32 və 64 bitlik processorlar haqqında

Salam dostlar. Bu məqaləmizdə sizlərə bacardığım qədər 32 və 64 bit prosessor və ƏS haqda məlumat verməyə çalışacam.

İlk öncə X86-dan (İA-32 (İntel Architecture 32-bit)) danışaq.

X86 (İntel 80×86) – İlk dəfə İntel tərəfindən istehsal edilmiş eyni adlı komandaların toplusundan ibarət prosessor arxitekturasıdır. Adı İntel prosessorlarının keçmiş modellərində istifadə olunan iki rəqəmdən yaranmışdır – 8086, 80186, 80286 (i286), 80386 (i386), 80486 (i486). İnkişaf tarixi ərəfəsində komandalar toplusu əvvəlki nəsil ilə uyğunluğunu saxlayaraq mütəmadi olaraq inkişaf edirdi.

İntel ilə yanaşı sözü gedən arxitekturası digər istehsalçılar tərəfindən də realizə edilirdi: AMD, VİA (VİA Technologies), TRANSMETA, İDT (İntergated Device Technology) və s.

x64 – informatikada və kompüter texnikasında struktur və verilənlər tipini müəyyən etmək üçün istifadə olunur hansı ki, kompüterin yaddaş qurğularında 64 bit-dən ibarətdir. Həcmi isə 8 bayt təşkil edir.

64 bit arxitekturasına 1970-ci illərdən super kompüterlərdə istifadə olunmağa başlanılmışdır (Cyar-1, 1975). Işci komputerlərdə və server platformasında isə 1990-cı illərdən RİSC ailəsinə məxsus prosessorlarda tətbiq olunmağa başlanılmışdır. 2003-cü ildə isə şəxsi komputerlərdə istifadə edilir (PowerPC 64).

Qeyd: PowerPC (qısa olaraq PPC) RİSC arxitekturasına malik mikroprosessordur. 1991-ci ildə Apple, İBMMotorola (AİM) şirkətlərinin birgə səyi nəticəsində yaradılıb.

x86x64 komandaları hal hazırki dövrdə aşağıdakı prosessorlar tərəfindən dəstəklənir:

  • AMD— prosessorları: Z-seriyası (AMD Z-03), C-seriyası (AMD C-60), G-seriyası (AMD T56N), E-seriyası (AMD E-450), E1, E2, A4, A6, A8, A10, FX, Athlon 64, Athlon 64 FX, Athlon 64 X2, Athlon II, Phenom, Phenom II, Turion 64, Turion 64 X2, Turion II, Opteron, FX, Sempron son modelləri;
  • Intel (sadələşdirilmiş adar ilə) “Intel 64” (əvvəllər “EM64T” və “IA-32e” kimi tanınırdı) Pentium 4-un son modellərində, həmçinin Pentium D, Pentium Extreme Edition, Celeron D, Celeron G-seriyası, Celeron B-seriyası, Pentium Dual-Core, Pentium T-seriyası, Pentium P-seriyası, Pentium G-seriyası, Pentium B-seriyası, Core 2 Duo, Core 2 Quad, Core 2 Extreme, Core i3, Core i5, Core i7, Atom (bütün modelləri deyil) və Xeon;
  • VIA— prosessorları: Nano, Eden, QuadCore.

x64 texnologiyasını ilk dəfə AMD (AMD64) yaratmışdır. Məqsəd 32 bit-lik prosessorlardan müasir 64 bit-lik prosessorlu hesablama texnologiyasını yaradaraq rəqabətə girmək idi. İntel HP ilə olan tərəfdaşlıqdan çıxaraq özünün 64 bit prosessorunu, İtanium İA-64 –ü yaratdı. İntel bununla rəqabətdə irəli çıxmaq istəsə də istəyinə nail ola bilmədi. AMD şirkəti AMD64 prosessorlarına 64 bit-lik registrlər əlavə etməklə yeniliyə imza atır və bu sahədə uğur qazanır. Daha sonra İntel-AMD razılaşmasına görə İntel şirkəti AMD64 arxitekturasını kopyalayaraq EM64T prosessorlarını yaradır. Bu prosessorların ümumi texnologiyası eyni olsa da aralarında müəyyən fərqlər mövcud idi.

