Microsoft Sertifikatları Haqqında Suallar

Hörmətli Oxucular,
Bu mövzumuzda Sizlərə Microsoft şirkətinin Server Sistemləri və digər məhsulları üzrə təqdim etdiyi bəzi Sertifikatlar haqqında danışacağıq. Sertifikatlarla bağlı mövzu həmişə aktiv və təkrarlanan mövzu olduğu üçün çalışacağam ki, məsələni daha asan şəkildə sizin diqqətinizə çatdırım. Qeyd etmək istərdim ki, bu mövzu məqalə xarakteri daşımır. Sadəcə müəyyən dialoqların nəticəsini paylaşcağıq.

Yeni başlayacaq dostlarımız üçün ilkin məlumat :

Microsoft Sertifikatları IKT bazarında ən məhşur sertifikatlardan biridir. Demək olar ki, günümüzdə təklif olunan iş elanlarına nəzər yetiridiyimiz zaman əksəriyyətinin sertifikatlı mütəxəssis tələb etdiyi aydın şəkildə görünür. Beləki Microsoft məhsullarının bazarda geniş yayılması bu sahəyə olan mütəxəssislərə tələbatın çox olmasına gətirib çıxarır. Microsoft şirkəti bir çox məhsullar üzrə Sertifikat proqramları təqdim edir. Aşağdakı keçidə daxil olduğumuz zaman bəzi spesifikasiyalara görə bölgü ilə tanış ola bilərik.

a) https://www.microsoft.com/learning/en-us/certification-overview.aspx

MS-Cert-01

Şəkildən də göründüyü kimi bölgü məhsullar əsaslı təyin olunub. Biz əsasən Sistem Administratorluğu yəni Server tərəfini analiz etməyə çalışacağıq. Əvvəlki illərlə müqaisə etdiyimiz zaman bu gün Microsoft Sertifikatlaşdırma sahəsini daha çox profilləşdirib. Bu da bir növü mütəxəssis seçimini və mütəxəsisin seçimini asanlaşdırır.

b) Microsoft Sertifikatlarından bizim incələyə biləcəyimiz bəzi sertifikatlar qısa olaraq aşağdakı kimi adlanır.

  • MCTS – Microsoft Certified Technology Specialist (2008)
  • MCITP – Microsoft Certified IT Professional (2008)
  • MTA – Microsoft Technology Associate
  • MCSA -Microsoft Certified Solutions Associate
  • MCSE – Microsoft Certified Solutions Expert

Qeyd: Server 2008 öncəsi qısaltmaların açıqlması : MCSA -(Microsoft Certified Systems Administrator), MCSE – (Microsoft Certified Systems Engineer) . Geniş qaynaq

1. MTA – Microsoft Technology Associate : Bu Sertifikat modeli əvvələr akademik səviyyədə mövcud idi. Hal-hazırda hər kəs bu sertifikatları əldə edə bilər. Tələbələr, İT-yə yeni qədəm qoymuş gənclər üçün təqdim olunan bu Sertifikat modeli 3 platformanı əhatə edir. Hər bir bölmədə əsaslı, ilkin biliklərə aid imtahanlar nəzərdə tutulub.

MS-Cert-02

İT Infrastructure : Bu hissəyə nəzər yetirdiyimiz zaman aydın olur ki, bu bölmə Sistem Administratorluğu sahəsinə yönələnlər üçün ilkin təməl bilikləri formalaşdırır. Aşağdakı qeyd olunan imtahanlardan birini qazadığınız təqdirdə MTA ünvanına və sertifikatına malik olursunuz. Demək olar ki, Azərbaycanda çox az müraciət olunan Sertifikat sahəsidir.

Əhatə dairəsi

Kurslar (zəruri deyil) Tələb olunan imtahanlar Hər hansı bir imtahan qazanıldığı təqdirdə əldə olunacaq ünvan
Windows Operating System Fundamentals
MTA_Blk[1]
Windows Server Administration Fundamentals
Networking Fundamentals
Security Fundamentals

2. MCSA – Microsoft Certified Solutions Associate : Hazırda günümüzdə ən aktiv müraciət olunan Sertifikat modelidir. Əhatə etdiyi məhsul platforması çox genişdir. Bu şəkilə nəzər yetirdiyimiz zaman bir Sistem Administratoru aşağdakı Sertifikatların hamısını əldə etmək gücünə malikdir. Lakin real həyatda çalışdığı sahə və profili üzrə təkmilləşəcək.

