Login İnput Language Xətası

Salam hörmətli dostlar.

Bu gün ki mövzumuzda başıma gələn kiçik bir problemin həllini sizinlə bölüşmək istərdim. Ümumiyyətlə komputerə login olarkən input keyboard language menyusunda English (US) dili olmaya bilər. Bu isə login şifrəsinin yığılmasında problemlər yarada bilər ( şifrədə böyük ingilis “I” hərfi varsa və daxil etmə dilləri arasında EN (US) input dili yoxdursa istifadəçiyə login olmada ciddi problem yaradacaq, bele halların şəxsi komputerlərdə olma halları az olsa da AD DC ilə işləyən və standart şifrələnmədə “I” simvolu olan hallarda köməyinizə cata bilər.)

Siz İnput dillərini dəyişmək üçün aşağıdakı ayarlardan istifadə edə bilərsiniz:

Start – Control Panel – Region and Language

1

Açılmış pəncərədə

Keyboards and Landuage menyusunda Change Keyborads… seçənəyini seçib Installed services altindan sizə lazım olan dil servislərini əlavə edə və Default input language bölməsindən English (United States) – US seçə bilərsiniz.

2

Lakin bu sizin Logon zamanı dil servislərini dəyişdirmə seçənəyinə təsir etməyə bilər. Bunun üçün aşağıdakı addımları izləməklə problemi aradan qaldıra bilərik:

Start – Regedit.exe  (Admin hüququ olmayan istifadəçidə Shift düyməsini sixaraq sag düymə ilə menyunu açaraq Run as different User seçirik. Admin hüququ olan istifadəçi kriteriyalarini daxil edirik və OK)

 3

Registry Editor programında aşağidaki ünvana gedirik:

HKEY_USERS\.DEFAULT\Keyboard Layout\Preload

 4

Açılmış pəncərədə 1 String faylında istədiyimiz dil servisinin ayarini yaziriq. Bizim nümumədə English (US) dil servisinin ayarları yazılıb.

5

Müxtəlif dil servislərinin ayarları aşağıdakı cədvəldə qeyd edilmişdir.

00000402

Bulgarian

0000041a

Croatian

00000405

Czech

00000406

Danish

00000413

Dutch (Standard)

00000813

Dutch (Belgian)

00000409

English (United States)

00000809

English (United Kingdom)

00001009

English (Canadian)

00001409

English (New Zealand)

00000c09

English (Australian)

0000040b

Finnish

0000040c

French (Standard)

0000080c

French (Belgian)

0000100c

French (Swiss)

00000c0c

French (Canadian)

00000407

German (Standard)

00000807

German (Swiss)

00000c07

German (Austrian)

00000408

Greek

0000040e

Hungarian

0000040f

Icelandic

00001809

English (Irish)

00000410

Italian (Standard)

00000810

Italian (Swiss)

00000414

Norwegian (Bokmal)

00000814

Norwegian (Nynorsk)

00000415

Polish

00000816

Portuguese (Standard)

00000416

Portuguese (Brazilian)

00000418

Romanian

00000419

Russian

0000041b

Slovak

00000424

Slovenian

0000080a

Spanish (Mexican)

0000040a

Spanish (Traditional Sort)

00000c0a

Spanish (Modern Sort)

0000041d

Swedish

0000041f

Turkish

 

Əgər burada digər dil servislərinin String faylı varsa onları silə bilərsiniz. Bu zaman login servis İnput dil seçənəyi English (US) olacaqdır.

Ümüd edirəmki işinizə yarayacaq. Növbəti məqalələrdə görüşmək ümidi ilə.

Səs: +50. Bəyənilsin Zəifdir

Müəllif: Eldar İlyasov

Şərhlər ( 6 )

  1. Eldar bəy, Welcome back :).

    Alternativ metod kimi Administrative – Copy Settings bölməsində də mümkün metod kimi yararlanmaq olar.

    Yeni-yeni məqalələr gözləyirik….

    Uğurlar

  2. Salam Elgüc müellim, yenidən aranıza qatılmağıma sevinirəm 🙂
    Düzgün qeyd etdiniz, amma Administrative settings-də bu xəta yoxdursa 🙂
    Hamımıza uğurlar.

  3. Eldar bəy, yeni məqalələr gözləyirik. Zehninə qüvvət.

  4. Çox sağol Elvin qardaş )

  5. Eldar bəy, bu problemin yaranma səbəbi Əməliyyat Sistemini yazarkən dil ayarlarında fərqli dilin olması, əməliyyat sistemi yazılıb qurtardıqdan sonra daxiletmə dilinin (İnput language) dəyişdirilməsidir. Bu problemi windows 7 və windows 8 -də fərqli üsullarla dəyişmək olur.

    Windows 7 üçün:

    Control Panel –> Change keybords or other input methods –> Administrative –> Copy Setting

    — Açılan pəncərədə welcome screen and system accounts – u seçsək Salamlama pəncərəsindəki daxil etmə dili cari Dil ayarları ilə eyniləşəcək.

    — New user accounts – u seçsək – cari ayarlar bundan sonra yaradılan bütün hesablara şamil ediləcək.

    Windows 8 üçün:

    Control Panel –> Clock, Language, and Region –> Language –> Advanced settings – bölməsində

    a) Override for windows display language – ƏS interfeys dilini

    b) Override for default input method – Cari daxiletmə dili – seçimlərini dəyişdirə bilərsən.

    Ekran görüntülərini də göndərirəm, əgər uyğun olsa bu metodları da məqaləyə əlavə edə bilərsən.

    Təşəkkürlər.

    • Elvin bəy, çox düzgün qeyd etdiniz. Bunlar normal şəkildə format olunmuş sistemdə aktiv olur. Amma kifayət qədər təcrübəsi olmayan həvəskar tərəfindən bütün bu ayarlar yalnış ayarlanıbdırsa onda düşünürəmki Regedit-dən ayarlama ən rahat üsul ola bilər.

      Təşəkkürlər.

Şərh yazın