Windows Server 2012 Microsoft Security Essentials(pulsuz antivirus) yazılması

Salam dəyərli dostlar, çox uzun fasilədən sonra yeni dərsliyimizi sizlərə təqdim edirəm.

Deməli, Windows Server 2012 yükləyib quraşdırdım.

Yükləmək üçün keçid (180 günlük Trial versiya):

http://technet.microsoft.com/en-us/evalcenter/hh670538.aspx

Windows Server 2012 qurulma dərsliyi (Fərhad Kərimov)

 http://www.technet.az/2012/09/10/windows-server-2012-qurulumu/

Məqsəd: Bu Server 2012 həm gündəlik istifadə, həm də Virtual mühitdə başqa əməliyyat sistemləri qaldırıb, şəbəkə qurub praktika aparmaq üçün istifadə edəcəyəm.  İstifadə etməyə təzəcə bismillah etmişdim ki, sual gəldi ağlıma. Bəs təhlükəsizliyimi necə təmin edəcəyəm? Gündəlik istifadə zamanı, İnternetə çıxışım olacağı üçün müəyyən təhlükələrlə üz-üzə qalma ehtimalım artır. Çünki bu bilgisayardan mən mənim üçün əhəmiyyətli olan e-mail ünvanlarıma eləcə də başqa hesablarıma giriş edəcəm. Antivirussuz ƏS-də özümü rahat hiss edə bilməyəcəm. Pulla isə Antivirus almaq həvəsim və fikrim yoxdu. Pulsuz həll lazımdır mənə. İnternetdə bir az axtardıqdan sonra, məlum oldu ki, adi client əməliyyat sistemlərdə istifadə etdiyimiz “free” pulsuz antivirusları Server 2012-ə yazmaq olmurmuş. Bir neçə adını ilk dəfə eşitdiyim antivirus proqramları çıxdı amma onları da tanımadığım üçün istifadə etməkdən vaz keçdim. Hətta Microsoftun özünün təhlükəsizlik həlli olan Microsoft Security Essentials proqramı da Server 2012-də işləmədi. Bir az araşdırdıqdan sonra MSE-i Server 2012-ə yazmağın mümkün olduğunu kəşf etdim. Aşağıda təqdim etdiyim bu üsulla siz Server 2012-ə MSE yaza biləcəksiniz. Bu mənim üçün kifayət edən həlldir. Təbii ki, siz daha ciddi təhlükəsizlik həlli axtarışındasınızsa, o zaman bir az pul xərcləməli olacaqsınız. 🙂

Qeyd: Təhlükəsizlik istifadəçinin özündən asılı olan bir şeydir. Heç bir halda, heç bir antivirus proqramı  100% təhlükəsizlik vəd etmir. 

 

1. Bu keçidə daxil olun. İngilis dilini seçib, yükləyirəm. – http://windows.microsoft.com/en-us/windows/security-essentials-all-versions

1

 

2. Proqram mənim bilgisayarımda Downloads adlı qovluğa yükləndi.

2

2.1 Üzərinə iki dəfə klikləyib proqramı icra etməyə cəhd edin. Bu pəncərə açılacaq və bu proqramın sizin Əməliyyat sisteminizə yazılmasının mümkün olmadığını deyəcək.

cannot-be-installed

 

3. Axtarış bölməsində CMD yazın, Command Promt proqramı çıxacaq qarşınıza. Sağ düyməni üzərində klikləyin, aşağıdan açılan menyudan Run As Administrator seçin. Bəzi sistem əmrləri var ki, biz onu adi halda icra edə bilmirik. Ona görə bu xüsusi privlegiyalı üsulda açırıq.
3

 

4. İndi CMD açıldıqdan sonra, biz gərək yükləmək istədiyimiz bu MSE setupinin yerləşdiyi qovluğa gedək çıxaq. Bunun üçün CD əmrindən istifadə edəcəyik. Şəkildən də göründüyü kimi, CMD hal hazırda Users\Administrator qovluğundayıq. Yəni icra edəcəyimiz əmr, indiki halda Administrator qovluğunda həmin setup-ı axtarıb icra etməyə çalışacaqdır. Downloads qovluğu isə Administrator qovluğunda yerləşir, yəni onun alt qovluğudur. Bunun üçün cd downloads yazıb, enteri basırıq.

cd-downloads

 

5. İndi isə biz MSE setup-ın icra olunmasını əmr edəcəyik üstəlik, disableoslimit əmri verərək, əməliyyat sistemində yazılmaya mane olan funksiyanı bu quraşdırmaq üçün söndürmüş olacağıq. Əmr bu cürdür: mseinstall /disableoslimit . Bayaq yükləmiş olduğumuz dovnloads qovluğundakı faylın adına diqqət edin. Yəni mseinstall faylın adıdır. Əgər setup faylın adı technetaz olsa idi, əmrimiz: technetaz /disableoslimit olacaqdı.

disableoslimit

 

6. Əmri icra etdikdən sonra proqram işə düşür və diqqət etdinizsə, artıq biz quraşdıra bilərik proqramı. Next düyməsini basırıq.

install-mse

 

7. Burada yazılanlar əslində oxunulduqdan sonra bu şərtlərlə ya razılaşıb istifadə etməli ya da razılaşmayıb, proqramı istifadə etməkdən imtina etməliyik 😀 Bu səhifədə yazılanları hər zamanki kimi başdan ayağa oxuduqdan sonra, növbəti addıma keçirik İ accept düyməsini basaraq :)))

software-license-terms

 

