LiteManager nədir və necə işlətməli?

Bu məqaləmizdə sizə Sistem Administratorunun ən çox köməyinə çatan uzaqdan idarə etmə proqramından daha dəqiq desək LiteManager proqramı haqqında danışacağam.

Bu proqram bir çox üstünlükləri ilə öz qrupunda olan proqramları geridə qoyur, mənfi cəhətlərindən ən böyüyü  isə yalnız Windows  əməliyyat sistemini dəstəkləməsidir.

lm

 LiteManager ödənişli və ödənişsiz versiyaları vardır ki, onların fərqləri aşağıdakı kimidir:

0

 

 

Bu proqramın əsas aşağıdakı funksiyaları vardır:

  • Uzaqdan yükləmə – proqramın klient hissəsini proqramın öz köməkliyi ilə uzaqdan yüklənməsi
  • Şəbəkənin xəritəsinin çəkilməsi
  • ID vasitəsilə qoşulma
  • Çox ekranlı kompüterlərin dəstəklənməsi
  • İdarə etmək istədiyiniz kompyüterə baxış və idarə etmə funksiyaları.

İdarə etmək istədiyiniz kompyüterin ekranına qoşulmadan:

 

  • Fayllarına icazə almaq, fayl göndərmək və götürmək
  • Task Manager-inə qoşulub proses(-ləri) söndürmək və ya icra etmək
  • Söhbət (chat) başlatmaq
  • Ekranını görüntüsünü çəkmək
  • Qurğular paneli (Device Manager) haqında məlumatın alınması
  • Uzaqdakı kompyüteri söndürmək, yenidən başlatmaq, istifadəçinı sistemdən çıxartmaq (Logoff), monitorunu söndürüb yandırmaq və hibernate
  • RDP vasitəsilə qoşulmaq
  • Ekranına demonstratsiya göndərmək
  • Uzaqdan hər hansı bir proqramı işə salmaq
  • Mesaj göndərmək
  • Reyestrinə (regedit) tam səlahiyətlərin alınması
  • Səs və görünüş vasitəsilə söhbətin başladılması.

Ən vacib məsələlərdən biri olan təhlükəsizlik baxımından da LiteManager çox  etibarlı bir proqramdır. Bu proqramda təhlükəsizlik LiteMangerin öz vasitəsi ilə və ya Windows NT vasitəsi ilə həyatə keçirilə bilər. Məlumatlar sıxılmış və şifrələnmiş formada (RSA 2048 bit və AES 256 bit) ötürülür.

Daxili IP filtri sizə idarə olunmanı yalnız siz tərəfindən icazə veriliş IP siyahısına uyğun həyata keçirə bilir.(whitelist)

Proqramda DDoS hücuma və parol yığılmasına (bruteforce) qarşı  funksiyaları da mövcuddur.

LiteManager klientinin tənzimləmələrinin dəyişdirilməsinə də parol qoymaq mümkündür.

 

Uzaqdakı kömpyüterlərə qoşulma həm IP adres vasitəsilə həm də ID vasitəsilə həyata keçirilə bilər. Yəni siz təkcə öz şəbəkənizdə olan kompyüteri yox dinamik IP adresi olan internetdəki kompyüteri də uzaqdan idarə edə bilərsiz.

 Proqram iki hissədən ibarətdir “Viewer”“Server”.

“Server” idarə etmək istədiyiniz istifadəçi kompüterinə yazılır, “Viewer” hissəsi isə hansı kompyüterdən idarə etmək istəyirsinizsə o kompyüterə yazılmalıdır.

“Viewer” hissəsinin yüklənməsi çox sadə olduğundan bu haqda danışmağı ehtiyac bilməyib birdəfəlik LiteManager PRO test sınağı (trial) üzərində tənzimləmələri sizə göstərmək istərdim.

 

Yüklədikdən sonra proqramı mütləq Administrator adı ilə açırıq. Birinci növbədə bizə istifadəçiyə yükləyəcəyimiz “Server” hissəsində tənzimləmələri etmək lazımdır. Bunun üçün proqramda yuxarıdakı menyudan Remote install – MSI Configurator bölməsinə daxil oluruq.

001

 

 

Açılmış pəncərədə Browse düyməsini sıxaraq endirdiyimiz LiteManager PRO proqramının Server hissəsini seçirik.

2

 

 Daha sonra Configure düyməsini sıxaraq LiteManager proqramını təmzimləmələr pəncərəsini açırıq.

Settings for server düyməsini sıxıldıqda tənzimləmələr menyusu açılır və təhlükəsizlik tənzimləməsini etmək üçün Security bölməsinə daxil oluruq.

3

 

Açılan pəncərədə uzaqdan idarə etmək üçün lazım olan avtorizasiya növünü seçirik. Bu sadəcə parol vasitəsilə və yaxud da Windows NT avtorizasiya vasitəsilə ola bilər. Əgər qoşulmaq istədiyiniz kompyüterlər domain-ə(AD) üzv deyilsə sadəcə parol vasitəsilə avtorizasiya növünü seçməyinizi məsləhət görürəm.

Yox əgər qoşulmaq istədiyiniz kompyüter domain-ə üzvdürsə o halda Windows NT avtorizasiya növünü seçin. Çünki bunu etməklə siz domaində olan hər hansi bir istifadəçiyə və ya qrupa qoşulma icazəsi verə bilərsiz. Bizim misalımızda da domain şəbəkəsi olmadığından mən yalnız parol avtorizasiya növünü seçirəm.

QEYD: Parolun minimum uzunluğu 8 simvol olmalıdır.

4

 

 

Authentication bölməsinə keçərək təhlükəsizlik səviyyəsini seçirik.Level 3 ən yüksək səviyyədir.