MS-Cert-03

İT Helpdesk tərəfdə aktiv fəaliyyət göstərəcək dostlarımız üçün ilkin olaraq MCSA : Windows 8, MTA kimi Sertifikatlar üçün seçim etmək məqsədəuyğundur. Digər tərəfdən baxdığımız zaman ilkin başlayanlar üçün yeni sertifikat proqramlarına üstünlük vermələri məqsədəuyğundur. Ən çox yazılan suallar arasında: Mən Windows Server 2008 qurmuşam az-çox təcrübəm var, 2008 Sertifikat imtahanları ilə başlmağı düşünürəm ?. Yanlış seçimdir. Səbəbi isə açıqdır. Texnologiya sürətli şəkildə irəlilədiyi üçün geri dönüb baxmağa gərək yoxdur. Əgər qarşınızda 2008 və 2012 durursa seçiminz 2012 olmalıdır. Və bu şəkildə davam etməyiniz məqsədəuyğunudur.

MCSA ünvanın qazanmaq üçün tələb olunan imtahan sayı üçdür. Yəni biz 70410,411,412 nömərli imtahanları müvəffəqiyyətlə başa vurduqdan sonra MCSA ünvanına və sertifikatına malik olacağıq. Bu ünvan sizə bacarıqlı mütəxəssis səviyyəsini qazandırır.

Addımlar Mövzular Kurslar (zəruri deyil) Tələb olunan imtahanlar Əldə olunacaq ünvan
1 Installing and Configuring Windows Server 2012
SolAssoc_WinServ2012_Blk[1]
2 Administering Windows Server 2012
3 Configuring Advanced Windows Server 2012 Services

3. MCSE Microsoft Certified Solutions Expert : Bu ünvanı əldə etmək üçün öncə MCSA ünvanına malik olmaq lazımdır. Qeyd etmək istərdim ki, imtahanlar üçün hər hansı ardıcıllıq şərt qoyulmur. Misal üçün MCSA olmaq niyyətiniz varsa öncə 70412 imtahanına daxil olub sonra digər imtahanları tamamlaya bilərsiniz. Aşağdakı şəkilə nəzər yetirdiyimiz zaman digərlərlərinə nisbətdə MCSE daha çox profilləşmiş platforma təqdim edir. Misal üçün əgər biz Exchange üzrə bacarıqlarımzı təsdiqləmək istəyiriksə. MCSE üçün bu bölmədə tələb olunan imtahanların siyahısı ilə tanış olmalıyıq.

MS-Cert-04

MCSE : Server Infrastructure ünvanını əldə etmək üçün misal göstərməyə çalışsaq, cədvəldən də aydın olur ki, üç imtahan MCSA üçün tələb olunan imtahanların sihasıdır və əlavə olaraq iki (70-413,414) imtahandan nəticə əldə etdiyimiz zaman Ekspert ünvanına və sertifikatına sahib olacağıq.

Addımlar Mövzular Kurslar (zəruri deyil) Tələb olunan imtahanlar Əldə olunacaq ünvan

1

Installing and Configuring Windows Server 2012
SolExp_ServInfra_Blk[1]

2

Administering Windows Server 2012

3

Configuring Advanced Windows Server 2012 Services

MSCA 1-3, addımlar tamamlandıqda Microsoft Certified Solutions Associate ünvanı qazanılmış olur

4

Designing and Implementing a Server Infrastructure

5

Implementing an Advanced Server Infrastructure

Bu mövzular ilkin başlayanlar dostlarımız üçün bir az qarmaşıqlıq yarada bilər. Yəni qısa olaraq baxsaq. Günümüzdə MCSA və MCSE sertifikatları aktividir. Bunu üçün sizdən tələb olunan öncə hədəfinizi müəyyənləşdirməlisiniz və seçəcəyiniz istiqamət üzrə imtahanlardan keçərək hələlik bu gün üçün son pillə olan MCSE ünvanına sahib olacaqsınız. MCSA, MCSE üçün ilkin olaraq MTA sertifikatını qazanmaq tələb olunMur. Əgər təcrübəniz buna imkan veririsə birbaşa qeyd edilən MCSA, MCSE imtahanlara daxil ola bilərsiniz.