8. Optimize Security bölməsində ilk işarə qoyulması məsləhətdir. Əgər Windows Firewall  sönülüdürsə, onu işə salacaq qurulma zamanı. Təhlükəsizliyimiz üçün gərəklidir. İkinci xanada işarə qoyularsa, şübhəli(virus yoluxma ehtimalı olan) proqram və ya fayllar olarsa, proqram həmən faylı Microsoftda incələnmək üçün göndərilir avtomatik və nəticədə yeni virus və digər ziyanverici faylların aşkar olunmasında iştirak etmiş olursunuz. Əgər hər hansı səbəbdən bunu istəməsəniz, o zaman işarə qoymayın. Təbii ki, Next düyməsini basıb davam edirik 🙂

optimize-security

 

8.1 Əgər proqramın inkişaf etdirilməsində iştirak etmək istəyirsinizsə, Join The Customer… seçib Next düyməsini basırsınız.

customer-experience-improvement-program

 

9. Hazırıqmı? 🙂 Hazırıqsa, quraşdırmaya başlanması üçün İnstall düyməsini basırıq.

ready-to-install

 

10. Qurulma gedir…

installing

 

11. Qurulma tamamlandı. İşarə qalarsa, Virus bazası yeniləndikdən həmən sonra, program sistemi yoxlayacaq. Finish düyməsini basırıq.

finish

 

12. Proqram Virus Bazasını yeniləməyə başlayır, serverə qoşularaq.

microsoft-security-essentials

 

13. Update(Yeniləmə) bitdikdən sonra, Bütün sistem proqram tərəfindən yoxlanmağa başlanır.

scanning

 

Budur artıq Windows Server 2012 -də Pulsuz, Microsoftun öz məhsulu olan Microsoft Security Essentials quruldu. Ümid edirəm ki, kiminsə işinə yarayacaq. Növbəti dərsliklərdə görüşmək ümidi ilə.

Səs: +10. Bəyənilsin Zəifdir

Müəllif: Araz Ayyubov

Şərhlər ( 4 )

    • Azar / . Dərc edilib:A 01/06/2014 at 3:38 AM
      Səs: 0. Bəyənilsin Zəifdir

    Salam. Eger resmi olaraq desteklenmirse, bu ne qeder duzgundur ki, server kimi onemli bir sheye yazilisin?

    • Azar bəy, suala görə təşəkkür edirəm.

      Bir neçə məqama diqqət etmək gərəkdir. Mən bu serveri iş bilgisayarıma qurmuşam. Həm gündəlik istifadə həm də praktika keçməm üçün istifadə edirəm. Minimal təhlükəsizlik lazımdır mənə. Pulla hər hansı həll almaq fikrim yox idi. Pirat üsullardan istifadə etmirəm. O səbəbdən Microsoftun öz məhsulunu yazdım. Görünüşə görə hələ ki, hər şey qyadasındadır və proqram normal çalışır.

      Məqalədə sualınıza uyğun dəyişiklik etdim. Təşəkkür edirəm bir daha.

      Məqsəd: Bu Server 2012 həm gündəlik istifadə, həm də Virtual mühitdə başqa əməliyyat sistemləri qaldırıb, şəbəkə qurub praktika aparmaq üçün istifadə edəcəyəm. İstifadə etməyə təzəcə bismillah etmişdim ki, sual gəldi ağlıma. Bəs təhlükəsizliyimi necə təmin edəcəyəm? Gündəlik istifadə zamanı, İnternetə çıxışım olacağı üçün müəyyən təhlükələrlə üz-üzə qalma ehtimalım artır. Çünki bu bilgisayardan mən mənim üçün əhəmiyyətli olan e-mail ünvanlarıma eləcə də başqa hesablarıma giriş edəcəm. Antivirussuz ƏS-də özümü rahat hiss edə bilməyəcəm. Pulla isə Antivirus almaq həvəsim və fikrim yoxdu. Pulsuz həll lazımdır mənə. İnternetdə bir az axtardıqdan sonra, məlum oldu ki, adi client əməliyyat sistemlərdə istifadə etdiyimiz “free” pulsuz antivirusları Server 2012-ə yazmaq olmurmuş. Bir neçə adını ilk dəfə eşitdiyim antivirus proqramları çıxdı amma onları da tanımadığım üçün istifadə etməkdən vaz keçdim. Hətta Microsoftun özünün təhlükəsizlik həlli olan Microsoft Security Essentials proqramı da Server 2012-də işləmədi. Bir az araşdırdıqdan sonra MSE-i Server 2012-ə yazmağın mümkün olduğunu kəşf etdim. Aşağıda təqdim etdiyim bu üsulla siz Server 2012-ə MSE yaza biləcəksiniz. Bu mənim üçün kifayət edən həlldir. Təbii ki, siz daha ciddi təhlükəsizlik həlli axtarışındasınızsa, o zaman bir az pul xərcləməli olacaqsınız. 🙂

      Qeyd: Təhlükəsizlik istifadəçinin özündən asılı olan bir şeydir. Heç bir halda, heç bir antivirus proqramı 100% təhlükəsizlik vəd etmir.

    • 111 / . Dərc edilib:A 22/06/2014 at 10:25 PM
      Səs: 0. Bəyənilsin Zəifdir

    Minnətdaram qardaş.Çox sağol.

    • JAVAPROGRAMMER / . Dərc edilib:A 28/07/2014 at 5:57 PM
      Səs: +2. Bəyənilsin Zəifdir

    2012 R2 -de islemedi bu metod evezine Setupin compatible modunu VVin7 compatible eledim ve sonra dediyiniz yolla yoxladim isledi.

    2012 R2-de /disableoslimit vermek sadece bes etmedi yani.

Şərh yazın