Avadanlıqların zəmanət müddətinin yoxlanılması

Salam dostlar.

Bu məqalədə daha çox informativ xarakter daşıyan, lakin hələdə çoxlarının bilmədiyi mövzudan – İ.T Avadanlıqların zəmanət müddətindən danışacağıq.

Şirkət daxilində bir neçə vendordan və fərqli modellərdə avadanlıqların istifadə edilməsi qaçılmazdır. Bu avadanlıqların zəmanət müddətlərinin bitməsini texniki sənədləşmədə qeyd etmək, işi onsuz da başından aşan İ.T heyyəti üçün çətin məsələdir. Bu məsələdə köməyimizə vendorların zəmanət bazasından sorğular gəlir. Bəs bu sorğulamanı necə aparmaq lazımdır? – haqqında isə aşağıda tanış ola bilərsiniz.

İlk öncə Hewlett-Packard şirkətinin avadanlıqları üçün zəmanət müddətinin yoxlanılmasına baxaq.  Aşağıdakı keçid vasitəsilə biz HP məhsullarının zəmanət müddətini yoxlaya bilərik.

HP Zəmanət yoxlaması

Yoxlanış üçün avadanlığın üzərindəki Serial nömrəsi (S/N) və Məhsul nömrəsini (P/N) müvafiq xanalara yazırıq və axtarış veririk.

HP-Zəmanət-yoxlamaq Gördüyümüz kimi bizim yazıcının zəmanət müddəti bitmişdir. Biz əlavə olaraq zəmanət müddətini bu keçidlə uzada bilərik.

HP-Zəmanət-yoxlamaq02

 

 

Toshiba markalı avadanlıqları bu keçid vasitəsilə yoxlaya bilərsiniz. Yoxlanış üçün sadəcə seriya nömrəsi (S/N) kifayətdir.

TOSHIBA-Zəmanət-yoxlamaq

 

 

Asus markalı avadanlıqların zəmanətini hesablamaq üçün heç bir onlayn resursa ehtiyac yoxdur. Sadəcə seriya nömrəsinə diqqət yetirmək kifayətdir.

Bu avadanlıqların beynəlxalq zəmanət müddəti seriya nömrəsinin yanındakı 12M və 24M ilə müəyyən olunur. 12M – 12 aylıq, 24M – 24 aylıq zəmanət deməkdir.

Məhsulun istehsal tarixi isə seriya nömrəsində göstərilmiş olur. Məsələn: E3N0CV475031143   24M

E3N0CV475031143   24M

Seriya nömrəsinin ilk simvolu istehsal ilini göstərir.  (1-9=2001-2009-cu il., A=2010-cu il., B=2011-ci il., C=2012-ci il., D=2013-cü il., E=2014-cü il., F=2015-ci il.),

İkinci simvol isə istehsal ayını göstərir.  (1-9 – yanvar-sentyabr, А-oktyabr, В-noyabr, С-dekabr). 

Deməli, bizim Notebookun zəmanəti 2014-cü il Mart ayından başlayıb və 24 ay müddətinə qüvvədədir.

Zəmanət üzrə təmirin gedişatını isə bu keçidlə nəzarətdə saxlaya bilərsiniz.

 

Acer-in zəmanət müddətini və təmir gedişatını bu keçidlə izləyə bilərsiniz.

acer

XEROX  firması zəmanətin yoxlanılması sistemini Orta Şərq və Afrika ölkələri üçün aktiv etməmişdir. Digər ölkələr üçün isə bu keçiddən istifadə edə bilərsiniz.

Xerox-Zəmanət-yoxlamaq
Dostlar, güman edirəm ki, bu məqalədən yararlana biləcəksiniz.  Məqaləyə zamanla yeniləmələr edə bilərik.

Fikirlərinizi yazmağı və məqaləni paylaşmağı unutmayın. Növbəti məqalədə görüşənədək.

 

Səs: +30. Bəyənilsin Zəifdir

Müəllif: Elvin Əmirov

Şərhlər ( Avadanlıqların zəmanət müddətinin yoxlanılması )

  1. salam, kiçik şirkətlər üçün çox da istifadə edilməsədə böyük şirkətlərdə bu mühüm məsələdir. bunun üçün xususi programlar yazılımçılar tərəfindən yazılsa da (bizim şirkətdə ayrıca program hazırlanıb) sənin qeyd elədiyin bu üsul çox rahat üsuldur. paylaşımın ücün təşəkkür edirəm qardaş 🙂

Şərh yazın