4. Upgrade : Sistemlərdə olduğu kimi Sertifikatlarda da Upgrade yəni Yükəsltmə məntiqi mövcuddur. Misal üçün: MCTS , MCITP – Windows Server 2008 dövründə təqdim olunmuş yeni sertifikat modeli idi. Artıq demək olar ki, bir çox imtahanların müddəti bitib, bəziləri isə MCSA (2008) adı ilə əvəz olunub. Bu ünvanların bəzilərindən MCSA, MCSE (2012) yüksəltmə mümkündür. Imtahanlar fərqlilik göstərə bilər. Misal üçün: MCITP : Server Administrator on Windows Server 2008 üvanını MCSA 2012-yə yüksəltmək üçün 70-417, MCSE : Server Infrastructure ünvanına sahib olma üçün isə eyni qaydada 70-413,414 imtahanlarından nəticə əldə etməliyik.

5. Second Shot : Microsoft imtahanlarında ilin bəzi vaxtlarında Second Shot təqdim olunur. Second Shot vasitəsilə siz əgər daxil olduğunuz imtahandan kəsilmisinizsə ikinci dəfə həmin imtahana ödənişsiz daxil ola bilərsiniz. Bundan əlavə bəzi vaxtlarda Microsoft xüsusi endirimlər təqdim edir. Second Shot və endirimlər üçün xüsusi kodlar paylaşılır ki, bu kodları imtahana qeydiyyat olan zaman, təqdim olunacaq qrafaya əlavə etməyiniz mütləqdir. Hazırda 15%-lik bir endirim aktivdir. Qeydiyyat zamanı 15OFF kəliməsini xüsusi qrafaya yazaraq 15% lik bir endirim əldə edə bilərsiniz.

Bu şəkil sizə hədəfinizi və imtahanlarınızın ardıcıllığını daha gözəl izah edəcək. Gördüyünüz kimi 3 ədəd əsas və digər hədəf seçəcəyiniz imtahanlar mövcuddur. Xatırlatmaq istəyirəm ki, texnologiya sürətli inkşaf etdiyi üçün bu imtahanlar müəyyən vaxtlarda dəyişilir. İmtahanlara hazırlıq öncəsi son vəziyyəti araşdırmaq məqsədəuyğun olacaq.

MS-Cert--MCSE-05

Microsoftun imtahanlar üçün hazırladığı siyahı şəkilindəki kitabçaları aşağdakı keçidlərdən əldə edə bilərsiniz.

Training and Certification Guide App

Microsoft İT Academy Certification Roadmap

Microsoft Certification Pathways

Bu hissəyə qədər Sertifikatlar haqqında sizləri məlumatlandırmağa çalışdıq. İndi isə imtahanlar haqqında qısa izahat verək.

Microsoft İmtahanları hazırda Prometric Test Mərkəzləri tərəfindən təşkil olunur. Yanvar 2015-dən etibarən artıq Preson VUE Test Mərkəzləri tərəfindən təqdim olunacaq. İmtahanlara online qeydiyyat ola bilərsiniz. Qeydiyyat zamanı Test Mərkəzi üçün Azərbaycan bölməsində təqdim olunacaq mərkəzlərindən birini seçə bilərsiniz. Hazırda Prometric üzərində 2 test mərkəzi mövcuddur .

Və son olaraq Sizlər tərəfdən ən çox ünvanlanan suallardan bəzilərini bir mərkəzə toplayaraq cavablandırmaq istərdim.

1. Azərbaycanda bu imtahanlar hansı qurumlar tərəfindən təqdim olunur ?

Prometric : AIC Group, Seabak.

Person Vue : Azerbaijan University of Languages, Caspel, AIC Group.

2. Imtahan qiymətləri ?

80$ –

3. Qeyd olunan rəqəmlər nəyi izah edir ?

Qeyd olunan rəqəmlər imtahan nömrələrdir. Misal üçün siz Installing and Configuring Windows Server 2012 mövzuları üzərində çalışırsınzsa imtahan nömrəsi Test Mərkəzi 70-410 kimi göstərilir.

4. Keçid üçün tələb olunan minimum bal ?

700 (1000 ballıq sistem)

5. Kəsildiyimiz imtahanlara yenidən qatılmaq imkanımız varmı ?

Bəli, (Exam Polices).

