Driver nədir? Niyə, Necə və hardan yükləməliyik?

Salam. Keçən dərslərimdə Windows XP, Windows 7 və Windows 8 əməliyyat sistemlərinin qurulmasını izah etmişdim. Bilgisayara əməliyyat sistemi yazıldıqdan(el arasında “formatlamaq”) sonra bilgisayarın düzgün işləməsi üçün istehsalçının hazırlamış olduğu driverləri tapıb yazmaq lazımdır.

Bəs driver/device driver nədir?Снимок

Device Driver bilgisayarı təşkil edən və ona qoşulmuş qurğuları/cihazları/avadanlıqları (hardware) idarə edən/düzgün işləməsini təmin edən proqramdır. Printer, Scaner, Monitor, Video kart, şəbəkə kartı və s. avadanlıqları bilgisayara qoşulduqdan sonra normal işləmələri üçün həmən bilgisayara onları tanıtmaq lazımdır. Əgər hər hansı avadanlıq üçün driver yazılmayıbsa, yanlış driver yazılıbsa və ya yazılmış driver-də problem varsa, həmən avadanlıq ya ümumiyyətlə işləməyəcək, ya da işləməsində müxtəlif problemlər yaranacaq.

Məsələn:

  • Video kartın driveri olmazsa, ekran görüntüsündə müxtəlif problemlər yaranacaq. Bulanıq görüntü, ekran ölçüsündə problemlər və s. yaranacaq.
  • Şəbəkə və Wi-Fi adapterin driveri olmazsa, bilgisayar şəbəkəyə qoşula, internetə çıxa bilməz.
  • Printerin driverləri olmazsa, bilgisayardan heç nəyi çapa verə bilmərik.

Microsoft şirkəti Windows Əməliyyat sistemlərinin üstündə universal driver-lər təqdim edir, bəzən yenicə yazılmış əməliyyat sistemi bütün cihazları özü tanıyır və driver yazmağa gərək qalmır və ya Əməliyyat Sistemi lisenziyalı olduğu zaman sistem özü Update Mərkəzə bağlanır və Update mərkəzindən lazım olan driverləri özü yükləyir.

Tövsiyyə edirəm ki, hər zaman driverləri istehsalçının öz saytından girib yükləyəsiniz. Bəzən istifadəçilər can rahatlığı üçün internetdə yayılmış müxtəlif proqramlardan istifadə edirlər. Bunun nəticəsində isə çoxlu problemlər ortaya çıxa bilir. Sırf bu səbəbdən hər zaman istehsalçının veb saytından yükləmək gərəkdir.

İndi isə keçək praktik hissəyə. Bu dərsi Samsung RC730 laptopu üzərində izah edəcəm. Hal-hazırda bu notebook-un içindəki bütün məlumatları silib, yeni əməliyyat sistemi yazmışam. Laptopun normal çalışması üçün bir çox driverlər çatışmır. Bu problemi necə aradan qaldıraq?

Bunun üçün:
Start düyməsi üzərində sağ düyməni klikləyin, Manage-i seçin. Computer Management pəncərəsi açılacaq. Sol tərəfdəki menyudan System Tools içində yerləşən Device Manageri üzərinə klikləyərək seçin. Qarşısında sarı işarə(üçbucaq içində nida) gördüyünüz cihazların driverində problem var. Gördüyünüz kimi NetworkEthernet Controllerin driverlərində nida işarəsi görünür, şəkildə sağ küncə şəbəkə ikonuna diqqət edin üzərində qırmızı X işarəsi var. Şəbəkə kabeli qoşulu olsa da, bilgisayar şəbəkə kartını tanıyıb, şəbəkə kartından necə istifadə edəcəyini bilmədiyi üçün şəbəkəyə ordan da internetə çıxa bilmirik. Kəşf etdik ki, driverlərdə problem var.

device manager

 

 

 

201104260830006_Laptop_1Bəs indi nə edək? Əgər bilgisayarı aldığınız zaman üstündə driver cd/dvd verilibsə, onu optik oxuyucuya yerləşdirib, driverləri yazmalıyıq. Yox əgər elə diskiniz yoxdursa, qəm eləməyin, demək olar ki, bütün driverləri internetdən tapmaq olur Bunun üçün cihazın model və serial nömrəsini bilmək və istehsalçının saytına girib driverləri tapmaq lazımdır.

ModeliSerial Nömrəni təyin edək: Bunun üçün laptopu çevirib altına baxmaq kifayətdir. Bütün cihazların arxasında, yanında, altında bu cür informasiya qeyd olunur (Çinin bəzi geydirmə mallarını çıxmaq şərti ilə :D) Qeyd: əgər altda məlumat yoxdursa, laptop sönülü ikən batareyanı çıxardıb, altına baxın, bəzən məlumatları orda “gizlədirlər”. Samsunglarda Model nömrəsi bu cür qeyd edilir.