5

IP filter bölməsindən istifadəçiləri idarə etmək səalahiyyəti olan IP siyahısı tənzimləməliyik.

Allow everyone, except…aşağıdakı siyahıdan başqa hamı qoşula bilsin.

Deny everyone, except…aşağıdakı siyahıdan başqa heç kim qoşula bilməsin.

Bu bir test mühiti olduğundan heç kimə qadağa qoymuruq.

6

 

 

Modes – qoşulmada hansı funsiyalara qadağa qoyulması üçündür. Bütün funksiyalara işlətmək istədiyimizdən heç bir xananı qeyd etmirik və OK düyməsini sıxırıq.

7

 

İndi isə Settings for server düyməsini sıxıb Startup mode bölməsinə daxil oluruq.

8

 

Açılan pəncərədə istifadəçiyə yüklənən proqramın avomatik və ya əllə açılması növünü seçmək təklif olunur. Proqramın həmişə açılması üçün Auto seçib OK düyməsini sıxırıq.

9

 

 

Settings for server düyməsini sıxıb Option bölməsinə daxil oluruq.

10

 

 

General bölməsində istifadəçidə olan LiteManager proqramının görsənib-görsənməməsi, qoşulma zamanı hansı bildirişlərin verməsi tənzimlənə bilər. Bizim halımızda heç bir dəyişiklik etmirik.

11

 

 

Network bölməsinə keçib qoşulma portunu, qoşulmanın hansı şəbəkə kartı üzərində olmasını və şəbəkədə proxy server varsa onun tənzimləmələrini daxil edirik. Bizim halımızda proxy server olmadığı üçün və bir şəbəkə kartımız olduğu üçün heç bir dəyişiklik etmirik.

11

 

 

Advanced bölməsində əlaqə qırıldıqda yenidən qoşulmanı, logların saxlayıb-saxlanılmamağı funksiyalarını tənzimləyə bilər və bütün tənzimləmələri ixrac (export) edə bilərik.

Heç bir dəyişiklik etmədən növbəti bölməyə keçirik.

13

 

 

User bölməsində biz idarə etmək istədiyimiz istifadəçi kompyüterinə qoşulmanın icazəli-icazəsiz olacağını tənzimləyə bilərik. Yəni biz istifadəçi kompyüterinə qoşulmaq istədikdə həmin istifadəçidən icazə alınıb- alınmayacağını soruşur. Əgər rəhbərlik tərəfindən icazəniz yoxdursa və ya sizin icazəsiz həmin kompyüterə qoşulma ixtiyarınız yoxdursa heç bir halda icazəsiz istifadəçi kompyüterinə qoşulmayın.

Bu test mühiti olduğundan heç bir dəyişiklik etmədən OK düyməsini sıxırıq.

14

 

Bütün daxil etdiyimiz tənzimləmələr yadda saxlanıldığına görə bizdən proqramın yenidən başladılmasını tələb edir. Bu halda kompüterinizi yenidən başlatmağı (restart) məsləhət görərdim.

15

 

 

Bununla da istifadəçiyə yüklənəcək proqramın tənzimləmələri bitdi.İndi isə keçirik proqramın istifadəçiyə yüklənmə qaydalarına. Bunun üçün biz siyahıya kompyüterləri əlavə etməliyik. Əlavə etmə həm tək-tək kompyüterə həm domain-ə üzv olan kompyüterlərə həm də .xml fayl formatında kompyüter sıyahısında ola bilər. Bizim halımızda tək kompüter əlavə etmək üçün yuxarıdakı yaşıl plus düyməsini sıxırıq. Açılan pəncərədə qoşulmaq və  LiteManager yükləmək istədiyimiz istifadəçi kompyüterinin IP adresini (misal üçün 172.20.190.36) daxil edib OK düyməsini sıxırıq.

Снимок

 

 

İstifadəçi kompyüteri bizim siyahıda əmələ gəlmişdir. Həmin kompyüterə LiteManager Server hissəsini yükləmək üçün həmin kompyüterin üzərində sağ düyməni sıxıb Remote install bölməsinə daxil oluruq.

Снимок2

 

 

Növbəti pəncərədə Browse düyməsini sıxaraq bundan öncə tənzimlədiyimiz LiteManager PRO Server proqramını seçirik. Daha sonra Process action düyməsini sıxırıq.

Снимок3

 

Açılan pəncərədə yükləmək istədiyimiz istifadəçidə Administrator hüquqlarına malik istifadəçi adını və parolunu daxil edirik. Əgər yükləmək istədiyimiz kompyüter domain-ə üzvdürsə domain adını da daxil etməlisiniz. Bunları etdikdən sonra sonra OK düyməsini sıxaraq yükləməni başladırıq.

Снимок4

 

Action successfully completed – yazdıqda proqramın yüklənməsi müvəffəqiyyətlə bitmişdir deməkdir.

Close düyməsini sıxaraq işi tamamlamış oluruq.

Снимок5

Bundan sonra həmin kompyüterin üzərində sağ düyməni sıxıb istədiyimiz funksiyadan istifadə edə bilərik.

Снимок2

Bununla da LiteManager proqramı haqqında məqaləmiz bitmişdir. Səbirsizliklə suallarınızı gözləyirəm.

Səs: +70. Bəyənilsin Zəifdir

Şərhlər ( 4 )

  1. Əməyiniz üçün təşəkkürlər.

  2. Çox gözəl məqalədir, təşəkkürlər.

  3. İstifadəçinin yüklənmiş Litemanager Serveri görməmək üçün hər hansı bir ayarlar var?

    • Bəli var  elə elemek olarki proqrqam yalnız yüklənmiş proqramlar siyahısında olsun. Yəni siz qoşulanda məlumatı olmasın

Şərh yazın