Cisco router-in DHCP relay agent kimi istifadə olunması

Salam. Əvvəlki məqalələrin birində Cisco router-də DHCP-in konfiqurasiya olunması barədə məlumat verilmişdir. Mənim yazmaq istədiyim mövzu DHCP-nin router üzərində deyil, ayrıca server-də qurulduğu halda köməyinizə gələ bilər.

Bildiyimiz kimi şəbəkədə host-a DHCP üzərindən İP verilməsi 4 mərhələdən ibarətdir.

  • DHCP Discover : Host DHCP server barədə məlumat əldə etmək üçün broadcast göndərir.
  • DHCP Offer : DHCP server, discover packetini qəbul etdikdən sonra həmin istifadəçiyə mövcud olan İP address aralığından təklif göndərir.
  • DHCP Request : Host, DHCP server tərəfindən təqdim olunan İP-ni qəbul edəcəyi barədə məlumatı DHCP serverə göndərir.
  • DHCP Acknowledgement : Server, DHCP məlumatlarını təsdiq edir və host-a göndərir. Bu DHCP-nin sonuncu mərhələsidir.

Aşağıda qeyd olunan topologiyanı və DHCP Discover-in broadcast olduğunu nəzərə alsaq, aydın olur ki, bu vəziyyətdə PC1-in DHCP Server-ə Discover göndərməyi məhdudlaşır. Bu məsələnin həlli üçün DHCP relay-dən istifadə etməliyik və R1 DHCP relay agent kimi konfiqurasiya olunacaq. DHCP relay agent-in məqsədi host-dan gələn DHCP broadcast-ları unicast olaraq vahid DHCP serverə göndərməkdir.

1_Tolopogy

Cisco router-i relay agent kimi konfiqurasiya etmək üçün host-lara default gateway kimi istifadə olunan interfeysə daxil olub ip helper-address <DHCP Serverin İP-si> komandasını icra etmək lazımdır.

2_Config
Bu komandadan göründüyü kimi, DHCP server ayrı subnetdədir və Router tərəfindən gig 1/0 interfeysində qəbul olunan DHCP Discover packetləri 172.16.10.50 serverində yönəldiləcək. Yoxlamaq üçün PC1-i DHCP client kimi təyin edə bilərik.

3_Verification

Nəticədən göründüyü kimi, hər şey bizim istədiyimiz kimi baş tutdu.

Səs: +40. Bəyənilsin Zəifdir

Müəllif: Hatəm Şükür

Şərhlər ( 6 )

  1. Hatəm bəy TechNet-ə xoş gəldiniz. Maraqlı məqalə üçün təşəkkürlər.

  2. Hatəm bəy, xoş gəldiniz. Gözəl məqalədir, uğurlar.

  3. Hətəm bəy,   dhcp -d komandasını harada işlətmisiniz?

    • Salam Aydın bəy.
      Bu misalda PC funksiyasını VPCS (Virtual PC Simulator) yenirə yetirir. Bu linkdə daha ətraflı məlumat oxuya bilərsiniz VPCS haqqında.

Şərh yazın