Frame-Relay-de Inverse-ARP (Tərsinə ARP)

2-ci Layerdə işləyən Frame Relay protokolu  İnverse-Arp (Tərsinə ARP) sayəsində tanıdığı Layer 2 Adresi (DLCI) tanımadığı Layer 3 adresə (Məsələn, İP) yönləndirir (map edir).

Gəlin, Ethernet ARP Request-i Frame-Relay İnverse ARP ilə müqayisə edək:

1

Sxemdə göründüyü kimi bunların hər ikisi bir-birinə çox bənzəyir. Lakin, Ethernet ARP Request Layer 3 adresi (İP) bilir və Layer 2 Adresi (MAC) tələb edir, Frame Relay isə, Layer 2 Adresi bilir (DLCI) və Layer 3 adresi tələb edir (Next Hop IP Address).

Routerdə interface yandırılan kimi, router həmin interfeysdən Inverse-ARP requesti gondərəcək. Bu sorğu interfeysdə konfiqurasiya olunmuş bütün protokollara görə LMI (local Management Interface) vasitəsilə öyrənilən bütün DLCI nömrələri üçün göndərilir.

Siz DLCI nömrələrini IP Adreslərə yönləndirmək (map) üçün Inverse-ARPa etibar edə bilərsiniz. Amma əgər istəsəniz, situasiyadan asılı olaraq statik yönləndirmə (static map) edə bilərsiniz.

Gəlin, aşağıdakı nümunəni yoxlayaq.

2

Router R1 öz Frame Relay Maplari üçün İnverse-ARP-dan istifadə edəcək.

R2 və R3 isə İnverse-ARPı söndürərək Static Mapping edəcək. Bu halda konfiqurasiya aşağıdakı kimi olacaq.

R1:

interface Serial1/0 
ip address 172.16.1.1 255.255.255.0 
encapsulation frame-relay

R2:

interface Serial1/0 
ip address 172.16.1.2 255.255.255.0 
encapsulation frame-relay 
frame-relay map ip 172.16.1.3 201 
frame-relay map ip 172.16.1.1 201 broadcast 
no frame-relay inverse arp

R3:

interface Serial1/0 
ip address 172.16.1.3 255.255.255.0 
encapsulation frame-relay 
frame-relay map ip 172.16.1.1 301 broadcast 
frame-relay map ip 172.16.1.2 301 
no frame-relay inverse arp

Point-to-point qoşulan interfeysdə Frame-Relay Inverse ARP-a ehtiyac yoxdur. Əgər istəsəniz, lazım olan interfeysdə inverse-ARPı söndürmək üçün aşağıdakı komandanı yaza bilərsiniz.

no frame-relay inverse arp

Bununla belə, İnverse ARP Reply söndürülə bilmədiyinə görə, siz İnverse ARPı söndürsəniz də həmin interfeys İnverse ARP request qəbul etsə ona cavab göndərəcək.

Biz hansı tip mapping olduğunu yoxlamaq üçün aşağıdakı komandadan istifadə edə bilərik.

show frame-relay map“:

– dynamic bu o deməkdir ki mapping İnverse-ARP sayəsində olunub;

– static bu isə o deməkdir ki mapping əl ilə yazılıb (command-line-interface-dən).

Bunu yoxlamaq üçün, öz R1, R2 və R3 Routerlərimizdə komandanı yazıb yoxlaya bilərik.

R1#sh frame-relay map
Serial1/0 (up): ip 172.16.1.3 dlci103(0x67,0x1870), 
dynamic,
broadcast,, status defined, active
Serial1/0 (up): ip 172.16.1.2 dlci102(0x66,0x1860), 
dynamic,
broadcast,, status defined, active

R2#sh frame-relay map
Serial1/0 (up): ip 172.16.1.3 dlci 201(0xC9,0x3090), 
static,
CISCO, status defined, active
Serial1/0 (up): ip 172.16.1.1 dlci 201(0xC9,0x3090), 
static,
broadcast, CISCO, status defined, active

R3#sh frame-relay map
Serial1/0 (up): ip 172.16.1.1 dlci 301(0x12D,0x48D0), 
static,
broadcast, CISCO, status defined, active
Serial1/0 (up): ip 172.16.1.2 dlci 301(0x12D,0x48D0), 
static,
CISCO, status defined, active

Qeyd: Əgər siz show frame-relay map komandası yazarkən 0.0.0.0-a mapping görsəniz bunu öz konfiqurasiyanıza uyğun dəyişdirmək üçün  clear frame-relay inarp” komandasından istifadə edin. Əgər yenə işləməsə configi save edib reload edin.

Daha çox məlumat üçün aşağıdakı linkə müraciət edə bilərsiniz.

http://www.cisco.com/en/US/tech/tk713/tk237/technologies_tech_note09186a008014f8a7.shtml

Səs: +40. Bəyənilsin Zəifdir

Müəllif: Elmir Məmmədov

Şərhlər ( Frame-Relay-de Inverse-ARP (Tərsinə ARP) )

  1. Zehninizə qüvvət. Dəyərli məqalədir..

Şərh yazın