Fedora linux-un AD mühitində sazlanması

Bir öncəki məqalədə Fedoranın domenə qoşulmasını göstərmişdik. İndi Microsoft ecosisteminin ayrılmaz tərkib hissələrindən olan  Exchange və Lync serverləri ilə işləyən mail və instant messenger clientlərinin sazlanması ilə tanış olacağıq.

Linux üçün bir neçə GUI mail clientlər mövcuddur – Evolution, Kmail, Thunderbird və s. Bütün bu clientlər İMAP, POP servizlərini dəstəkləyir və onların konfigurasiyası kifayət qədər intuitivdir. Biz bu günki  məqaləmizdə biz Exchange serverin native MAPİ protokolunu dəstəkləyən Evolution-un sazlanmasına baxacağıq. MAPİ protokolunun digər göstərilənlərdən fərqi həm də  calendar, address book kimi xüsusiyyətləri özündə birləşdirməsidir.

Ilk öncə qisaca MAPI protokolunun Linux ƏS-ində tətbiqi barəsində – bir müddət öncəyə qədər ictimai istifadə üçün  bağlı olduğundan,  bu protokolla işləyən Linux klientlər “reverse engineering”-in nəticələrindən yararlanırdılar. Amma Microsoft protokolun spesifikasiyasını 2007-ci ildə ictimaiyyətə açıqladıqdan sonra,bu istiqamətdə bir neçə layihə paralel işləməyə başladı və onlardan ən çox işləniləni – OpenChange layihəsidir. Evolution, mail client olaraq, MAPİ ilə işləmək üçün məhz OpenChange-in library fayllarından istifadə edir.

Bu qədər söz yığını kifayətdir , keçək konfigurasiyaya:)

Bir daha qeyd edim ki, məqalənin bu hissəsində atacağımız addımlar öncəki hissədə qeyd etdiyimiz addımların üzərində qurulur, əgər linux maşınınız hələ məqalənin 1-ci hissəsində  göstərilən qaydada domen mühitinə qoşulmayıbsa, ilk öncə bunu etməyiniz tələb olunur.

İlk oncə lazımi paketləri yükləyirik:

 

[[email protected]~]# sudo yum install evolution evolution-mapi -y

Paketler yüklənəndən sonra keçirik mail client-in sazlanmasına.  Aşağıda göstərilən şəkillərdə ardıcıllıq əks olunub –  lazımi parametrlərin özünüzə uyğun dəyişməniz tələb olunur :

fed20 Virtual Machine_005

fed20 Virtual Machine_006

 

fed20 Virtual Machine_008

Server Type menyusundan Exchange MAPİ  seçimini edirik və aşağıdan serverin adini, istifadəçi adını və domeni qeyd edirik və Authenicate düyməsini basırıq – qarşınıza istifadəçinin şifrəsini daxil etmək üçün menyu açılacaq.

Əgər Fedoranı, 1 öncəki məqaləyə uyğun ,AD-ə qoşmusunuzsa, o zaman Kerberos seçimini qeyd etməklə Kerberos ticketlər vasitəsilə authentifikasiyanı seçə bilərsiniz:

fed20 Virtual Machine_010

Növbəti səhifədə bəzi default parametrləri düzəldirik:

fed20 Virtual Machine_011

 

Və son nəticədə Exchange serverlə işləyən , Kerberos authentifikasiyali email klient almış olduq:

fed20 Virtual Machine_013

 

Lync/LCS client-lərinin sazlanmasına keçməzdən öncə bəzi məqamlar var ki, bunu öncədən qeyd etməmiz lazımdır:

  • Hal-hazırda Microsoft tərəfindən  Lync üçün rəsmi linux clenti təqdim olunmadığından və həmçinin, client-server əlaqə protokolunun “source code” qapalı olduğundan, rəsmi Lync funksionallığının hamısı dəstəklənmir – audio/video zəng, yəqin ki, ən kritik çatışmazlıqdır.
  • Bu  istiqamətdə bütün realizasiyalar SİP protokoluna əsaslanır.

Client kimi, rəsmi repozitoriyalarda təmsil olunan Pidgin və ya Empathy-ni istifadə etmək olar. Biz Pidgini seçirik və lazım olan paketleri yükləyirik:

[[email protected]]$ sudo yum install pidgin pidgin-sipe -y

Pidginin sazlamaları aşağıdakı şəkillərdə  əks olunub:

fed20 Virtual Machine_016

fed20 Virtual Machine_017

 

3-cü addımda AD istifadəçisini [email protected] formatında qeyd edirik və qalan bütün xanaları boş saxlayırıq:

fed20 Virtual Machine_018

 

5-ci addımda siyahıdan Kerberos autentifikasiya metodunu seçirik və 6-cı addımda SSO check-box-unu seçirik:

fed20 Virtual Machine_019

 

Bununla Pidgin-inin Lync serverə qoşulmasını bitmiş hesab etmək olar.

 

Səs: +20. Bəyənilsin Zəifdir

Müəllif: Fərid Səmədov

Şərhlər ( Fedora linux-un AD mühitində sazlanması )

  1. Maraqlı məqalə üçün təşəkkürlər Fərid bəy.

Şərh yazın