Offline Domain Join (Djoin.exe)

Salamlar,

Bu məqaləmdə sizlərə Offline Domain Join əməliyyatını izah etməyə çalışacam. Active Directory quruluşunda  kompüter və serverləri domaine daxil etməyimiz vacibdir.Domain Join əməliyyatı üçün istifadəçi kompüteri yada serverin Domain Controller ilə xəbərləşməsi və yaxud eyni site içərisində olması lazımdır.Bu şəkildə Domaine qatma əməliyyatına online join diyə bilərik.Ancaq uzaq yerlərdə olan istifadəçi kompüterləri local da olan Active Directory ilə xəbərləşmədikləri üçün Online Join əməliyyatını həyata keçirə bilmirik.Bu cür vəziyyətlərdə isə Offline domain Join əməliyyatını istifadə edə bilərik.Qısaca olaraq şəbəkə bağlantısı və ya domain Controller ilə xəbərləşmək domain mühitinə iştirakı asanlaşdıran bir xüsusiyyətdir.Bu əməliyyatı DJoin.exe əmrlər sətri ilə icra edirik.Windows 7, Windows 8-8.1, Windows Server 2008R2, Windows Server 2012 əməliyyat sistemləri üzərində djoin.exe əmr sətirini isitifadə edə bilərik.

1- Powershell ekranını açaraq djoin /provision /domain “TECHNET” /machine “win8″ /savefile Win8.txt” sətirini giririk. Provisioning əməliyyatı müvəffəqiyyət ilə tamamlandığını görürük.sekil72– Provisioning əməliyyatı ilə Win8 adını verdiyimiz Text sənədi yaradıldı.Bu sənəd ilə join əməliyyatını edəcəyik.

sekil8

3- win8 client kompüterinin System xüsusiyyətlərinə baxdığımızda Workgroup’da olduğunu görməkdəyik

SEKIL9

4- Win8 adında  yaradılan Text sənədini win8 kompüteri C diski system32 qovluğunun içərisinə kopyalayırıq.

Kopyaladıqdan sonra aşağıdakı əmri icra edirik.

 djoin /requestODJ /loadfile win8.txt /windowspath %SystemRoot% /localos”

sekil10

5- Bu əməliyyat ardından kompüteri yenidən başladırıq. Kompüter açarkən Active Directory User hesabı ilə log on olmağa çalışdığınız da logon ola bilməyəcəksiniz. Buna görə Local hesablar ilə logon olmanız lazımdır .Active Directory hesabı ilə logon olmaq üçün Domain Controller ilə xəbərləşmək lazımdır lazımdır. System xüsusiyyətlərinə təkrar nəzarət etdiyimizdə isə TECHNET.Local domaininə qatılmış olduğunu görürük.

sekil11

Faydalı olması diləyiylə.

 

 

 

Səs: +20. Bəyənilsin Zəifdir

Müəllif: Cahangir HacIyev

Şərhlər ( Offline Domain Join (Djoin.exe) )

  1. teşekkurler

Şərh yazın