Active Directory Administrative Center (II hissə)

Salam Dosltar, keçən məqaləmizdə Active Directory Administrative Center (ADAC) haqqında ümumi məlumat vermişdik.Bu məqaləmizdə isə ADAC haqqında ətraflı danışacağıq.

Active Directory Administrative Center `in qurulması.
Windows Server 2012 R2 ƏS`lərdə ADAC`ın qurulmasını aşağıdakı üsullardan hər hansı birini seçərək həyata keçirə bilərsiniz:

  • Windows Server 2012 R2 üzərində Active Directory Domain Services (AD DS) rulunu qurduğunuz və konfiqurasiya etdiyiniz halda ADAC avtomatik olaraq yüklənir.
  • Windows Server ƏS ilə çalışan serverlərə və Windows Client ƏS ilə işləyən klient komputerlərə Remote Server Administration Tools (RSAT) alətini quraraq domain controller olmayan komputerlərdə də ADAC`dan istifadə edə bilərsiniz.

Qeyd: ADAC üçün Active Directory module for Windows PowerShell və Microsoft .NET Framework 3.5.1 də qurulması vacibdir.
ADAC Windows® 2000, Windows Server 2003, ya da Windows Server 2008 ƏS`ləri üzərində qurula bilməz.

ADAC aşağıdakı Windows Server 2012 R2 sistemləri üzərində qurula bilər.

  • Windows Server 2012 R2 Standard
  • Windows Server 2012 R2 Datacenter

ADAC aşağıdakı Windows Server 2012 R2 sistemləri üzərində qurula bilməz:

  • Windows Server 2012 R2 Server Core versiyaları

Qeyd: ADAC konsolunun funksional işləməsi ADWS (Active Directory Web Services) servisi üzərindən oluğu üçün, ADWS servisinin işlədiyi domain controller üzərində TCP 9389 portunun açıq olması vacibdir.

ADAC ilə Yeni İstifadəçi Hesabı Yaratmaq
Yeni istifadəçi hesabı yaratmaq üçün, ilk öncə Naviqasiya panelindən istifadə edərək, yeni istifadəçinin yerləşəçəyi OU`nu seçirik və ən sağda yerləşən tapşırıqlar panelindən (Tasks Pane) “New -> User” deyirik.

Qarşımıza “Create User” pəncərəsi çıxacaq. Account, Organization, Member Of və Profile və s. olmaqla fərqli bölmələrdədə istifadəçi haqqında məlumatları dolduracağımız form ekranı gəlir. Öyrəşdiyimiz “Active Directory Users and Computers” konsolundan fərqli olaraq, burada dolduracağımız bütün form`lar bir pəncərədə qarşımıza çıxır. Yeni istifadəçi haqqında məlumatları daxil etdikdən sonra OK düyməsi ilə yeni istifadəçini yaratmış oluruq.
active directory administrative center

Yeni istifadəçini ADAC konsolunda görürük. Təbii olaraq bu istifadəçini “Active Directory Users and Computers” konsolunda da görəcəyik.
active directory administrative center

ADAC konsolu üzrəindən istifadəçi haqqında olan məlumatları dəyişmək də mümükündür. Bunun üçün istifadəçi üzərinə 2 dəfə klikləmək kifayət edir. Açılan pəncərədə istifadəçi haqqında məlumatlara dəyişiklik edə bilərsiniz.
İstifadəçi haqqında məlumatlarını daha ətrafı görmək üçün, sağ yuxarı küncdə yerləşən “Sections” tabından istifadə edərək, istifadəçi haqqında bəzi məlumat form`larını əlavə edib və ya çıxarda bilərsiniz. (Məs:Password Settings)
active directory administrative center

ADAC konsolu içərisində daha ətraflı axtarış etmək üçün “filtirləmə” qutusundan istifadə bilərsiniz. Bura istifadəçi, qrup və s. obyektlərin adını yazıb, istəyinizdən asılı olaraq “Add criteria” qutusundan əlavə filtirləri daxil edə bilərsiniz. Mən “Disabled” olunmuş obyektləri axtarıram.
active directory administrative center

Aşağıda gördüyünüz kimi, “Disabled” olunmuş istifadəçi hesabları qarşımıza çıxır.
active directory administrative center

Əgər istəsəniz bu axtarışı və ya nəticəni “Save” edib daha sonrakı vaxtlarda istidadə edə bilərsiniz.
active directory administrative center

Əziz dostlar, ADAC haqqındakı bu məqaləmiz bura qədər. Növbəti məqalələrdə ADAC`ın digər xidmətlərindən bəhs edəcəyik.

Səs: +110. Bəyənilsin Zəifdir

Müəllif: Turqut Vəliyev

Şərhlər ( 5 )

  1. Məqaləyə görə təşəkkürlər.

  2. Buyurun, yararlı olması ümidi ilə )

    • / . Dərc edilib:A 23/03/2015 at 12:04 AM
      Səs: 0. Bəyənilsin Zəifdir

    Turqut müəllim, maraqlı mövzularda maraqlı yazırsınız, təşəkkür edirik, bilmədiklərimi görüb qorxuram və bunları nə vaxt sizin kimi biləcəm deyə sual edirəm :))

  3. Təşəkkürlər Azər bəy 🙂 İnşAllah siz Azərbaycanda nadir IT mütəxəssislərdən biri olacaqsınız.

  4. Təşəkkürlər Turqut bəy,həqiqətən yararlı mövzudur.

    Məndə İT mütəxəsisi olmaq istiyirəm :), ama çətin alına 🙂

Şərh yazın