Kerio Control Firewall nədir və qurulması

Salam Dostlar. Kerio Control Firewall ilə əlaqədar təcrübələrimi sizinlə paylaşmaq istəyirəm.

Ilk öncə Kerio Control haqqında qısa məlumat verim. Bu məhsul Kerio Technologies və Tiny Software kompaniyaları tərəfindən hazırlanmış çoxfunksiyalı firewalldır. Əvvəlcə Windows platforması üçün nəzərdə tutulsa da, 8.0.0 versiyadan sonra ancaq Linux 3.12 nüvəsi üzərində işləyir. Öz daxili Sophos antivirus sistemi, proxy serveri, əlavə antivirus modullarının qoşulma imkanları, user aktivliyinin və trafikin monitorinqi, VPN, content filter və sair xüsusiyyətləri var. Qurulması və sazlanması az vaxt tələb edir.

Fiziki maşınlar üçün minimum sistem tələbləri:

  • CPU:                 500 MHz
  • RAM:                1.5 Gb
  • Yaddaş:            8 Gb
  • Network:         2 ədəd 10/100/1000 Mbit şəbəkə kartı

İlk öncə qurulmadan başlayaq. Rəsmi saytdan http://www.kerio.com/support/kerio-control linki vasitəsilə İSO fayl yükledik. Mən virtual maşından istifadə etdiyim üçün İSO faylı mount etdim.

1. Dil seçib Enter düyməsini basırıq

1

2. F8 düyməsini basmaqla lisenziya razılaşmasını qəbul edirik

2

3. Davam etmək üçün bizə verilən rəqəmləri daxil edib Enteri basırıq

3

4. Qurulma prosesi gedir

4

5. Qurulma sona çatdıqda cd diski çıxarıb Enteri basırıq. Sistem yenidən yüklənir

5

6. Sistem yükləndikdən sonra lokal şəbəkəyə qoşulan şəbəkə kartını seçib Enter düyməsini basırıq.

6

7. Burada firewallın TCP/İP sazlamalarını edirik. Bu ip lokal şəbəkədəki kompüterlərin TCP/İP protokolunda Defaul gateway olaraq yazılır. Enteri basaraq davam edirik

7

8. Bununla da qurulma prosesi sona çatır.

8

Enteri basaraq ilkin konfiqurasiya mərhələsinə davam edirik. Növbəti məqalə bu barədə olacaq.

Səs: +10. Bəyənilsin Zəifdir

Müəllif: Mustafa Xodayev

Şərhlər ( 4 )

  1. Mustafa bəy,

    Məqalə üçün təşəkkürlər. Uğurlu olsun.

    • Kamran / . Dərc edilib:A 31/12/2014 at 1:30 AM
      Səs: 0. Bəyənilsin Zəifdir

    Mustafa bey tesekkurler insAllah davali olsun!!!

    • BlackAngel / . Dərc edilib:A 01/01/2015 at 4:24 PM
      Səs: 0. Bəyənilsin Zəifdir

    Təşəkkür edirəm Mustafa.Ardı gəlsin İNŞALLAH.

  2. Af’ərim))

Şərh yazın