Microsoft şirkəti 64 bit-lik Windows XP ƏS yaradaraq ona Windows XP 64-bit Edition adını verir. Bu ƏS İA64 İtanium arxitekturası üşün yaradılmısına baxmayaraq emulyatorların vasitəsilə 32 bit-lik programları dəstəkləyirdi. Həmçinin İA64 üçün Windows 2000 Server ƏS-nin xüsusi versiyası hazırlanmışdı. Daha sonra Microsoft Windows Server 2003 ƏS-ni yaradır. Bu ƏS-nin əsas fərqi sistemin Hibrid olmasında idi, beləki bu ƏS-ində emulyator proqramlarının köməyi olmadan 32 bit ilə yanaşı 64 bit-lik kodları da işlədə bilirdi.

Microsoft Windows Vista Ultimate ƏS ilə artıq ayrı ayrılıqda 32 bir və 64 bit ƏS-ni satışa çıxartdı.

 

Indi isə x32 və x64 bit dəstəkləyən əməliyyat sistemləri haqda danışaq.

X64X32 bit ilə işləyən ƏS bir çox fərqləri var. bunlar aşağıdakılardır:

  1. x32 bit ƏS maksimum 4 GB RAM-dan (əməli yaddaş qurğusu) istifadə edə bilir. Yəni komputerdə RAM yaddaşın həcmi 6 GB olsa belə x32 bit ƏS ilə maksimum 4 GB RAM-dan istifadə ediləcəkdir. Halbuki x64 bit ƏS maksimum 192GB qədər dəstəkliyə bilir (Windows 7 üçün):
ƏS x86 x64
Windows 7 Ultimate 4 GB 192 GB
Windows 7 Enterprise 4 GB 192 GB
Windows 7 Professional 4 GB 192 GB
Windows 7 Home Premium 4 GB 16 GB
Windows 7 Home Basic 4 GB 8GB
Windows 7 Starter 2 GB ?

 

Digər ƏS üçün maksimum RAM limitlərini bilmək üçün bu linkdən baxa bilərsiniz.

  1. x32 ƏS ancaq 32 bitlik proqramlarla işləyə bildiyi halda x64 ƏS həm 32 bitlik, həm də 64 bitlik proqramlarla eyni anda işləyə bilir.
  2. 32 bitlik programlar maksimum 3 GB əməli yaddaş istifadə edə bildiyi halda 64 bit-li programlar kompüterdə olan bütün əməli yaddaşından istifadə edə bilir.
  3. 64 bitlik ƏS üçün 64 bitlik sürücü təminatı (driver) ilə işləyir.
  4. 64 bit arxitektulalı prosessorlar x32 və x64 bit ƏS-ni, programları, surucu taminatını dəstəkləyir. 32 bit arxitekturalı prosessorlar isə yalnız 32 bitlik ƏS-ni, programları, surucu təminatını dəstəkləyir.
  5. Bit nomrələri (əsasən 8, 16, 32, 64 olur) Əməli yaddaşın Prosessor registrisindən əldə etdiyi məlumatın həcminə görə fərqlərinə baxaq:

 

232 = 4,294,967,296 Bytes

4,294,967,296 / (1,024 x 1,024) = 4,096 MBytes

4096 / 1024 = 4 GBytes

 

264 = 18,446,744,073,709,551,616Bytes

18,446,744,073,709,551,616 / (1,024 x 1,024) = 17,592,186,044,416 MBytes

17,592,186,044,416 / 1,024 = 17,179,869,184 GBytes

17,179,869,184 / 1024 = 16,777,216 TBytes

 

Kompüterinizi daha rahat işləməsi üçün təbii ki 64 bit-lik arxitekturaya malik prosessorlarla təmin etməniz məsləhətdir. Bunu həm də ana plata dəstəkləməlidir. Prosessorunuzun hansi arxitekturaya mail olduğunu bilmək üçün bu linkdəki program təminatını yükləyərək öyrənə bilərsiniz. Ayrıca ekranda My Computer yarlıkının üzərində sağ düymə ilə properities menyusuna daxil olaraq hansi ƏS-nin yüklü olduğuna baxa bilərsiniz.

Sual, irad və təkliflərinizi gəzləyirəm. Növbəti məqaləmizdə görüşmək diləyi ilə.

Səs: +90. Bəyənilsin Zəifdir

Müəllif: Eldar İlyasov

Şərh yazın