PfSense haqqında

Salam, Əziz Dostlar. Bu gün “Exchange” mövzularından kənara çıxıb bir az “PfSense” haqqında məlumat verməyə çalışacam.

PfSense nədir?

Çoxlarımızın çalışdığı şirkətlərdə proqram və ya avadanlıq tipli “Firewall“-lar istifadə olunmaqdadır. Seçimimiz də müxtəlif ola bilər. İstər ödənişli proqram və avadanlıq tipli, istərsə də open source (açıq qaynaq kodlu) ödənişsiz proqram tipli “Firewall“-lar istifadə edə bilərik.

PfSense1

PfSenseFreeBSD əsaslı “open source” “Firewall”-dur. “FreeBSD” əsaslı olmasına baxmayaraq bir o qədər də “FreeBSD” bilikləri tələb etməməkdədir. Yəni qurulması və “web interface” üzərindən idarəsi çox rahatdır.

PfSense ilə şəbəkənizi tam idarə altına alaraq, kənar təsirlərdən qoruya, həmçinin istifadəçilərin yalnız Sizin təyin etdiyiniz saatlarda, Sizin təyin etdiyiniz resurslardan istifadə etməsini təmin edə bilərsiniz.

Bəzi xüsusiyyətlər:

Web interface üzərindən idarə paneli

Proxy server

SSH dəstəyi

DHCP server

NAT (Network Address Translation)

PAT (Port Address Translation)

PPOE

Captive Portal

Vlan

VPN

Load Balancing

Bundan başqa “squid”, “squidGuard”, “Lightsquid”, “Sarg”, “snort” və bu kimi bir çox “ Packages” (paketlər) yükləyərək tənzimləmələrinizi daha rahat bir şəkildə həyata keçirə, sisteminizi kənar təsirlərdən qoruya,  həmçinin logları rahat bir şəkildə izləyə bilərsiniz.

Bu və daha bir çox xüsusiyyətlərini də növbəti məqalələrimizdə nəzərdən keçirəcəyik.

PfSense Sistem tələbləri:

PfSense üçün minimum tələblər belədir:

  • CPU – Pentium II processor
  • RAM – 256 MB
  • CD-ROM drive
  • 1 GB HDD
  • 2 ədəd şəbəkə kartı

Rəsmi internet səhifəsindən minimum sitem tələblərini öyrənə bilərsiniz, bundan başqa tələbə uyğun olaraq “pfSense Firewall Hardware Appliance” (avadanlıq tipli PfSense Firewall) da əldə etməyiniz mümkündür: https://www.pfsense.org/hardware/

Sistem tələbləri ilə bağlı daha ətraflı məlumat üçün: http://www.freebsd.org/releases/8.3R/hardware.html

PfSense necə qurulur?

Pfsense-i rəsmi internet səhifəsindən yükləyə bilərsiniz. Bunun üçün https://www.pfsense.org/download/mirror.php?section=downloads yolunu izləyərək

Pfsensehaqqinda1

Computer Architecture”  (Komputer arxitekturası) və “Platform” (Platforma) seçib

Pfsensehaqqinda2

açılan “mirror”-lardan birini seçərək yükləyirik. Yüklədiyimiz arxiv faylını açaraq,

Pfsensehaqqinda3

ISO tipli faylı CD-yə yazırıq.

Yalnız bundan sonra qurulma mərhələsinə keçə bilərik ki, onu da növbəti məqaləmizdə yerinə yetirəcəyik.

PfSense haqqında qısa da olsa məlumat verməyə çalışdım, Əziz Dostlar. Gələcək məqalələrdə görüşmək ümidi ilə.

Səs: +20. Bəyənilsin Zəifdir

Müəllif: Röyal Əmrahov

Şərhlər ( PfSense haqqında )

  1. Təşəkkürlər…

Şərh yazın