Kaspersky Security Center 10 – ilkin sazlamalar

Salam Əziz dostlar!

Bu məqaləmizdə mən sizə Kaspersky Security Center 10-cu versiyasının ilkin sazlamaları haqqında daşıcağam və bu barədə suallarınızı səbirsizliklə gözləyəcəyəm.

Qeyd edim ki,bu məqalələr silsiləsindən olan “Kaspersky Security Center 10 – Yüklənməsi” haqqında bundan öncə paylaşım etmişəm.

1. Kaspersky Security Center-i ilk dəfə işə saldıqda qarşımıza aşağıdakı pəncərə çıxır. Bu ilk açılış köməkçisidir (Wizard) . Açılan köməkçi pəncərəsində Next düyməsini sıxırıq.

1

2. Növbəti pəncərədə bizdən lisenziya açarını tələb edir amma biz Add Key Later düyməsini sıxaraq lisenziya açarını sonra daxil edəcəyik.

2

3. Açılan pəncərədə Kaspersky Security Center bizdən serverin statistik loglarını Kaspersky laboratoriyasına  göndərib-göndərməyəcəyimizi soruşur. Send Kaspersky Security Center statistics to KSN seçib Next düyməsini sıxırıq.

3

4. Növbəti pəncərədə bizdən mövcud olan poçt qutumuzun tənzimləmələrini soruşur. Bu Kaspersky Security Center-də olan logların bizim poçtumuza göndərilməsi üçündür. Bizim halımızda bu bizə lazım olmadığı üçün Next düyməsini sıxaraq davam edirik.

4

5. Açılan pəncərədə Kaspersky Security Center həm də WSUS server kimi də işləyə bildiyinə görə bizdən birinci bölmədə yenilənmələrin ancaq axtarılması və ya yenilənmələrin axtarılıb və yüklənməsi varıantını soruşur, ikinci bölmədə isə şəbəkədə olan olan WSUS serveri istifadə etməyi və ya özü WSUS server rolunda iştirak etmək variantlarını bizdən soruşur. Hec bir dəyişiklik etmədən Next düyməsini sıxırıq çünki bizim şəbəkədə nə WSUS server vardır və biz Kaspersky Security Center-i WSUS server kimi də işlətmək istəmirik.

5

 

6. Növbəti pəncərədə KSN-lə əməkdaşlıq haqqında razılaşma və müəllif hüquqları ilə razılaşıb OK düyməsini sıxırıq.

6

7. Açılan pəncərədə bizdən şəbəkədə olan müəyyən proqramların məsələn Radmin,UltraVNC və ya buna bənzər proqramların hansılarını bloklayıb hansılarına işləməyə icazə verəcəyimizi soruşur. Yəni işlədəyəcəyimiz uzaqdan idarə etmə (RAT) proqramlarının hansına icazə verəcəyimizi , etibarlı zonaya (Trusted Zone) yerləşdirəcəyimiz soruşur. Digər uzaqdan idarə etmə (RAT) proqramlarını bloklayacaqdır.

Misal üçün biz gələcəkdə şəbəkədə Radmin işlədəcəyimizi ehtimal etsək və ya hal hazırda işlədiriksə yalnız Radmin bölməsini qeyd edib OK düyməsini sıxırıq.

7

 

8. Kaspersky Security Center bizim bundan öncə qeyd etdiyimiz tapşırıqları (Taskları) yaradır.

8

9. Növbəti pəncərədə şəbəkəmizdə proxy server varsa onun tənzimləmələrini qeyd edirik, yoxdursa sadəcə olaraq Next düyməsini sıxırıq.

9

 

10. Açılan pəncərədə Kaspersky Security Center lazım olan bütün yeniləmələri (Update) yükləyir. Bu mərhələnin bitməyini gözləmədən Next düyməsini sıxa bilərik. İstənilən halda yeniləmələr arxa fonda yüklənəcəkdir.

10

11. Bununla bizim Kaspersky Security Center-in ilkin sazlanması bitmişdir.

11

Növbəti məqalədə Kaspersky Security Center 10 -cu versiyada istifadəçiləri əlavə edilməsindən, Antivirus proqramının yüklənməyə hazırlanmasından və istifadəçilərə yüklənməsindən danışacağıq.

Səs: +30. Bəyənilsin Zəifdir

Şərhlər ( 6 )

  1. Çox sağol. Səbrsizliklə davamını gözləyirik..

  2. Məqaləyə görə sağ olun. Amma məndə şəkillər açılmır.Sizcə problem nədə ola bilər?

  3. Məqalənin adı, kontenti və şəkilləri arasında uyğunsuzluq var. Zəhmət olmasa, göz atın.

  4. Salamlar  ilk öncə məqaləyə görə təşəkkür edirəm və belə bir sualım var , Kaspersky Security Center-in birinin mərkəzi ofisdə yerləşdiyini nəzərə alaq , mən branche office üçün yeni bir Kaspersky Security Center  qurub bu ikisi arasında sinxronizasiya edə bilərəm?

    • Salam öyrənə bilərəmmi bunu etmək istəyinizin səbəbini və sinxronizasiya dedikdə nəyi nəzərdə tutursuz klaster qurmağımı ?

  5. Meəsələn wsus üçün upstream və downstream server qurmaq olur, kaspersky üçün də ,məsələn, deyək ki, mənim mərkəzdəki kaspersky serverdə bütün filiallar birləşib və kifayət qədər idarəsi ağırlaşıb, mənim daha bir filialım var, bu filial digərlərindən fərqlənir demək olar ki client sayı mərkəzi filialdakı qədərdir,  sualımda budur ki, mən ikinci bir kaspersky server qurub sadəcə lisenziya və digər vacib informasiyaların sinxronizasiyasını reallaşdıraraq daxildəki clientlərimi daha asan və az administrativ  haqq tələb edərək idarə edə bilərəmmi?

Şərh yazın