6. Bu imtahanlar asan yolla necə qazana bilərəm və yaxud başqa üsulu mümkündürmü (qeyri-rəsmi) ?

Bəli, asan yolu ancaq oxumaqdır. Oğurluq sualları olsa belə yenə oxumalısınız. İmtahanlara qatılarkən 2 ədəd şəxsiyyəti tələb edən sənəd təqdim edəcəyiniz üçün yenədə oxumalısınız.

7. Sertifikatlar yenilənməlidirmi ?

Bəli, 3 ildən bir bəzi ünvanlar üçün yeniləmə tələb olunur.

8. İmtahan hazırlıq üçün hansı vəsaitlərdən yararlanmalıyam ?.

İmtahanlara hazırlıq üçün vendor tərəfindən rəsmi vəsait və bəzi test mərkəzləri tərfindən bu vəsaitlər əsasında müəyyən test xarakterli suallar hazırlanır. Bu materillardan yararlanaraq imtahanlara rahat şəkildə hazırlaşmaq mümkündür.

Son olaraq qeyd etmək istərdim ki, İnsan qaynaqları tərəfindən seçim olunan zaman sertifikatlı mütəxəssislərə daha çox üstünlük verilir. Azərbaycanda bir çox qurumda belə hallarda İnsan Qaynaqları və İKT Departamenti birgə çalışmadığı üçün bir çox hallarda təcrübə və bacarıq sahibi olan amma sertifikatı olmayan şəxslər diqqətdən kənarda qalır. Belə hallar üçün Sertifikat mütləq bir alətə çevirilir. Lakin Sertifikatlı mütəxəsis ixtisaslaşmış kadr, özünü təsdiq etmiş mütəxəssis sayılmalıdır.

İmtahnlarda hər bir dostumuza uğurlar arzu edirəm.

Elgüc Yusifbəyli
____________

MVP, MCT

Səs: +60. Bəyənilsin Zəifdir

Şərhlər ( 7 )

    • Rauf Əliyev / . Dərc edilib:A 10/10/2014 at 10:53 PM
      Səs: 0. Bəyənilsin Zəifdir

    Çox sag olun Elgüc müəllim ətraflı və aydın izah olunmuş məlumatlar üçün. Bir çoxlarımız üçün yerinə düşən dəyərli informasiya idi.

  1. Çöx dəyərli məlumatdır.Çöx saqolun

    • Bahruz Ibrahimov / . Dərc edilib:A 17/10/2014 at 4:11 PM
      Səs: 0. Bəyənilsin Zəifdir

    Çox gözəl məlumatdır. bir neçə dəfə məndən bu barədə tələbələr soruşurdular ama öz dilimizdə mənbə yox idi.

    • Bahruz+Ibrahimov / . Dərc edilib:A 17/10/2014 at 4:12 PM
      Səs: 0. Bəyənilsin Zəifdir

    Öz dilimizdə olan Microsoft sertifikatlarına aid yeganə məlumat. Əməyə hörmət.

    • Elnur / . Dərc edilib:A 17/10/2014 at 5:00 PM
      Səs: 0. Bəyənilsin Zəifdir

    Elave ede bileremki imtahana dushen suallari cavabalandirmaq uchun resmi levazimatlari oxumag bes elemir. Oxumaqla uzagi kechid balinin 50% yigmaq olar. Microsoft chalishirki imtahanda olan suallar tecrubeye, praktikaya esaslansin.

  2. internetde bezi saytlarda suallar ve onlarin cavablari var sizce bu cavablar duzgundur ?yeni bu suallar esasinda hazirlasmaq olarmi?misalcun suallari cavablandirmaq sonra ise hemin cavablar esasinda oz cavablarimizin dogrulugunu yoxlamaq

  3. Salamlar,

    Emil bəy internetdə hazır suallar var. Bu həqiqətdir. Sizi əmin edə bilərəm ki, Azərbaycanda yüksək imtahan nətciələri əldə etmiş gəncələrin bir çoxu hazır oğurluq sullar istifadə edib belə nəticə toplayıblar. Bir çox test sualları istehsal edən vendor var. Bəli etiraz etmirəm, oxşar suallardan yararlanıb, imtahanın strategiyası haqqında təcrübə toplamaq mümkündür. Əsas məsələ təcrübəli olmaqdır. Təcrübəli olduqdan sonra belə məsələlərin ciddi əhəməyyəti olmur.

    Uğurlar

Şərh yazın