Sərt disklər və onları necə seçməli?

Sərt diski necə düzgün seçmək olar?

Salam.Bu bu gün aktual olan bir mövzuya toxunmaq istədim.Bu mövzu xüsusən özünə yeni HDD (sərt disk) almaq istəyən oxucularımızın köməyinə çatmaq məqsədi daşıyır.Əvvəlki mövzularda sərt disklər ilə bağlı mövzulara toxunmuşuq.Siz onların iş prinsipini,quruluşunu bilirsiniz.Amma unutmamaq lazımdır ki,sərt disk alarkən də ehtiyyatlı olmaq lazımdır.Brend firmaların istehsal etdiyi disklər belə bu gün standartlara cavab verməyə bilər.(ən azından sizin standartınıza)Buna görə də aldığınız sərt diskin həcmindən əlavə onun qoşulma tipi (Sata,İDE və s..) fırlanma sürəti,texnologiyası,firma və s.Əslində Bütün məlumatlar Sərt diskin üzərində yazılır,amma bu yetmir.Çünki mütəxəssislərin böyük təcrubələrimə əsaslanan kiçik sirləri vardır ki, bunun bəziləri ilə sizi tanış etmək istədim.

Beləliklə əyər siz sərt disk almaq fikrinə düşmüşsünüzsə,çox guman ki sizin sərt diskiniz korıanıb.Əyər siz komputeri bir basa söndürmədiyinizi düsünürsünüzsə,bütün texniki şərtlərə əməl etmisinizsə,Amma sizin komputerinizdə yenə HDD sıradan çıxması halları baş verirsə,o zaman problemi komputerinizin qida blokunda axtarın.Ümumiyyətlə çalışın qida blokunu vaxtaşırı dəyişdirin.Xüsusən də 15-25 manat arası olan qida bloku işlədən istifadəçilərə bir ildən bir dəyişmək məsləhətdir.Adətən sərt disklərin qoşulma interfeysi iki şəkildə olur:

SATA və İDE.

İDE artıq köhnəlmiş bir interfeysdir və 40 və ya 80 pinli şleyf –lərdən istifadə edir.

SATA isə daha müasirdir və İDE –dən daha çox məlumat ötürmə qabiliyətinə malikdir.İstifadə olunan üç növü var. SATA (1.5Gbs),  SATA 2 (3Gbs), SATA3 (6Gbs) SATA4(12Gbs).

SATA ilə SATA2 bir birindən elə də fərqli olmasalar da,artıq SATA3 seçdiyinizdə anakartınızın onu dəstəklədiyindən əmin olmalısınız.Əks təqdirdə sizin SATA3 elə SATA1 kimi işləyəcəkdir(1.5Gbs).

LGGSAH62N_sata2ide

FIRLANMA SÜRƏTİ

Çox istifadəçi güman edir ki,sərt disklər nə qədər sürətlə fırlanlrsa,bir o qədər keyfiyyətli sayılır.Amma əslində bu belə deyil.Bu daha çox səs küy və az ömürlü sərt disk deməkdir.Məsləhət görərdim ki,ən optimal variant kimi 7200 dövrə dəqiqəli sərt disk seçəsiniz.Yox əyər siz HDD –i SSD ilə yarışa çıxarmaq fikrindəsinizsə,onda daha yüksək fırlanma dövriyyəsi olan sərt disk seçin J

KEŞ YADDAŞ

Çox vaxt fikir verilmir,amma sərt diskin məhsuldar işləməsində bir başa rol oynayır.Keş yaddaşı nə qədər çox olarsa,sərt disklə komputer arasında məlumat alış-verişi daha sürətlə həyata keçər.İtədiyiniz dükana girib 8-64mb keş yaddaşı olan istənilən firma məhsulu sırt disk tapa bilərsiniz.

İSTEHSALÇI FİRMALAR VƏ PROBLEMLƏR.

Günümüzdə Western Digital,Hitachi,Samsung,Toshiba,Seagate və s. kimi nəhən sərt disk istehsal edən firmalar vardır.Aralarında seçim aparan zaman internetə müraciət edərək ən çox problemlərlə müraciət edən istifadəçilərin statistikasına baxsaq aşağıdakı sıralamanın şahidi oluruq:

HİTACHİ    ilə bağlı  5400000 ,

Seagate  ilə bağlı    5500000

Western Digital ilə bağlı 7400000

Samsung ilə isə 17000000 problemlə bağlı müraciət olub

(2013 cü il statistikasına əsasən nigma.ru saytının araşdırmasınəticəsində məlum olub)

western-digital-3TB

 

Şəkildə gördüyünüz WD (western digital) firmasına məxsus Hard diskdir.Beləliklə üzərindəki bəzi göstəricilərlə tanış olaq.

WD firmasına məxsus bu sərt diskin bir neçə növü vardır.Qara,Yaşıl,Göy, Mən şəkildəki izzahı yaşıl bantlı disk üzərində göstərmişəm.Amma bu o demək deyil ki bu disk yaxşıdır.Məsləhətdir ki bu firmanın qara və ya göy bantlı məhsullarını seçəsiniz.Yaşıl bantlılar özlərini doğrultmur(tez sıradan çıxır)

 

Ümumiyyətlə sərt diskiniz nə qədər etibarlı olursa olsun,çalışın şəxsi məlumatlarınızı başqa bir vasitədə qoruyub saxlayasınız.Zaman zaman sərt disklərinizi üçüncü yazılım (3rd party) proqramları ilə kontrol edin.Düzgün və uyğun qida bloku seçin.

Qısa da olsa inanıram ki verdiyim bu məlumat işinizə yarayacaqdır.

Gələn məqalə ilə görüşənədək.

 

 

Səs: +30. Bəyənilsin Zəifdir

Müəllif: Elmir Etibaroğlu

Şərhlər ( 4 )

    • Şahin / . Dərc edilib:A 21/11/2014 at 8:04 PM
      Səs: 0. Bəyənilsin Zəifdir

    Məqalədən yararlandım. Təşəkkür edirəm.

  1. test rich editor

  2. 10933931_831349693606171_4963271623418026191_n

    test

  3. mən necə bilərəm sata neçədi .?

     

Şərh yazın