Mənim Samsung laptopumun altına baxaq. Yuxarıda qeyd etdiyimi kimi, mənim laptop modelim NP-RC730-S0DDE, Serial Nömrəsi isə HQUV91BC10169J dir. Formatdan sonra bu laptopda nə simli nə də simsiz şəbəkə kartının driverləri olmadığı üçün biz şəbəkəyə ordan da internetə çıxa bilmirik. Bu səbəbdən mən internetə çıxışı olan hər hansı laptop ilə istehsalçının saytına daxil olub, driverləri yükləyəcəm daha sonra USB yaddaş qurğusu vasitəsi ilə driverləri Samsung laptopuma köçürüb, quraşdıracağam. (XÜSUSİ QEYD: Yuxarıda qeyd etmişəm ki, başqa bilgisayarla driveri yükləyib, daha sonra USB ilə köçürəcəm. 100% əmin olmalıyıq ki, həm bilgisayar həm də istifadə etdiyiniz USB yaddaş qurğusu təmizdir. Əgər ikisindən birində virus olarsa, yenicə formatlanmış bilgisayarımız çox asanıqla virusa yoluxa bilər. Çünki əməliyyat sistemi yenicə yazılanda antivirus olmur. Driverlərdən qabaq antivirus proqram təminatını yazmış olsanız da, internetə qoşula bilmədiyimiz üçün virus bazası köhnə olacaq, bu isə risklərdən bizi azad etmir. )

samsung-laptop-detect-model-and-serial-rp-rc730-s0dde

 

 

samsung-laptop-drivers-rp-rc730-s0dde

  • Növbəti addımda istehsalçının saytına daxil oluruq. http://www.samsung.com/uk/
  • Axtarış/Search hissəsində modeli yazıb axtarırıq. Bizə lazım olanı, yəni Driverləri seçirik.
  • Kliklədikdən sonra driverlər səhifəsinə yönləndirildik.
    http://www.samsung.com/uk/support/model/NP-RC730-S0DDE 
  • Biz buradan bir-bir driverləri yükləyib yazacağıq. Bəzi istehsalçılar xüsusi proqram hazırlayır, hansı ki, təkcə onu yazıb işə saldıqdan sonra o özü lazım olan driverləri yükləyir. Bu metodun müsbət və mənfi tərəfləri var, başqa bir məqalədə bu mövzunu izah etməyə çalışacağam. İndi isə davam edək.
  • Yükləyəcəyimiz Driver əməliyyat sistemimizə və cihaza uyğun gəlməlidir.
    • Məsələn, Əməliyyat sistemi Windows 7-sə məhz Windows 7-ə uyğun olan driver yüklənməlidir. Bu halda biz XP, Vista üçün olan driver yazmamalıyıq. (istisna hallarda əgər bizim ƏS-ə uyğun driver yoxdursa, cəhd edib başqa ƏS üçün olan driverləri yoxlamaq olar amma bu nadir vaxtlarda effekt verir. )
    • Həmçinin ƏS 32 bitlikdirsə, məhz 32 bitlik ƏS üçün driver yazılmalıdır.

samsun-laptop-rc730-s0dde-intel-wireless-lan-driverFərz edək ki, bizə bilgisayarı wireless/simsiz şəbəkəyə qoşan wi-fi adapterin driveri lazım olur, driver yükləmək üçün sayta daxil oluruq və görürük ki, yuxarıdakı bəndlərə cavab verən 3 cür fərqli istehsalçının wi-fi adapter driver-i var. Məs: Broadcom, İntel, Atheros. Bəs yaxşı bu halda nə edək? Hansını yükləyək? Nə bilək ki, bizə hansı lazımdır? Bunun üçün Hardware ID-ə görə İstehsalçı və cihaz adını təyin edilməlidir. Bu linkə klikləyərək bunu necə edəcəyimizi öyrənə bilərsiniz. Mənim Network adapterimin Hardware ID-i: PCİ\VEN_8086&DEV_08AE&CC_0280. Dərslikdə qeyd olunduğu kimi http://www.pcidatabase.com/ saytına daxil olub axtarıram və nəticədə öyrənmiş oluram ki, Network Adapterim Intel Centrino Wireless-N 100 adlı cihazdır, İstehsalçısı isə Intel Corporation-dır. Samsung driver səhifəsinə qayıdıb Wireless Lan, Intel driverini tapıram. Birinci bu driveri yükləməkdə məqsədim laptopla internetə çıxış əldə etməkdir. Çünki laptopumla internetə çıxışım olsa, elə öz laptopumla istehsalçının saytına daxil ola və yerdə qalan digər driverləri həmən səhifədən yükləyib, quraşdıra bilərəm.

Eyni qaydada digər driverləri də yükləyib quraşdırırıq. Chipset driverini, ardınca İntel VGA driver-ini və sonra da digər lazım olan driverləri yükləyib quraşdıra bilərsiniz.

Ümidvaram ki, faydalı olacaq. Paylaşmağı unutmayın, çünki bu mövzuya ehtiyacı olan minlərlə həmvətənimiz var.

Səs: +120. Bəyənilsin Zəifdir

Müəllif: Araz Ayyubov

Şərh yazın