam söndüyündən əmin olmaq üçün batareyasını çıxarıb və yenidən yerinə taxın.Şəkildə İşarələndiyi kimi – EV(ortadakı düymə) + Volume+ (səs verən) və Power ON düməsini eyni anda basılı tutun.

dscn0122small

Qarşınıza bu şəkildə menyu çıxacaq.(fərqli modellərdə fərqli interfeysdə də ola bilər)

Bu menyuda səs artırıb azaldanla gəzə bilərsiniz.Seçim üçün ya Power ON düyməsi,ya da Hold düyməsindən istifadə edirsiniz (modelə görə dəyişir)

Bu menyuda wipe data/factory reset üzərinə gətirib onu seçirsiniz

Açılan menyuda Yes- delete All user data  seçirnsiniz.Bir neçə saniyədən sonra Telefonun sıfırlandığını xəbər verən mesajı görürüsünüz.Və sonunda Reboot system new seçirsiniz və telefon yenidən yüklənir.

Bu əməliyyatdan sonra telefonu ilk gün aldığınızda olduğu kimi hər şeyi yenidən quraşdırırsınız.

HTC modellərində:

HTC One modelində

How-to-hard-reset-HTC-One

Telefonu söndürün tam söndüyündən əmin olun:

Ardınca volume down(səs azaldan) + Power (yandıran ) düyməsini eyni anda sıxın.

Ekranda Androidin logosunu gördüyünüzdə Power düyməsini buraxın.Qarşınıza menyu çıxacaq.Bu meyuda Səs verib azaldanla gəzişə bilərsiniz.

Wipe –nin üzərinə gətirib onu seçin.(ya pover düyməsi ilə ya da Ev düyməsi ilə)

Açılacaq menyuda wipe data/factory reset seçin və əməliyyat bitdikdən sonra telefonunuzu yenidən başladın.

LG Nexus

 

Telefonu söndürün.Volume down və Power On düymələrini eyni anda basılı saxlayın.Recovery menyu gəldikdə Səs alan (Volume down) düyməsini iki dəfə basın.Sonra Power düyməsinə vurun.Qırmızı rəngdə işarə gördüyünüzdə Power və Volume UP (səs artıran) düyməsini eyni anda sıxın.Oradan Wipe data/factory reset uzərinə gətirib Power düyməsini sıxın.Açılan menyuda : Yes – Delete All user data seçib,əməliyyatın bitməsini gözləyin.Sonra telefonunuzu yenidən yükləyin.

Sony

Sony modellərində əsasən recovery menyusu olmadığı üçün Sony PC companion-la hard reset vermək mümkündür.Amma əyər istərsəniz telefonunuza Recovery menyu yaza bilərsiniz.Əyər kim bunu etmək istəsə yazsın,kömək edərəm.Sizə onu deyim ki,yuxarıda göstərdiyim düymələr modellərə görə dəyişir.Çətinliyiniz olarsa,modeli şərh bölməsinə yazın kömək edək..Bu qədər…Hələlik!

Hard-reset-android

Səs: +20. Bəyənilsin Zəifdir

Müəllif: Elmir Etibaroğlu

Şərhlər ( 2 )

    • Ragif / . Dərc edilib:A 29/04/2014 at 10:12 PM
      Səs: 0. Bəyənilsin Zəifdir

    MEN HTC ONE X modeline costum kit kat yazmaq isteyirem.lakin bunun haqqinda hec bir biliyim yoxdu.sadece costum yazila bildiyini bilirem.siz mene nece meslehet gorersdiz form veya bir bildiyiniz sayt var oyrenmek ucun.tsk bilgiler ucun.

    • Elmir / . Dərc edilib:A 30/04/2014 at 11:41 AM
      Səs: 0. Bəyənilsin Zəifdir

    Salam.Əlbətdə mümkündür.Amma məsləhət deyil.

Şərh yazın